Regionda yeni reallıqları
Azərbaycan diktə edir
Prezident İlham Əliyev bəyan
etdi ki, Ermənistanın
sülh sazişi imzalamaqdan başqa yolu yoxdur
İyulun 21-də "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində
çıxış edən
Prezident İlham Əliyev
Azərbaycan xalqına
və beynəlxalq ictimaiyyətə vacib mesajlar verib. Dövlət başçısı
tərəfindən xüsusilə
Ermənistana və ondan geosiyasi alət kimi istifadə edən havadarlarına ünvanlanmış
ismarıclarda Azərbaycanın
qətiyyətli mövqeyi
bir daha diqqətə çatdırılıb.
Mövzu ilə bağlı Milli Məclisin
deputatlarının fikirlərini
öyrəndik.
Ermənistan dövrün
reallıqları ilə
barışmalıdır
Milli Məclisin deputatı Rəşad Mahmudov deyib ki, Şuşada Qlobal Media Forumunun keçirilməsi təsadüfi
deyildi: "Son vaxtlar bəzi xarici himayədarlarına güvənən
revanşist erməni qüvvələri bölgədə
sülhü təhdid
edən bəyanatlar səsləndirməkdən çəkinmirdilər.
Bu baxımdan dövlətimizin
başçısının onlara ciddi mesajı
xüsusi əhəmiyyət
kəsb edir. Tədbirdə çıxışı
zamanı Prezident
İlham Əliyevin bildirdiyi
kimi, Şuşa mədəniyyət paytaxtımız
olmaqla yanaşı, həm də tarixi qələbəmizin
rəmzidir. Bu gün Şuşada aparılan abadlıq quruculuq işləri onu göstərir ki, 30 il ərzində
mənəvi və fiziki əzablarımızın
ünvanı kimi tanınan Şuşa və bütövlükdə
Qarabağ bölgənin
inkişaf möcüzəsinə
çevrilib. Bununla Azərbaycan hərb meydanındakı qələbəsini
həm də iqtisadi qüdrəti ilə təsdiqləyərək
işğaldan azad olunan bölgəmizin inkişafını dünyaya
təqdim edir. Ona görə də Prezident İlham Əliyevin
Şuşadan verdiyi mesajlar xüsusi önəm kəsb edir".
Prezidentin Ermənistanın
sülh sazişi imzalamaqdan başqa yolu olmadığını
açıq şəkildə
bəyan edərək
müharibədən sonra
düşmənin məcburiyyətdən
sülhə doğru bəzi addımlar atdığını, amma
bu addımların yetərli olmadığı
fikrinə toxunan deputat bildirdi:
"Dövlət başçısı
Ermənistanın ölkəmizin
ərazi bütövlüyünü
tanımasının real əsaslarını
açıq şəkildə
ifadə etdi. Belə ki, əks halda Azərbaycan da qarşı tərəfin
ərazi bütövlüyünü
tanımayacağını və bunun Ermənistanın
bir dövlət kimi məhvinə gətirib çıxaracağını
bildirdi. Çünki
bu gün bölgədə bütün
siyasi və iqtisadi reallıqları Azərbaycan diktə edir. Bu həqiqəti dərk edən düşmən "Qarabağ
Azərbaycandır" həqiqətini
açıq şəkildə
bəyan edir. Lakin bütün bunlar sülh üçün kifayət deyil, Ermənistan üzərinə
götürdüyü öhdəlikləri
yerinə yetirərək
sülh sazişinin imzalanmasını reallaşdırmalıdır".
Rəşad Mahmudovun
sözlərinə görə,
Prezidentin çıxışında
Şuşa Bəyannaməsinin
xüsusi vurğulanması
da məhz sülh sazişinə mane olan xarici qüvvələrə
verilən mesaj idi. Bu gün Türkiyə-Azərbaycan münasibətləri
elə bir zirvəyə çatıb
ki, bu birliyin qarşısında heç
bir qüvvə tab gətirə bilməz. 44 günlük Vətən müharibəsində olduğu
kimi, bu gün də Türkiyə Azərbaycanın
haqlı mövqeyini diplomatik cəbhədə
tam şəkildə müdafiə
edir.
