Prezident
İlham Əliyev Şuşa rayonunun Daşaltı kəndinin yenidən qurulması ilə bağlı görüləcək işlərlə
tanış olub
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev iyulun 21-də Şuşa rayonunun Daşaltı kəndinin yenidən qurulması ilə bağlı görüləcək işlərlə
tanış olub, burada özəl investisiya hesabına inşa ediləcək yeni yaşayış kompleksinin və turizm obyektlərinin təməlini qoyub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan
Respublikası Prezidentinin
Şuşa rayonunda xüsusi nümayəndəsi
Aydın Kərimov dövlətimizin başçısına
görüləcək işlər
barədə məlumat
verdi.
Bildirildi ki, Şuşa şəhəri
üçün strateji
əhəmiyyət daşıyan
Daşaltı kəndinin
bərpası qarşıya
qoyulan əsas məqsədlərdəndir. Kəndin
inkişafı, burada məskunlaşacaq əhali
üçün rahat
və sağlam yaşayış mühitinin
yaradılması, sakinlərin
məşğulluq sahələri
və istirahət əraziləri ilə təmin edilməsi prioritetlər arasındadır.
Bunu nəzərə alaraq yenidənqurma üzrə təqdim olunan konsepsiya ərazinin təbii landşaftını qorumaqla
Daşaltı kəndinin
müasir tələblərə
cavab verən yenilənəcək simasını
nümayiş etdirir. Kənddə ictimai və yaşayış mərkəzlərinin, mədəniyyət
və təhsil ocaqlarının qurulması,
sosial və ictimai obyektlərin inşası, turizm sahələrinin yaradılması,
nəqliyyat və kommunikasiya xətlərinin
çəkilməsi, ərazinin
yaşıllaşdırılması, kəndin ekoloji təmiz enerji ilə qidalandırılması
üçün infrastrukturun
təmin olunması nəzərdə tutulur.
Qeyd olundu ki, görüləcək
işlər 65 hektara yaxın ərazini əhatə edir. Buraya 220 ailənin köçürülməsi planlaşdırılır.
Məskunlaşdırılması nəzərdə tutulan əhalinin ümumi sayı isə 1100 nəfər olacaq. Sakinlərin yaşayışı
üçün ümumilikdə
228 ev inşa ediləcək. Bundan başqa, ikimərtəbəli
çoxmənzilli 9 bina,
ikimərtəbəli bloklaşdırılmış
(“townhouse” tipli) 66 ev və 153 ikimərtəbəli fərdi
ev tikiləcək. Kənddə, həmçinin
məscid, Bayraq meydanı, informasiya mərkəzi, qonaq evi, xalq sənətkarlığı
emalatxanaları, qida məhsullarının satış
köşkləri, ictimai-iaşə
və ticarət obyektləri, sərgi salonu, uşaq bağçası, inzibati
bina, tibb məntəqəsi, poçt
şöbəsi, klub-icma
mərkəzi, otel və istirahət mərkəzi, aktiv turizm və istirahət zonalarının
yaradılması planlaşdırılır.
Bildirildi ki, ikimərtəbəli bloklaşdırılmış
(“townhouse” tipli) evlər konsepsiyası kənd ərazisində şəhərin praktikliyini
təmin etmək məqsədi daşıyır.
Bir-birindən ortaq divarla ayrılan üçotaqlı və
dördotaqlı yaşayış
blokları optimal quruluşuna görə az sahədə bir neçə ailənin yaşamasına
imkan yaradır və eyni zamanda,
onların hər birini şəxsi həyət və terras ilə təmin edir. Həmçinin azmərtəbəli
çoxmənzilli tikililər
ərazidə yüksək
sıxlıq yaratmamaqla
əhalini kiçik sahədə yerləşdirmək
imkanı verdiyinə görə kəndin planlaşdırılmasında ən
optimal həll hesab olunur. Binaların
ətrafında sakinlər
üçün ümumi
istirahət sahələri,
yaşıllıqlar, avtomobil
dayanacaqları nəzərdə
tutulub.
Qeyd edildi ki, Daşaltı kəndində özəl sektor üçün investisiya zonasında nəzərdə tutulan evlərin və turizm obyektlərinin tikintisi “PMD Group” MMC tərəfindən yerinə yetirilir. Daşaltıda 2,4 hektar ərazidə kənd üslubunda otel və istirahət mərkəzi tikiləcək. Otel kompleksi ikimərtəbəli 10 binadan ibarət olacaq. Ümumilikdə 48 nömrədən ibarət olacaq otel kompleksində restoran, əyləncə və idman-sağlamlıq mərkəzləri, uşaqlar üçün oyun meydançası, istirahət parkı yaradılacaq.
Azərbaycan.-2023.- 22 iyul.- S.7.