Şuşada
1 nömrəli tam orta məktəbin binasında tikinti işlərinin gedişi ilə tanışlıq
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev iyulun 21-də Şuşa şəhərində
1 nömrəli tam orta məktəbin binasında tikinti işlərinin gedişi ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, dövlətimizin
başçısına görülən
işlər barədə
məlumat verildi.
Bildirildi ki, Şuşa şəhər
1 nömrəli tam orta məktəbin 960 şagird yerlik üçmərtəbəli binasında
tədrisin təşkili
üçün hər
cür şərait yaradılıb. Məktəbdə
hər biri 24 nəfərlik 40 sinif otağı, 2 fizika, 2 kimya, 2 biologiya, 2 texnologiya, 2 informatika otağı, 1 STEAM mərkəzi,
kitabxana və oxu zalı, gənclərin ibtidai hərbi hazırlığı,
rəssamlıq və
musiqi kabinetləri, tibb otağı, müayinə otağı,
yeməkxana, həmçinin
akt və idman zalları, inzibati heyət üçün iş otaqları var. Məktəb üçün
ayrılan bir hektar ərazidə futbol meydançası, transformator, fərdi qazanxana, su hovuzu
və digər zəruri yardımçı
binaların inşası
da yekunlaşıb.
Qeyd edək ki, ölkəmizin mədəniyyət paytaxtı Şuşa Azərbaycanın ictimai-siyasi həyatında da özünəməxsus rol oynayıb. Azərbaycanın ictimai-siyasi fikir tarixində mühüm yer tutan bir sıra görkəmli şəxsiyyətlər, maarifçi ziyalılar məhz Şuşada doğulub boya-başa çatıblar. Həmin şəxslər Şuşada fəaliyyət göstərən, dövrün qabaqcıl təhsil müəssisələrinin yetirmələri idilər. Belə ki, Şuşada fəaliyyət göstərən xəttatlıq, teatr, musiqi, vokal, eləcə də ilk qızlar, rus-tatar məktəbləri, qızlar seminariyası, realnı məktəb yerli əhalinin intellektual səviyyəsini, dünyagörüşünü inkişaf etdirməyə, şəhərin ziyalı səviyyəsini qoruyub saxlamağa imkan verib. Şuşada 1 saylı tam orta məktəb binasının inşası məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Belə ki, məktəb binasının inşası bu qədim şəhərin təhsil mərkəzi şöhrətinin qaytarılması missiyasına xidmət edən növbəti addımdır.
Azərbaycan.-2023.- 22 iyul.- S.7.