İlham Əliyev
Azərbaycan reallıqlarını,
dəyişməz mövqeyini,
humanizm prinsiplərini
bir daha nümayiş etdirdi
Tarixi Zəfərimizin
zirvəsi olan Şuşa işğaldan
azad edildikdən sonra bir sıra
mötəbər beynəlxalq
tədbirlərə evsahibliyi
edib. İyulun 21-də,
milli mətbuatımızın
148-ci ildönümünün qeyd edildiyi gündə
isə mədəniyyətimizin
paytaxtı növbəti
bir tarixi tədbirin məkanı oldu.
Prezident İlham
Əliyevin iştirakı
ilə qədim qala şəhərimizdə
"4-cü Sənaye İnqilabı
dövründə Yeni
Media" mövzusunda I Şuşa
Qlobal Media Forumunun aşılışı oldu.
49 ölkədən 150 xarici
qonağın, o cümlədən
dünyanın 34 ölkəsinin
dövlət informasiya
agentliyinin, 12 beynəlxalq
təşkilat və media qurumunun, eləcə də 60 yerli media orqanlarının
rəhbərlərinin, nümayəndələrinin
iştirak etdiyi forumda İlham Əliyev bir daha dünyaya Azərbaycan reallıqlarını
çatdırdı və
regionda baş verən prosesləri dəyərləndirdi. Prezident
həmçinin məğlub
Ermənistana, onun havadarlarına və separatçı qüvvələrə
xəbərdarlığını ünvanladı.
Xarici və yerli media nümayəndələrinin
suallarını cavablandıran
İlham Əliyev öncə forum iştirakçılarına bir
daha bəyan etdi ki, üzərində
gəzdikləri torpaq
qədim Azərbaycan yurdudur. Əgər Şuşa erməni şəhəri olsaydı,
30 il ərzində haylar bu şəhərin
simasını mütləq
dəyişərdilər. Amma
Şuşa işğaldan
azad ediləndə dünya onun acınacaqlı vəziyyətinə
şahidlik etdi.
Barbar ermənilər
Şuşadakı bütün
17 bulağı qurudub,
14 məscid dağıtmışdılar.
Şuşada daş-daş
üstə qalmamışdı.
Bu gün Azərbaycan dövləti
öz iqtisadi qüdrəti hesabına Şuşanın əvvəlki
əzəmətini özünə
qaytarır. Bir zamanlar bizim üçün əlçatmaz
arzuya çevrilən,
düşmənin bizə
acıq verirmiş kimi yallı getdiyi Şuşa bu gün bütün
dünya üçün
beynəlxalqsəviyyəli tədbirlərin, forumların,
siyasi diskussiyaların,
mədəniyyət və
sülh ünvanına
çevrilib.
Bu mötəbər
forumun Şuşada keçirilməsi təsadüfi
deyildi. Son vaxtlar bəzi xarici himayədarlarına güvənən, sülh
danışıqlarını hər vəclə pozmağa çalışan
revanşistlər müxtəlif
iddialar, bəyanatlar səsləndirərək həqiqətləri
gizlətməyə can
atırdılar. Amma İlham Əliyev 44 günlük Vətən müharibəsi zamanı əsl diplomat, natiq kimi dünya
mediasına verdiyi müsahibələrdə haqq
işimizi, doğru yolda olduğumuzu sübuta yetirdiyi kimi, Şuşa forumunda da bir
daha həqiqətləri
ortaya qoydu. Azərbaycan Prezidenti Şuşadan məğlub
Ermənistanı sülhə
çağırdı, regionda
əmin-amanlığın bərqərar olması üçün barış
sazişinin imzalanmasının
vacibliyini bildirdi.
Əgər sülh
sazişi imzalanarsa, bu, ilk növbədə
regionun risk bölgəsi təhlükəsindən
qurtuluşu olar, investorların bölgəyə
diqqətinin artması
prosesi baş verə bilər: "Biz sülh müqaviləsinin
imzalanmasına nail olsaq, bu, ümumiyyətlə,
Cənubi Qafqazda vəziyyəti sağlamlaşdıracaq
və Cənubi Qafqazı yüksək risk zonasından çıxarmış olacaq.
Çünki yüksək
risk zonası təkcə ekspertlərin
qiyməti deyil, bu, həmçinin reytinqlərdir, kreditlənmə
imkanlarıdır. Bunlar
birbaşa olaraq xarici sərmayələrlə
bağlı məsələdir,
xüsusilə indi. İnvestorlar ilk növbədə potensial və mümkün riskləri nəzərə
alırlar. Ermənistanla
münasibətlərin tənzimlənməsi
bu sualı gündəmdən çıxaracaq.
