Ermənistan regionun ekologiyasına qənim kəsilib
Ermənistanın dağ-mədən
sənayesinin fəaliyyəti
regionun ekosisteminə ciddi təhlükə yaradır. Beynəlxalq ekoloji normalara cavab verməyən bu fəaliyyət regionda təbiətin məhv edilməsinə və ekoloji tarazlığın pozulmasına
səbəb olur.
Hazırda isə Ermənistan Naxçıvanla sərhəddə,
Arazdəyəndə beynəlxalq konvensiyaların tələblərinə
əsasən, qonşu dövlətlərlə
razılaşdırmadan iri metallurgiya zavodu inşa etməyə
hazırlaşır.
Ölkəmizdə
fəaliyyət göstərən vətəndaş cəmiyyəti
təşkilatları bununla bağlı beynəlxalq ictimaiyyətə
və Birləşmiş Millətlər Təşkilatına
(BMT) müraciət ünvanlayıblar. Məktubu ünvanlayan
QHT nümayəndələrinin fikirlərini öyrəndik.
Qeyri-hökumət
təşkilatlarının çağırışına
biganə yanaşılmamalıdır
"Biosfer"
İctimai Birliyinin sədri Qorxmaz İbrahimli deyib ki, ötən
əsrin 90-cı illərində havadarlarının dəstəyi
ilə torpaqlarımızı işğal edən ermənilərin
ərazilərimizdə flora və faunaya vurduqları ciddi ziyan
Vətən müharibəsindən sonra ortaya
çıxdı. Aydın oldu ki, Ermənistan 30 illik
işğalı dövründə dağ-mədən sənayesinin
tullantıları ilə canlı və cansız aləmi məhv
etməklə məşğul olub. Həmçinin ermənilər
ölkəmizin zəngin təbii ehtiyatlarını qanunsuz
istismar ediblər. Onların mədən sənayesi vasitəsilə
ekologiyamızın çirkləndirilməsinin nəticəsidir
ki, biz torpaqlarımızı zəhərli maddələrdən
təmizləmək üçün hələ uzun illər
ciddi yatırım etməliyik".
Q.İbrahimli bildirib ki, ekoloji cinayətlər
törətməkdən yorulmaq bilməyən ermənilər
indi də Naxçıvanla sərhəddə, Arazdəyəndə
yeni metallurgiya zavodu tikməyə hazırlaşırlar:
"Deməli, qonşuluq əlaqələrini və beynəlxalq
normaları pozan Ermənistana yerini göstərməyin
vaxtı gəlib çatıb. Ona görə də vətəndaş
cəmiyyəti təşkilatları olaraq Ermənistanın
dağ-mədən sənayesinin ekoloji fəlakətə səbəb
olan fəaliyyəti barədə beynəlxalq ictimaiyyətə
və BMT-yə müraciət ünvanlamışıq.
Əlbəttə, sual yaranar ki, 30 ilə yaxın öz
ölkəsində qaçqın vəziyyətdə
yaşayan soydaşlarımızın doğma yurdlarına
qaytarılması üçün bir addım belə atmayan
beynəlxalq təşkilatlardan indi nə gözləyirsiniz?!
Doğrudur, lakin nəzərə almaq lazımdır ki, Ermənistanın
dağ-mədən sənayesi təkcə regional deyil, qlobal səviyyədə
də təhlükəlidir".
Müsahibimizin
sözlərinə görə, beynəlxalq təşkilatlara
ünvanlanmış müraciətdə Ermənistanın illərdir
ki öz vətəndaşlarına və transsərhəd
çayları vasitəsilə bütün qonşu dövlətlərə
- xüsusən də ölkəmizə vurduğu və gələcəkdə vuracağı qlobal zərər və
təhlükədən bəhs olunub. "Ümid edirik, Azərbaycanın
qeyri-hökumət təşkilatlarının bu
çağırışına biganə
yanaşılmayacaq. Ermənistana beynəlxalq qınaq, tənbeh,
sanksiyalar vasitəsilə təzyiq göstərilməlidir.
