İqtisadi
Əməkdaşlıq Təşkilatının
Gömrük Xidmətləri
Rəhbərləri Şurasının
9-cu iclası keçirilib
Ümumdünya Gömrük
Təşkilatının Bakı
şəhərində yerləşən
Potensialın Gücləndirilməsi
üzrə Avropa
Regional ofisində İqtisadi
Əməkdaşlıq Təşkilatının
(İƏT) Gömrük Xidmətləri
Rəhbərləri Şurasının
9-cu iclası keçirilib.
Gömrük Komitəsindən
AZƏRTAC-a verilən məlumata
görə, hibrit formatda keçirilən iclasda Azərbaycan, Türkiyə, Qazaxıstan,
Özbəkistan, Qırğız,
Türkmənistan, Pakistan,
Tacikistan və
İran gömrük xidmətlərinin
nümayəndələri iştirak
edir.
Nümayəndə heyətləri
görüşdən əvvəl
Fəxri xiyabana gələrək, Azərbaycan
xalqının Ümummilli
Lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı
önünə əklil
qoyub.
Görkəmli oftalmoloq
alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə
gül dəstələri
düzülüb.
Şəhidlər xiyabanını
da ziyarət edən qonaqlar Azərbaycanın müstəqilliyi
və ərazi bütövlüyü uğrunda
canlarından keçən
Vətən övladlarının
xatirəsini anıb,
"Əbədi məşəl"
abidəsinin önünə
əklil qoyulub.
Tədbirin açılışında
çıxış edən
Dövlət Gömrük
Komitəsinin sədri,
gömrük xidməti
general-leytenantı Şahin
Bağırov regional əməkdaşlığın və tranzitin inkişaf etdirilməsində
İƏT-in rolundan bəhs edib. Qeyd olunub ki,
ölkəmizin Şərq-Qərb,
Şimal-Cənub nəqliyyat
dəhlizləri üzərindəki
strateji mövqeyi nəzərə alınmaqla
Prezident İlham Əliyevin rəhbərliyi
ilə nəqliyyat və logistika sahəsində həyata keçirilən irimiqyaslı
layihələr beynəlxalq
ticarətin və tranzitin inkişafına münbit şərait yaradıb.
Bildirilib ki,
İƏT çərçivəsində
gömrük xidmətləri
arasında işgüzar
əlaqələrin inkişafı
region ölkələri
üçün də
yeni iqtisadi imkanlar yaradacaq.
İƏT-in Baş
katibinin müavini Sayed Mohsen Esperi
təşkilata üzv
ölkələr arasında
gömrük sahəsində
əməkdaşlığın gücləndirilməsinin prosedurların
rəqəmsallaşdırılması və asanlaşdırılmasına,
sərhədkeçmə proseslərinin
sürətləndirilməsinə imkan yaradacağını
diqqətə çatdırıb.
Həmçinin hüquqpozmalara
qarşı mübarizə,
qabaqcıl bilik və təcrübələrin
paylaşılması, potensialın
gücləndirilməsi istiqamətində
də mühüm nailiyyətlərin əldə
olunacağı bildirilib.
Sonra Dövlət
Gömrük Komitəsinin
sədri Şahin Bağırovun sədrlik etdiyi iclasın gündəliyi qəbul edilib və müzakirələr aparılıb.
Əvvəl İƏT Gömrük xidmətləri
rəhbərləri Şurasının
8-ci iclasında qəbul
edilən qərarlar müzakirə olunub, hesabatlar dinlənilib.
Daha sonra “Qaçaqmalçılıq və gömrük qaydalarının pozulmasına dair İqtisadi Əməkdaşlıq Təşkilatının məlumat bazası Sazişi”, “Gömrük işi sahəsində qarşılıqlı inzibati yardım haqqında Saziş”, “İƏT və ÜGT arasında Memorandum layihəsi və İƏT Fəaliyyət Planı”, “İƏT Regionunda Elektron Məlumat Mübadiləsi”, “İƏT Regionunda Gömrük məsələlərində potensialın gücləndirilməsi” ilə bağlı məsələlər müzakirə olunub.
Azərbaycan.-2023.-
21 iyul.- S.5.