Milli mətbuatımızın 148 illiyinə həsr olunmuş konfrans keçirilib

 

İyulun 20-də Bakıda Azərbaycan milli mətbuatının 148 illiyinə həsr olunmuş “Media qlobal transformasiyalar dövründə: ənənələrdə varislik, jurnalistika prinsipləri ictimai maraqlarmövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Audiovizual Şurasının, Medianın İnkişafı Agentliyinin (MEDİA), Mətbuat Şurasının birgə təşkilatçılığı ilə reallaşan konfrans Dövlət Himninin səsləndirilməsi ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Konfransda çıxış edən Mətbuat Şurasının sədri Rəşad Məcid Ulu Öndər Heydər Əliyevin mediaya diqqət qayğısından danışıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin sovet vaxtı həyata keçirdiyi işlər məhz müstəqillik yolunda atılmış addımlar idi. Müstəqillik dövründə Ümummilli Liderin mətbuata verdiyi önəmin şahidi olduq. Həmin dövrdə 100 ildən artıq mövcud olan senzura ləğv edildi, mətbuat üçün yeni şərait yaradıldı. Mətbuatın özünü tənzimləməsi istiqamətində qərarlar, qanunlar qəbul edildi. Ulu Öndər, həmçinin mətbuat nümayəndələri ilə mütəmadi görüşlər keçirirdi.

Rəşad Məcid qeyd edib ki, Ümummilli Liderin mətbuatla bağlı həyata keçirdiyi tədbirlər onun siyasi varisi Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Müasir dövrdə media sahəsində islahatların dərinləşməsi, Medianın İnkişafı Agentliyinin yaranması, “Media haqqındayeni Qanunun qəbulu dövlətimizin başçısının bu sahəyə verdiyi qiymətin təzahürüdür.

Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli diqqətə çatdırıb ki, Zəfərlə başa çatan Vətən müharibəsindən dərhal sonra Azərbaycan Prezidentinin təşəbbüsü ilə ölkəmizdə media sahəsində islahatların dərinləşməsi prosesi başladı. Bu islahatlar medianın inkişafının dövlətimiz üçün önəminin göstəricisi idi.

O bildirib ki, “Media haqqındaQanunun aparılan islahatların bu sahəyə gətirdiyi yeniliklərdən biri bütün media subyektlərinin biznes mühitinə keçidini sürətləndirmək idi. Bu islahatlarla Azərbaycan mətbuatında vergi tətilləri tətbiq edildi, media reyestri yaradıldı. Media qanunvericiliyinin təkmilləşdirilməsinin, media islahatlarının əsas məqsədi bu sahədə inkişafa nail olmaqdır. Bu proses davamlı xarakter daşıyacaq.

Audiovizual Şuranın sədri İsmət Səttarov qeyd edib ki, XIX əsrdəƏkinçiqəzetinin çapı ilə möhkəm təməllər üzərində bünövrəsi qoyulan Azərbaycan mətbuatı XXI əsrdə öz missiyasını uğurla davam etdirir. Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra zamanın bütün sınaqlarından üzüağ çıxan milli mətbuatımız üçün yeni dövr başlayıb. Mediamızın bu dövrünün Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyən İsmət Səttarov deyib ki, Ümummilli Liderin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev mediaya doğma münasibət sərgiləyir. Dövlətimizin başçısının diqqəti nəticəsində mediaya sistemli dəstək göstərilir. Qeyd edilib ki, media sahəsində aparılan bütün islahatların kökündə dayanan amil isə dövlətə dövlətçiliyə xidmət, medianın inkişafına nail olmaqdır. Bu gün peşə bayramını başında keçirən jurnalistlər həm cəmiyyəti informasiya ilə təmin edirlər, həm Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük rol oynayırlar. İnformasiya kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi dövrdə media işçilərinin üzərinə daha böyük məsuliyyət düşür - qloballaşan dünyada qlobal təhdidlərə qarşı çıxmaq, texnoloji inkişafın verdiyi bütün imkanlardan istifadə edərək Azərbaycan həqiqətlərini dünyada səsləndirmək. “Düşünürəm ki, jurnalistlərimiz, media nümayəndələrimiz bu missiyanın öhdəsindən fəxrlə böyük məsuliyyətlə gələcəklər”, - deyə İ.Səttarov vurğulayıb.

Sonra Mətbuat Şurasının sədr müavini Səadət Məmmədovanın moderatorluğu iləAzərbaycanın milli mətbuatı: ənənə müasir trendlərmövzusunda panel iclas keçirilib. İclasdaŞərqqəzetinin baş redaktoru Akif AşırlıMilli mənlik şüurumuzun oyanışı müstəqil dövlət quruculuğunda medianın rolu”, “Xalq qəzeti”nin baş redaktoru Əflatun AmaşovUlu Öndər Heydər Əliyevin media islahatları: qanunvericilik plüralizm”, Medianın İnkişafı Agentliyinin əməkdaşı Pərvanə İbrahimova “Media savadlılığı cəmiyyətin informasiya təhlükəsizliyinin vacib elementi kimi”, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq ƏləsgərliJurnalist peşəkarlığında xarici standartlar: beynəlxalq media qurumları ilə təmaslar təcrübə mübadiləsimövzularında çıxışlar ediblər.

Konfrans işini “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızının moteratorluğu iləMediada müasir transformasiya, informasiyalı cəmiyyət amili ictimai maraqlaradlı panel iclası ilə davam etdirib. İclasda Audiovizual Şuranın Aparat rəhbəri Fazil NovruzovunMüasir Audiovizual kontent: ənənəvilik müasirlik”, Naxçıvan Muxtar RespublikasınınTeleviziya Radio Verilişləri” QSC-nin sədri Sahil TahirlininNaxçıvan mətbuatı tarixdən bu günə müasir tendensiyalar”, “Technoteşirkətinin rəhbəri Fərid PərdəşünasınSüni intellekt jurnalistikanı necə dəyişir?” Aranqəzetinin baş redaktoru Məhsəti MusanBölgə mediasının fəaliyyətində yeni xüsusiyyətlərmövzularında məruzələri dinlənilib.

 

Azərbaycan.-2023.- 21 iyul.- S.6.