Şuşa Qlobal
Media Forumu işini
panel müzakirələrlə davam etdirib
"Heydər Əliyev
İli" çərçivəsində
və Azərbaycan
Milli Mətbuatının 148-ci ildönümü münasibətilə
Azərbaycanın mədəniyyət
paytaxtı Şuşa
şəhərində keçirilən
"4-cü Sənaye İnqilabı
dövründə Yeni Media" Qlobal Media Forumu iyulun 22-də işini sessiyalarla davam etdirib.
AZƏRTAC xəbər verir ki, Medianın İnkişafı
Agentliyinin (MEDİA) təşkilatçılığı
ilə keçirilən
Forumun ikinci gününün birinci sessiyasında əvvəlcə
Azərbaycan Prezidentinin
köməkçisi - Prezident
Administrasiyasının Xarici
siyasət məsələləri
şöbəsinin müdiri
Hikmət Hacıyev çıxış edib.
O, 1875-ci ildə Həsən
bəy Zərdabi tərəfindən əsası
qoyulan Azərbaycan mediasının maarifçilik
prinsipləri əsasında
böyük tarixi yol keçdiyini, xalqımızın ictimai-siyasi
fikrinin, həmçinin
müstəqillik amallarının
formalaşmasında "Əkinçi"
qəzetinin böyük
rolunun olduğunu bildirib.
Beynəlxalq xəbər
aparıcısı, jurnalist
Maria Ramosun moderatorluğu
ilə keçirilən
"Medianın gələcəyi:
Rəqəmsal dövrdə
jurnalistika və kommunikasiyada yeni alətlər
və medianın rolu" adlı sessiyada medianın gələcəyi, ənənəvi
media üçün növbəti
addımlar, rəqəmsal
transformasiya məsələsi
diqqət mərkəzində
olub.
"Global
Policy" İnstitutunun prezidenti
Paolo von Schirach çıxışında
müasir dövrdə
texnologiyada baş verən yeniliklərin xəbərlərin hazırlanmasına
mənfi təsirlərindən
danışıb. Diqqətə
çatdırılıb ki, texnologiya sahəsindəki
inkişaf media qarşısında
da yeni çağırışlar yaradır. Bir qrup təşkilatların yalan
informasiyaları insanların
xəbərlərə olan
inamını itirib.
Media sahəsində dəyişikliklərin
çox sürətlə
getdiyini deyən kanadalı jurnalist, televiziya, sənədli
film, podkast və debat prodüseri Dana Volfe dəyişikliklərə
uyğunlaşmağın zəruriliyini,
əks halda, bu sahəni tərk etməli olduqlarını bildirib.
"Forward
Thinking" şirkətinin həmtəsisçisi və
direktoru Oliver Makternan qeyd edib: "Xəbərləri əyləncəli
təqdim etmək onun əhəmiyyətini itirir. Demək olar ki, xəbərlərdə
dəqiqlik yoxdur. Biz bunu daha çox
sosial mediada müşahidə edirik. Sosial media sahəsində
problem ondan ibarətdir
ki, biz xəstə təfəkkürlü
insanların əlinə
silah vermişik".
"Azad Azərbaycan" Teleradio Yayım Şirkətinin sədri Azər Xəlilov çıxışında
informasiyaları əyləncəli
təqdim etməyin onların əhəmiyyətini
itirdiyini düşünmədiyini,
bu xəbərləri
yaradan səbəblərin
aktuallığını itirdiyini
vurğulayaraq deyib:
"Xəbərlər elə
hazırlanmalıdır ki, içərisində əyləncə
də olsun".
Sessiyada Forum iştirakçıları,
həmçinin səmərəli
kommunikativ əlaqələrin
inkişafı, ənənəvi
medianın rolu və gələcəyi, yeni tendensiyalar fonunda jurnalistikada yaranan çətinliklər
və aktuallaşan yeni istiqamətlər, eləcə də bu sahədə rəqəmsal alətlərin
tətbiqinin yaratdığı
nəticələri müzakirə
edib, sualları cavablandırıblar.
Forumun ikinci sessiyası isə "Mediada investisiya və istehlak tendensiyaları" mövzusuna
həsr olunub. Xəbər aparıcısı
Caffar Hasnainin moderatorluğu ilə keçirilən sessiyada müasir informasiya mühitində media menecmenti və dayanıqlı media biznes modellərinin yaradılması, yeni mediada istehlak tendensiyaları və media savadlılığı
(dezinformasiya və feyk nyusla mübarizə
üsulları) məsələləri
nəzərdən keçirilib.
Sessiyanın panel
müzakirəsində çıxışı
zamanı jurnalist, media meneceri Bora Bayraktar deyib: "Bir sıra məsələlər
var ki, onlara
həssas yanaşmırıq.
Jurnalist olaraq vəzifəmiz ondan ibarətdir ki, biz digərlərindən fərqlənək, insanlara
zərər verəcək
xəbər yaymayaq. Eyni zamanda, müəyyən
regionlar haqqında reportaj hazırlayarkən sosial həyatı, ətraf mühiti nəzərə almalıyıq".
Strateji Araşdırmalar
Forumunun təsisçisi
və prezidenti, Serbiya parlamentinin sabiq deputatı Neven Cvetiçanin çıxışında vurğulayıb
ki, Azərbaycan bütün dillərdə
danışmağın mümkün
olduğu nadir yerlərdən biridir. Prezident İlham Əliyev ötən gün Qoşulmama Hərəkatı barədə
danışdı. Mən
də elə bu Forumu "Qoşulmama Mediası"
adlandıra bilərəm.
"TASS" informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman çıxışında
peşəkar, klassik jurnalistikanı sosial və internet-medialarından
ayırıb. O deyib:
"Bunlar iki fərqli fenomendir, hər birinə diqqət və hörmətlə yanaşmaq,
lakin bir-biri ilə qarışdırmamaq
lazımdır".
Xəbər jurnalistləri
barədə danışarkən
M.Qusman bildirib ki, onlar üçün
yalnız biq qayda mövcuddur - aydın, "zəhərlənməmiş",
düzgün məlumat.
Sonra çıxış edən
"Economyfirst Limited London" şirkətinin direktoru
Klaus Jürgens agentliklərin
marketin fəaliyyətindən
danışıb. Yaxşı
gəlir əldə etmək üçün agentliklərin müasir düşüncəyə malik peşəkar komandaya ehtiyaclarının olduğunu
diqqətə çatdırıb.
Yerli və xarici media nümayəndələrinin,
eyni zamanda, ekspertlərin iştirakı
ilə keçirilən
Forumun ikinci sessiyada media məhsullarının
istehsalı və istehlakı ilə bağlı dəyişən
trendlər, mediada investisiya məsələləri,
media savadlılığının peşəkar medianın inkişafında rolu, yeni mediada dəyər zəncirinin yaradılması
və biznes modellərinin inkişafı
ilə bağlı qarşılıqlı fikir
mübadiləsi aparılıb,
suallar cavablandırılıb.
Qeyd edək
ki, Şuşa Qlobal
Media Forumuna 49 ölkədən
150 xarici qonaq, o cümlədən dünyanın
34 ölkəsinin dövlət
informasiya agentliyi, 12 beynəlxalq təşkilat
və media qurumu qatılıb. Forumda, həmçinin 60 yerli
media rəhbəri və
nümayəndəsi iştirak
edir.
Forum işini iyulun 23-də yekunlaşdıracaq.
Azərbaycan.-2023.- 23 iyul.- S.2.