Azərbaycan Avropanın etibarlı qaz təchizatçısına çevrilib

 

Yaxın gələcəkdə ölkəmiz həm "yaşıl enerji" ixrac edəcək

 

"4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumunda iqtisadi məsələlər, o cümlədən enerji mövzusu da diqqət mərkəzində olub. Forumun açılış mərasimində Prezident İlham Əliyev iştirakçıların suallarını cavablandırarkən bu mövzudan geniş bəhs edilib.

Trans-Xəzər Qaz Boru Kəməri ilə əlaqədar sualın cavabında dövlət başçısı bildirib ki, bu, Azərbaycanın təşəbbüsü ilə başlayacaq bir layihə deyil. Biz "Cənub qaz dəhlizi" layihəsinin təşəbbüskarıyıq, əsas səhmdarlarından biriyik əslində o layihənin bütün dövlətlərarası, hökumətlərarası sazişlərinin əlaqələndiricisi kimi çıxış edirik.

Məlumdur ki, "Cənub qaz dəhlizi" layihəsi müvəffəqiyyətlə icra olunub artıq iki il yarımdır Azərbaycan Avropanın əhəmiyyətli qaz tədarükçüsünə çevrilib. Azərbaycan qazının ixrac coğrafiyası getdikcə genişlənir cari ilin sonuna qədər qoca qitənin daha iki ölkəsinin bizdən mavi yanacaq alacağı gözlənilir.

Azərbaycan qazına tələbat artır, eyni zamanda ölkəmizdə mavi yanacağın hasilatı çoxalır. "Şahdəniz"in ehtiyatları hamıya bəllidir. Bu günlərdə isə ən azı 300 milyard kubmetr ehtiyatı olan "Abşeron" yatağından qaz hasil edilib. Bütün bunlar ixrac infrastrukturunun genişləndirilməsi zərurətini ortaya çıxarır. TANAP-ın (Trans-Anadolu Qaz Boru Kəməri) illik ötürücülük gücü 16 milyard kubmetrdən 32 milyard kubmetrə qaldırılmalıdır. 10 milyard kubmetrə hesablanmış TAP (Trans-Adriatik Qaz Boru Kəməri) isə 20 milyard kubmetrədək gücləndirilməlidir.

 Prezident İlham Əliyev layihələrin maliyyələşməsi məsələlərinə toxunaraq demişdir: "Xəzər dənizinin Şərq sahillərindən əlavə qaz ehtiyatlarına gəldikdə, bunun üçün Trans-Xəzər sualtı qaz boru kəməri inşa edilməlidir ikincisi, Bakıdan Avropa istiqamətində "Cənub qaz dəhlizi" kimi yeni infrastruktur lazımdır. Sual yaranır ki, bu mühüm layihəni kim maliyyələşdirəcək? Bu sualın hələlik cavabı yoxdur. Bu suala cavab tapana qədər layihənin icrası yaxud da bu məsələ haqqında düşünmək bir o qədər real olmayacaq. Eyni zamanda biz bilirik ki, Avropa bankları mədən yanacağı ilə əlaqədar layihələri maliyyələşdirmir. Odur ki, bu layihə üçün ciddi vəsait cəlb etmək çətin olacaq. Məsələn, "Cənub qaz dəhlizi"ni inşa edəndə biz korporativ maliyyə ilə bərabər, həmçinin Avropa Yenidənqurma İnkişaf Bankından, Avropa İnvestisiya Bankından, həmçinin Asiya İnkişaf Bankından Asiya İnfrastruktur İnvestisiya Bankından vəsait cəlb etmişdik. Lakin indi isə bunlardan ikisi - Avropa institutları mədən yanacağı ilə əlaqədar layihələri hazırda maliyyələşdirmir. Onlar yaşıl keçid layihələrini maliyyələşdirirlər. Bu da sözsüz ki, vəziyyəti daha da çətinləşdirir. Avropada qaz qiymətlərinin dəyişkənliyi yeni-yeni suallar ortaya qoyur. Həmçinin qiymətə qoyulan məhdudiyyət, - mən düşünürəm ki, bu, qəbulolunmazdır, istehlakçılar həmin yuxarı həddi təyin edir, - bu da istənilən bazar iqtisadiyyatı prinsiplərinə ziddir. Avropa ölkələri illərlə bazar iqtisadiyyatı prinsiplərinin tərəfdarı olub. Beləliklə, real baxışdan bu, çox ciddi bir problemdir. Lakin kimsə Trans-Xəzər boru kəmərini inşa etmək istəsə, biz şad olarıq. Nəticədə bizə əlavə tranzit rüsumları ödəniləcək yeni əməkdaşlıq imkanları yaranacaq".

Enerji sektorundakı prioritetlərdən biri "yaşıl enerji"nin inkişafı məsələsidir. Bu sahədə böyük potensialımız var. Beynəlxalq Maliyyə Korporasiyasının apardığı hesablamaya görə, təkcə Xəzər dənizində 157 qiqavat həcmində potensial mövcuddur. Bərpaolunan enerji sahəsində Azərbaycan, Gürcüstan, Macarıstan Rumıniya arasında imzalanan sazişə əsasən, ölkəmizdən Avropaya Qara dənizin dibi ilə "yaşıl enerji" xətti inşa ediləcək. Bu ilin fevral ayında Bakıda layihə üzrə Rəhbər Komitənin artıq ilk iclası da keçirilib.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Masdar" şirkəti ilə inşa edilən Qaradağ Günəş-Elektrik Stansiyasının cari ilin sonuna qədər tamamlanacağı nəzərdə tutulur. Ümumiyyətlə isə, 10 qiqavat səviyyəsində memorandumlar sazişlər imzalanıb. Dövlət başçısı bildirib ki, həmin memorandumların yarısı belə həyata keçirilsə, bu, Avropada geniş coğrafiyaya elektrik enerjisini ixrac edə biləcəyimiz üçün yetərli olacaq. Bu, eyni zamanda elektrik enerjisi istehsalında təbii qaza da qənaət etməyə imkan verəcək qənaət olunmuş həmin həcmləri beynəlxalq bazara çıxarmaq imkanı yaranacaq.

Təbii ki, Qarabağın Şərqi Zəngəzurun bərpaolunan enerji potensialına da toxunulub. Bölgələrin bəzilərində külək, bəzilərində isə günəş enerjisinin inkişafı üçün şərait olduğu qeyd edilib. Məsələn, Kəlbəcər-Laçın zonasında külək enerjisinin nəhəng potensialı mövcuddur. Cəbrayıl rayonunda isə bir neçə aydan sonra 240 meqavat gücə malik günəş stansiyasının tikintisinə başlanacaq. Təsadüfi deyil ki, Azərbaycanın işğaldan azad olunmiş 10 min kvadratkilometrlik ərazisi bütövlükdə "yaşıl enerji" zonası elan edilib.

 Bütün bunlar yaxın gələcəkdə ölkəmizin həm bərpaolunan enerji ixracatçısı olacağından xəbər verir.

 

Flora SADIQLI,

Azərbaycan .-2023.- 23 iyul.- S.2.