Xalq artisti Mirzə Babayevin xatirəsi yad edilib
Azərbaycan musiqi sənətinin görkəmli
nümayəndəsi, Xalq
artisti, unudulmaz müğənni Mirzə
Babayevin (1913-2003) anadan
olmasının 110-cu ildönümü
münasibətilə Mədəniyyət
Nazirliyinin nümayəndələri,
tanınmış mədəniyyət
və incəsənət
xadimləri, sənətkarın
ailə üzvləri
II Fəxri xiyabana gələrək, onun xatirəsini yad edib, məzarı üzərinə
gül dəstələri
qoyublar.
Mərasimdə Mirzə
Babayevin istedadı ilə xalqımızın
məhəbbətini qazanan
böyük sənətkarlardan
olduğu qeyd edilib. O, Azərbaycan estrada musiqisinin inkişafına mühüm
töhfələr verib,
səsi və ifaçılıq məharəti
ilə özünəməxsus
üslubunu yaradıb və musiqimizi xarici ölkələrdə
layiqincə təmsil edib.
Teatr və
kino aktyoru, Xalq artisti Rafiq Əzimov bildirib ki, Mirzə Babayev ömrünün yarıdan
çoxunu musiqi sənətinə həsr
edib. O, hərtərəfli
sənətkar idi. İstedadlı aktyor kimi milli kino tariximizə də adını yazdırıb, "Dərviş
Parisi partladır",
"Telefonçu qız",
"Romeo mənim qonşumdur",
"Qorxma, mən səninləyəm!" və
digər ekran əsərlərində rəngarəng
obrazlar qalereyası yaradıb.
Xalq artisti, kinorejissor Vaqif Mustafayev, Azərbaycan Teatr Xadimləri İttifaqının
sədri vəzifəsini
müvəqqəti icra
edən Xalq artisti Hacı İsmayılov, Xalq artisti, kinorejissor Oqtay Mirqasımov, Xalq artisti, müğənni
Gülyanaq Məmmədova
görkəmli sənətkarla
bağlı xatirələrini
danışaraq onun bənzərsiz yaradıcılığından
söz açıblar.
Azərbaycan.-2023.- 21 iyul.-
S.10.