Əks halda insanların sağlamlığının,
bütövlükdə canlı və cansız aləmin
olduqca böyük zərər altında qalacağı
qaçılmazdır. Belə olan halda isə təbiətin,
biomüxtəlifliyin qorunması, eləcə də qlobal
atmosferin, litosfer və hidrosferin çirklənməsinin
qarşısını almaq üçün Azərbaycan qəti
addımlar atmalı olacaq", - deyə o bildirib.
Q.İbrahimli əlavə
edib ki, Azərbaycan hər zaman beynəlxalq hüquqa hörmət
edib, qonşuluq əlaqələrinə xüsusi həssaslıqla
yanaşıb. Ermənistan isə bütün bunların
fonunda riyakar əməllərindən əl çəkmir.
Hesab edirik müraciət etdiyimiz beynəlxalq təşkilatlar
heç olmazsa bu dəfə qəti addım atacaq və
ekoloji terrorun qarşısını alacaqlar.
Ermənistan
qoşulduğu konvensiyaların tələblərinə əməl
etməyə məcburdur
Sahibkarlığa
və Bazar İqtisadiyyatının İnkişafına
Yardım Fondunun rəhbəri Sabit Bağırov bildirib ki,
ölkəmizdəki vətəndaş cəmiyyəti təşkilatları
Ermənistanın dağ-mədən sənayesinin qanunsuz fəaliyyəti
ilə bağlı bir neçə dəfə müxtəlif
ünvanlara müraciət edib, bəyanat veriblər: "Ermənistanın
dağ-mədən sənayesinin fəaliyyəti nəticəsində
yaranan, Yer kürəsinin ekosisteminə regional və qlobal təsir
göstərən ekoloji fəlakətlə əlaqədar
beynəlxalq ictimaiyyətə və BMT-yə edilən bu
müraciət sayca dördüncüdür. Müraciətlərin
davamlı xarakter almasının səbəbi məsələnin,
həqiqətən, narahatedici və təhlükəli
olması ilə bağlıdır. Ermənistanın dağ-mədən
sənayesində uzun illərdir ki faydalı
qazıntıların hasilatı aparılır. Hasilat
zamanı kimyəvi elementlərin təmizlənməsi isə
müəyyən tullantıların çaylara
axıdılması ilə müşahidə edilir. Bu bir daha
sübut edir ki, Ermənistan beynəlxalq ekoloji normalara riayət
etmir".
Müsahibimizin
dediyinə görə, zəhərli kimyəvi tullantılar
transsərhəd suları çirkləndirir: "Həmin
çaylar həm də ölkəmizin ərazisindən
keçdiyinə görə ətraf mühitə ciddi ziyan
vurur. Bu ekoloji fəlakətin qarşısını almaq
üçün müvafiq təhlillər aparılmalı,
monitorinqlər keçirilməlidir. Ətraf mühiti bu
ekoloji təhlükədən azad etmək üçün
bütün səyləri birləşdirmək
lazımdır. Çirkləndirilmiş çaylar
ümumilikdə regionu ekoloji fəlakətlə üz-üzə
qoyduğuna görə təkcə yerli deyil, xarici təşkilatlar
da məsələyə ciddi yanaşmalıdırlar".
S.Bağırov
qeyd edib ki, Ermənistan qoşulduğu konvensiyaların şərtlərini
yerinə yetirməyə məcburdur: "İnsanların
sağlamlığını, flora və faunanı qorumaq
prioritet olmalıdır. Əks halda dağ-mədən sənayesinin
fəaliyyəti Ermənistana xeyirdən çox, ziyan vuracaq.
Nəzərə almaq lazımdır ki, bu məsələ Ermənistanın
özünün də vətəndaş cəmiyyəti təşkilatlarını
narahat edir. Təsadüfi deyil ki, onlar bununla bağlı bir
neçə dəfə məsələ qaldırıb,
etirazlarını bildiriblər".
