Jurnalist
taleyi başqalarına
bənzəmir
Üçüncü kursda oxuyanda Tovuzun "Həqiqət"
qəzetində təcrübə
keçirdim.
Qəzetin çox
sərt və ötkəm,
həm də özü və sözü bütöv redaktoru Musa Musayev bir
gün mənə dedi ki, səndən
jurnalist olmayacaq.
Çox təəccübləndim, hətta dəhşətli dərəcədə
heyrətə gəldim:
"Necə yəni olmayacaq? Mən bu peşə
üçün həyatımın
neçə
ilini kitablarla yatıb-durmuşam ki, Jurnalistika fakültəsinə
daxil ola bilim". Ürəyimdən
keçənləri dilimə
gətirdim: "Yox, Musa müəllim, mən mütləq jurnalist olacam". Redaktorun cavabı da qəribə oldu və illərdir
yaddaşımdan qopmur:
"Bəlkə də
sən jurnalist ola bildin, amma
yazılarından və
imzandan başqa bu dünyada heç nəyin olmayacaq".
Musa müəllimin
bu öncəgörməkliyini
sonralar taleyimdə yaşadım. Amma jurnalist ola bilməyəcəyim
haqda verdiyi "proqnoz" təsdiqini tapmadı. Mən bu gün jurnalistəm
və jurnalistikaya məbəd kimi baxıram, səcdəgah kimi önündə diz çökürəm.
40 illik
fəaliyyətimdə jurnalistikanın
xoş aurasını
taleyimin şansı hesab edirəm.
Biz jurnalistikanın sözün
bütün mənalarında
məktəbini oxumuşuq.
Beş il müəllimlərimizdən
dərs almışıq.
Janrları öyrənmiş,
xəbər, məqalə
və zarisovka yazmağın, reportaj hazırlamağın, sual
verməyin təcrübəsini
keçmişik.
Müsahibə götürəcəyimiz
həmsöhbətimizi çözmək
və "sökmək"
üçün
Jurnalistika fakültəsində
düz on semestr imtahan vermişik.
Sonuncu kursda
"Azərbaycan jurnalistləri
"Böyük vətən
müharibəsi illərində"
adlı diplom işi yazdım. Mövzunu yazarkən 1941-1945-ci illərdə
birbaşa cəbhə
xəttində, döyüş
bölgələrində çıxmış
qəzetlərin tozunu
uddum, günlərlə
arxivdə həmin qəzetləri vərəqlədim,
jurnalistlərin
fəaliyyətini araşdırdım.
Və nə qədər pafoslu səslənsə
də, elə o günlər 35-40 il əvvəlin
qəzetlərinin tozu,
saralmış kağız rəngi məni jurnalistikaya daha bərk bağladı, bu peşəni daha çox sevdirdi.
Və beləcə,
jurnalistikaya illərimizi
verdik, həyatımızı
bağladıq. Jurnalistika
bizim tale yolumuzda işıq oldu, dünyadan küsəndə,
həyatdan bezəndə
əlimizdən tutdu.
Biz peşəkar jurnalist
olaraq seçdiyimiz sahənin fəhləsi, sözün qulu, mətbuatın nökəriyik.
Və bu statusumuzdan dolayı hər
zaman qürur duyuruq. Biz jurnalistikaya
xəyanət etmirik. Heç vaxt ondan üz döndərmək
barədə fikirləşmirik.
Vaxt oldu ki, o, əlinin arxası ilə bizi geri
çevirmək istədi,
amma biz onun cazibəsindan çıxa
bilmədik. Hər gün, hər an içində olduğumuz
ahənrübanın nəfəsini
alırıq. Bu nəfəs
bizim həyatımız,
taleyimizdir, ondan qaça bilmərik.
Çünki jurnalist
ömrü, jurnalist taleyi başqalarına bənzəmir. Tam fərqli
bir taledir, fərqli bir yaşamdır bu ömür. Bu ömürdə
yaşananları başqa
peşə sahibləri
yaşamır. Jurnalistin
həyatı çalxantılarla,
fırtınalarla doludur.
Onun gündəlik iş rejimi də fərqlidir. Əsl jurnalistin ürəyi həmişə
sızlayır. Əsl
jurnalistin beyni daim fikirləşdiyi üçün ağrıyır.
Lakin bu sızıltılar,
bu ağrılar bizi incitmir, çünki bu taleyi özümüz seçmişik və jurnalistikaya gəlməyimizdən,
həyatımızı bu
çətin və şərəfli, həm də müqəddəs peşəyə həsr etməyimizdən qətiyyən
peşman deyilik.
İllər öncə
Musa müəllim əslində
bütün jurnalistlərə
xitabən dediyi bir
fikirdə haqlı idi. Bu gün bizim gerçəkdən imzamızdan və sözümüzdən başqa
heç nəyimiz yoxdur. Həmişə belə düşündük
və indi də o fikirdəyik ki, jurnalistika məhz budur - mənəvi zənginlik fonunda sözün və imzanın şərəfini
qoruyub saxlamaq.
Bu gün Milli Mətbuat Günüdür. Ömrünü
jurnalistikaya həsr etmiş, bu peşənin ağrı-acılarını
könüllü qəbul
edərək ona təslim olmuş həmkarlarımızı təbrik edirik.
Züleyxa ƏLİYEVA,
Azərbaycan.-2023.- 22 iyul.-
S.10.