Prezident İlham Əliyev Şuşa şəhər xəstəxanasının binasında tikinti işlərinin gedişi ilə tanış olub

 

İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 90 çarpayılıq Şuşa şəhər xəstəxanasının binasında tikinti işlərinin gedişi ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına görülən işlər barədə məlumat verildi.

Xatırladaq ki, Şuşa şəhər xəstəxanasının təməli 2021-ci il noyabrın 7-də Prezident İlham Əliyevin birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub.

Məlumat verildi ki, 3,7 hektara yaxın sahədə inşa edilən xəstəxana binasının tikinti işlərinə bu ilin yanvarında başlanılıb. Xəstəxana binası 4-ü dördmərtəbəli, 2-si isə birmərtəbəli olmaqla 6 korpusdan ibarətdir. Binanın zirzəmi hissəsindən stasionar tibbi xidmət sığınacaq kimi istifadə olunacaq, zərurət yarandıqda hərbi hospital kimi fəaliyyət göstərəcək. Stasionar xidmət sahəsində qəbul, terapiya, pediatriya, cərrahiyyə, doğuş, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiyareanimasiya, hemodializ şöbələri fəaliyyət göstərəcək.

Ambulator xidmət sahəsində isə konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya tibbi bərpa şöbələri, həmçinin klinik diaqnostik laboratoriya yaradılacaq.

Xəstəxananın Təcili Tibbi Yardım Stansiyası müasir standartlara cavab verən böyük vəsait tələb edən tibbi avadanlıqlar – 1.5 TL maqnit-rezonans tomoqrafiya 32 kəsikli kompüter tomoqrafiya aparatları ilə təchiz olunacaq. Stansiyada hər növbədə dörd briqada fəaliyyət göstərəcək.

Şuşa şəhər xəstəxanasının ərazisində, eyni zamanda, Gigiyena Epidemiologiya Mərkəzi, Məhkəmə Tibbi Ekspertiza Patoloji Anatomiya Birliyi, yoluxucu xəstəliklər hemodializ korpusları inşa olunacaq.

Qeyd edək ki, əhalinin sağlamlığı daim dövlətimizin başçısının diqqət mərkəzindədir. Bu baxımdan işğaldan azad edilən ərazilərdə tibb səhiyyə xidmətlərinin təşkili üçün qısa bir müddətdə genişmiqyaslı işlər həyata keçirilir. Şuşa şəhər xəstəxanası burada yaşayacaq əhalinin tibbi təminatı sağlamlığının qorunması istiqamətində Prezident İlham Əliyevin birbaşa göstərişi rəhbərliyi ilə icra olunan infrastruktur layihələrindən biridir. Bu, həm onu göstərir ki, azad edilmiş digər ərazilərdə olduğu kimi, Şuşada da səhiyyə ocaqlarının inşası dövlətimiz üçün prioritet məsələlərdəndir.

 

 

Azərbaycan.-2023.- 22 iyul.- S.7.