Qeyri-şəffaf
və hesabatlılığı olmayan dağ-mədən sənayesi
Hüquqi Təhlil
və Araşdırmalar İctimai Birliyinin sədri Ramil
İskəndərli qeyd edib ki, Prezident İlham Əliyev
2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr
olunmuş müşavirədə çıxışı
zamanı ekoloji tarazlıqla bağlı məsələlərə
toxunub. Prezident qeyd edib ki, Ermənistan həm öz ərazisindəki
müəssisələrin fəaliyyəti nəticəsində,
həm də o vaxt işğal etdikləri
torpaqlarımızda - Qarabağda və Şərqi Zəngəzurda
təbii resurslarımızın vəhşicəsinə
istismarı nəticəsində təbiətimizə
böyük zərbə vurub. 60 min hektardan çox meşə
fondu ermənilər tərəfindən
dağıdılıb, talan edilib. Azərbaycanda fəaliyyət
göstərən vətəndaş cəmiyyəti təşkilatları
da səssiz qalmayıb, bu məsələ ilə bağlı
BMT-yə və beynəlxalq ictimaiyyətə müraciət
ediblər".
R.İskəndərlinin
sözlərinə görə, Ermənistanın dağ-mədən
sənayesində qeyri-şəffaf və
hesabatlılığı olmayan istismar fəaliyyətinin
geniş təsir dairəsində davamlı inkişaf
üçün yaranmış təhlükə insanlara və
ətraf mühitə ciddi ziyan vurur. Sənaye müəssisələrinin
yüksək zəhərli kimyəvi tullantıları, demək
olar ki, bütün transsərhəd suları çirkləndirir.
Bu ekoloji təsir insanların sağlamlığına və
təhlükəsizliyinə, floraya, faunaya, torpaq, hava və su
strukturlarına mənfi təsir göstərir.
"Məsələnin
hüquqi tərəfinə gəldikdə isə, Ermənistan
BMT-nin bir sıra konvensiyalarının, o cümlədən
"Transsərhəd su axarlarının və beynəlxalq
göllərin mühafizəsi və istifadəsi
haqqında" Konvensiyasının, "Su və
sağlamlıq haqqında" protokolunun, o cümlədən
BMT-nin "Avropa İqtisadi Komissiyasının Təhlükəli
tullantıların transsərhəd daşınmasına və
utilizasiyasına nəzarət" haqqında Bazel Konvensiyasının,
"Uzunmüddətli transsərhəd havanın çirklənməsinə
dair" Konvensiyanın, "Transsərhəd kontekstdə ətraf
mühitə təsirin qiymətləndirilməsi üzrə
Avropa İqtisadi Komissiyası"nın tələblərini,
BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini,
Biznes və İnsan Hüquqları üzrə BMT-nin Rəhbər
Prinsiplərini kobud şəkildə pozur", - deyə
müsahibimiz bildirib.
R.İskəndərli
vurğulayıb ki, Azərbaycan və Ermənistan "Transsərhəd
kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi
haqqında" Konvensiyanın tərəfləridir: "Konvensiyanın
müddəalarına görə, transsərhəd
zonasında hər hansı bir sənaye obyekti tikilərkən
onun ətraf mühitə təsiri qiymətləndirilməli,
həmin transsərhəd ölkə ilə müzakirə
edilməli və razılaşdırılmalıdır. Ona
görə də biz haqqımızı tələb edir və
QHT-lər olaraq BMT və digər beynəlxalq qurumlardan Ermənistandakı
sənaye müəssisələrinin fəaliyyətini izləməklə,
beynəlxalq ekoloji normalara riayət olunmasını təmin
etmələrini istəyirik".
Nəzrin
QARDAŞXANOVA,
Azərbaycan.-2023.- 21 iyul.- S.9.