"Azərbaycan hərbi və iqtisadi qüdrətinə rəğmən
məğlub Ermənistanla
sülh sazişini danışıqlar yolu ilə əldə etmək niyyətini açıq şəkildə
ortaya qoyub. Şuşa forumunda Prezidentin səsləndirdiyi
fikirlər bölgədə
sülh üçün
ən mühüm bəyanat kimi yadda qaldı. Beləliklə, Şuşa zirvəsində
növbəti dəfə
Prezident İlham Əliyev
Azərbaycan reallıqlarını,
ölkəmizin dürüst
siyasi kursunu, humanizm prinsiplərini dünyaya nümayiş etdirdi. Dövlətimizin başçısının söylədiyi
kimi, Azərbaycan hədəflərinə doğru
gedir. Ölkəmiz postmüharibə dövründə
ardıcıl şəkildə
hədəflərinə nail olub və bu
proses uğurla davam edir. Reallıq onu göstərir ki, bizi heç kim saxlaya, yolundan
döndərə bilməz.
Çünki biz haqlı
və güclüyük",
- deyə o bildirib.
Deputat vurğulayıb
ki, Prezident İlham Əliyev
bu gün ölkəmizin gələcəyini
qurur, daha qüdrətli Azərbaycan
naminə yüksək
əzm nümayiş etdirir. Müasir dünya tarixində xalqını İlham Əliyev
qədər sevən ikinci lider tapmaq
çətindir. Bu, dövlət
başçısının fəaliyyətində açıq
şəkildə görünür.
Azərbaycan torpaqlarının
hər qarışında
suverenliyini təmin etmək əzmindədir
Milli Məclisin deputatı Sahib
Alıyev bildirib ki, Prezident İlham Əliyevin
Şuşadakı mesajları
təkcə Ermənistana
deyil, həm də bədnam qonşumuzdan geosiyasi alət kimi faydalananlara, bir qismi isə Azərbaycan xalqına ünvanlanmışdı. Ermənistana
ünvanlanan ismarıcların
əsasını isə
Azərbaycanın hər
zaman sülhə hazır
olması təşkil
edir. Azərbaycan ictimai barışığa
hazırdır, lakin qarşı tərəf bunun üçün azərbaycanlılardan mütləq
üzr istəməli,
bütün baş verənlərin bir daha təkrarlanmayacağını
bildirməlidir.
Deputatın dediyinə
görə, Prezidentin
Ermənistana ünvanladığı
mesajlarda yer alan məqamlardan biri də o idi ki, sülh anlaşması Azərbaycandan
daha çox qarşı tərəfin
marağında olmalıdır:
"Həm Ermənistan,
həm də Qarabağda yaşayan haylar İkinci Qarabağ savaşından
sonra baş verənlərdən, yeni reallıqlardan
nəticə çıxarmalıdırlar.
Onlar anlamalıdırlar
ki, kimsə Azərbaycan
torpaqlarında hayların
yerinə vuruşmayacaq.
Azərbaycan torpaqlarının
hər qarışında
suverenliyini təmin etmək əzmindədir. Hazırda baş verən proseslər də bunu açıq
şəkildə ortaya
qoyur. Böyük qayıdış prosesinin
başlanmasının bir
illiyi tamam olanda Prezidentin Xocalıya, Daşaltıya
getməsi növbəti
mərhələdə keçmiş
Dağlıq Qarabağın
ərazi vahidinin tərkibindəki torpaqlarımıza
köç ediləcəyinin
mesajı idi. Qarşı tərəf bu reallığı dərk etməlidir, çünki reinteqrasiya haqqında düşünməyin
vaxtı çoxdan çatıb".
Sahib Alıyev qeyd edib ki, forumda açıq şəkildə
dilə gətirilən
növbəti ismarıc
qərbi azərbaycanlıların
doğma yurdlarına qayıdışı ilə
bağlı idi: "Ermənistan Qarabağdakı
haylara rahat yaşamı təmin etməkdən ötrü
qərbi azərbaycanlıların
ən azından Zəngəzura və Göyçə mahalına
qayıtmalarının vacibliyini
unutmamalıdır. Forumda
həmçinin Ermənistandan
geosiyasi alət kimi faydalananlara və ya faydalanmaq
niyyəti güdənlərə
də ünvanlanan mesajlar var idi. Bu mənada bildirildi ki, özünü vasitəçi
rolunda görənlərin
və görüşləri
təşkil edənlərin
kimliyindən asılı
olmayaraq, format dəyişməyəcək.
Bütün cəhdlərə
baxmayaraq, Azərbaycan
görüşlərdə özünəməxsus strategiyasını
tətbiq edəcək.
Bu istiqamətdə məqsədyönlü
şəkildə irəliləyirik
və yavaş-yavaş
istəklərimizə nail oluruq".
Nəzrin QARDAŞXANOVA,
Azərbaycan.-2023.- 23 iyul.-
S.1;4.