Münasibətlərin normallaşması
həm bizim iqtisadiyyat, həm də Ermənistan iqtisadiyyatı üçün
və ümumiyyətlə,
daha genişmiqyaslı
planların gerçəkləşdirilməsinə
imkan verəcək. Müdafiə potensialı
ilə bağlı bu qədər maliyyələşdirməyə ehtiyac qalmayacaq. Odur ki, müəyyən
maliyyə resursları
ixtiyarımızda sərbəst
olacaqdır".
İlham Əliyev
forumda bir daha Ermənistana səslənərək sülhün
yaxın olduğunu bildirdi və qeyd etdi ki,
əməldə, sözdə
deyilən fikirlərin
kağız üzərində
də təsdiqini tapması mütləqdir.
Forumda Azərbaycan
və Türkiyə qardaşlığından da
bəhs edən İlham Əliyev bu birliyin əbədi
və sarsılmaz olduğunu dedi. Eyni zamanda qeyd
etdi ki, qardaşı Rəcəb
Tayyib Ərdoğanla şəxsi dostluğu təkcə regionda deyil, dünyada nümunə kimi göstərilir.
Həqiqətən də
bu gün dünya Azərbaycanla Türkiyə birliyini dəmir bağlarla möhkəmlənmiş güc
adlandırır. Bunu xalqlarımız şad gündə, dar gündə ortaya qoyduqları mövqeləri
ilə sübuta yetiriblər. İkinci Qarabağ müharibəsi
zamanı Türkiyənin
mənəvi dəstəyi,
qardaş ölkədə
baş vermiş təbii fəlakət zamanı azərbaycanlıların
atdığı addım
bunu təsdiqləyən
reallıqdır.
Bir sözlə,
Şuşada keçirilən
Qlobal Media Forumu Azərbaycan həqiqətlərinin
və bölgədə
baş verən proseslərin dünya ictimaiyyətinə çatdırılması
baxımından mühüm
hadisə kimi qiymətləndirilməlidir. Çünki
İlham Əliyev Şuşa zirvəsində
növbəti dəfə
Azərbaycan reallıqlarını,
yürütdüyü siyasi
kursu, dəyişməz
mövqeyini, humanizm prinsiplərini dünyaya nümayiş etdirdi. Dövlət başçısının
söylədiyi kimi, Azərbaycan hədəflərinə
doğru gedir. Ölkəmiz postmüharibə
dövründə ardıcıl
şəkildə hədəflərinə
nail olub və bu proses
uğurla davam edir. Bu yolda
Azərbaycanı heç
kim saxlaya, yolundan döndərə bilməz. Çünki Azərbaycan haqlı və güclüdür.
Azərbaycanın ərazi
bütövlüyünü təmin edən Prezident İlham Əliyev bu gün ölkəmizin möhtəşəm gələcəyini
qurur.
Qeyd edək ki, Şuşa forumu panel müzakirələrlə
davam edir. Forum çərçivəsində media və informasiya-kommunikasiya
sahəsində qlobal səviyyədə mühüm
aktuallıq kəsb edən məsələlər
müzakirə olunur. Dünyanın tanınmış
və nüfuzlu media rəhbərləri, ekspertləri rəqəmsal
dövrdə jurnalistika
və kommunikasiyada yeni alətlər, rəqəmsal transformasiya,
müasir informasiya mühitində media menecmenti və dayanıqlı media biznes modellərinin yaradılması, yeni mediada istehlak tendensiyaları və media savadlılığı,
dezinformasiya və feyk nyusla mübarizə
üsulları, jurnalistlərin
təhlükəsizliyi və
digər məsələləri
müzakirə edirlər.
Forum çərçivəsində Qoşulmama Hərəkatı
Media platforması təşəbbüsü
də irəli sürüləcək.
Bu günədək
çoxsaylı beynəlxalq
tədbirlərin keçirildiyi
Şuşa şəhəri
indi də müstəqil Azərbaycanın
tarixində ilk dəfədir dünyanın
aparıcı media, jurnalist təşkilatları
rəhbərlərini, informasiya-kommunikasiya
sahəsində nüfuzlu
ekspertləri, tanınmış
jurnalistləri bir araya toplayıb.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2023.- 23 iyul.- S.1;6.