Mədəniyyət
Nazirliyi yanında İctimai Şuranın üzvləri bəlli olub
Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilərin ikinci mərhələsi keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qanunvericiliyə müvafiq
olaraq tələb olunan səs çoxluğunu toplamış
6 namizəd İctimai
Şuranın üzvü
seçilib.
Belə ki, Milli Məclisin deputatı, professor, Əməkdar elm xadimi Cəfərov Nizami Qulu oğlu,
Allahyarlı Nihad Vüqar oğlu (“DAVAM” Gənclər Hərəkatı
İctimai Birliyi), Bəbirova Ülviyyə Firudin qızı ( "Mədəniyyət Könüllüləri" İctimai
Birliyi), Nəzərova
Adilə Həsən qızı ( "Kitab evi" İctimai Birliyi) Əməkdar incəsənət xadimi Salayev Ayaz Ramiz
oğlu, Verdiyeva Bəyimxanım İsfəndiyar
qızı (“Xan Şuşinski” Fondu) Mədəniyyət Nazirliyi
yanında İctimai Şurada fəaliyyət göstərəcəklər.
Xatırladırıq ki, iyulun 17-də Mədəniyyət Nazirliyi
yanında İctimai Şuraya seçkilərin
birinci mərhələsi
keçirilib, qanunvericiliyə
müvafiq olaraq tələb olunan səs çoxluğunu toplamış Yolçuyev
Əkbər Mehdi oğlu (Azərbaycan Yazıçılar Birliyinin
və Azərbaycan Jurnalistlər Birliyinin üzvü), Mustafayeva Samirə Vəli qızı (“Azad Həmfikirlər” Gənclərin
Maarifləndirilməsi İctimai
Birliyi), Qədirov Vuqar Kərim oğlu (Aydınlar Ocağı” Humanitar İctimai Birliyi) Şuraya üzv seçiliblər.
Hər iki seçkinin nəticəsi olaraq Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya ümumilikdə 9 üzv seçilib.
Azərbaycan.-2023.- 21 iyul.- S.5.