Tanrının xilas əli filminin təqdimatı olub

 

Bakı Gənclər Mərkəzində "Tanrının xilas əli" bədii-sənədli filminin təqdimat mərasimi keçirilib.

Ekran əsəri 1958-ci ildə Bakıda, Xəzər dənizində batan azyaşlı qızları xilas edərkən həlak olan məktəbli Tofiq Hüseynovun qəhrəmanlığından bəhs edir. Filmin ssenari müəllifi rejissoru Babək Abbaszadə çıxış edərək ötən əsrin ortalarında adı bütün respublika ərazisinə yayılmış, sorağı keçmiş SSRİ-nin Moskva şəhərində rəsmi dairələrə qədər çatmış, eyni zamanda Bakıdakı 132-134 nömrəli təhsil kompleksinin şagirdi olmuş Tofiq Hüseynov haqqında filmin çəkilməsində əsas məqsədin qısa ömrünə böyük qəhrəmanlıq sığdıran 17 yaşlı məktəblini müasir dövrün gənclərinə tanıtmaq, xatirəsini əbədiləşdirmək olduğunu bildirib.

Ekran əsərində Tofiq Hüseynovun qısa, lakin mənalı həyatı, qəhrəmanlıq hekayəsi bədii-sənədli formada təqdim edilib. 65 il ərzində ilk dəfə olaraq canlı şahidlər hadisə ilə bağlı öz xatirələrini bölüşüblər.

 

Azərbaycan.-2023.- 21 iyul.- S.10.