Prezident İlham Əliyev Azərbaycan-Türkiyə münasibətlərinin
möhkəm təməl
üzərində yüksəldiyini
bəyan etdi
İyulun 21-də "4-cü Sənaye İnqilabı dövründə Yeni
Media" mövzusunda Şuşa
Qlobal Media Forumunun açılış mərasimində
çıxış edən
Prezident İlham Əliyev dünyanın müxtəlif media qurumlarını təmsil
edən jurnalistlərin
suallarını cavablandırıb.
Dövlət başçısı
türkiyəli jurnalistin
qardaş ölkə ilə münasibətlər
barədə sualına
da fikirlərini bildirib.
Prezident qeyd edib ki, Türkiyə
Prezidenti, qardaşı
Rəcəb Tayyib Ərdoğanla şəxsi
dostluğu təkcə
regionda deyil, dünyada məlum bir faktdır: "Bu, regional inkişaf
və sabitlik baxımından çox mühüm amildir. Eyni zamanda Türkiyə
və Azərbaycan xalqları arasında da münasibətlər, əlbəttə ki, uzunmüddətli dostluq və qardaşlıq əlaqələri üzərində
qurulubdur. Bu, çox gözəl təməldir və bizim ölkələrimiz məhz bu təməl
üzərində inkişaf
edir, bir-birini dəstəkləyir. Mən
deyərdim ki, İkinci Qarabağ müharibəsi zamanı Türkiyə, onun rəhbərliyi və xalqı ilk gündən, ilk saatlardan bizimlə çiyin-çiyinə dayanmışdı.
O zaman Prezident Ərdoğanın Qarabağ
müharibəsinin ilk
saatlarında verdiyi
"Azərbaycan yalnız
deyil!" bəyanatı,
bizim üçün
çox böyük bir dəstək idi. Bütün 44 gün ərzində biz həmin o mənəvi dəstəyi
qardaşlarımızdan hiss
etdik".
Şuşa Bəyannaməsinin
imzalanması ilə iki ölkə arasında münasibətlərin
müttəfiqlik səviyyəsinə
yüksəldiyini xatırladan
Azərbaycan Prezidenti qeyd edib ki,
bu, bizim xalqlarımız və ölkələrimiz üçün
çox böyük sərvətdir. Bu bəyannamə qarşıda
yeni üfüqlər
açdı: "Baxmayaraq
ki, bundan öncə də Azərbaycan və Türkiyə bir çox sahədə birlik, həmrəylik və qarşılıqlı
dəstək nümayiş
etdirib. Əməkdaşlığımızın
geniş gündəliyinə
nəzər salsaq, siyasət, enerji, ticarət, nəqliyyat, müdafiə, müdafiə
sənayesi və bir çox sahədə əməkdaşlığın
olduğunu görərik.
Yəni əməkdaşlığın
yüksək səviyyədə
olmadığı sahəni
tapmaq çətindir.
Qardaşım Prezident
Ərdoğanın yenidən
seçiləcəyinə mənim şübhəm yox idi. Çünki
onun hakimiyyətdə
olduğu 20 il ərzində Türkiyə
üçün etdiyi
öz xalqına və ölkəsinə sadiqliyin təzahürüdür".
Türkiyə Azərbaycan
üçün strateji
müttəfiqlikdən də
yüksək dəyərlərə
malikdir
Milli Məclisin
deputatı Aydın Mirzəzadə qəzetimizə
açıqlamasında deyib
ki, Türkiyə Azərbaycan üçün
strateji müttəfiqlikdən
də yüksək dəyərlərə malik
ölkədir. Türkiyə
qardaşımız, dostumuzdur:
"Eyni zamanda Türkiyədə də Azərbaycanla bağlı
bu cür dərin, ürəkdən
gələn fikirlər
eşidirik. Bir xalqın iki dövlətinin daim bir yerdə olması zamanın və cəmiyyətlərin
sosial sifarişidir".
Deputatın fikrincə,
iki ölkə rəhbəri arasında şəxsi dostluğun olması Türkiyə-Azərbaycan
müttəfiqliyinin möhkəmlənməsində
əsas rol oynayır. Təsadüfi deyil ki, Türkiyə
Prezidenti beynəlxalq görüşlərdə və
tədbirlərdə öz
ölkəsi ilə yanaşı, Azərbaycanın
da milli maraqlarını səsləndirir
və müdafiə edir. Ərazi bütövlüyümüzün təmin edilməsində Türkiyənin Azərbaycana
mənəvi və siyasi dəstəyi çox böyük rol oynayıb. Azərbaycan da Türkiyəyə öz dostluğunu həmişə
nümayiş etdirir. İllər əvvəl Prezident İlham Əliyevin Praqada keçirilmiş dövlət
və hökumət başçılarının iştirakı
ilə "Şərq
tərəfdaşlığı" proqramının 5 illiyinə
həsr olunan sammitdə Ermənistan prezidentinin Türkiyə ilə bağlı sərt fikirlərinə
"Türkiyə yoxdur,
mən burdayam" deyimi tarixə düşəcək bir ifadə oldu.
A.Mirzəzadə deyib
ki, Azərbaycan Türkiyənin milli maraqlarını özünün
milli maraqları kimi qəbul edir. "Azərbaycan Türkiyə iqtisadiyyatına
həcmcə ən böyük investisiya qoyan ölkədir. Elə bir sahə
yoxdur ki orada Azərbaycan-Türkiyə
əməkdaşlığı mümkün olmasın. Cənab prezidentin Azərbaycanda Milli Mətbuat Günü ərəfəsində mədəniyyət
paytaxtımız Şuşada
mətbuat nümayəndələri
qarşısında çıxışında
Azərbaycan-Türkiyə dostluğuna
xüsusi diqqət çəkməsi bizim müttəfiqliyimizin, qardaşlığımızın
əbədi və sarsılmaz olduğunu göstərir", - deyə
o əlavə edib.
Deputat hər iki ölkənin daim birlikdə bu yolla gedəcəyini
vurğulayaraq qeyd edib ki, Azərbaycan
Türkiyə bir-birini
dəstəkləyəcək, çətin gündə
yanında olan, şad günündə sevinən və sevincini bölüşən
olacaq. Bunlar hər bir azərbaycanlının
və türkiyəlinin
qəlbindən gələn
istəkdir. Prezident İlham Əliyevin Türkiyə ilə bağlı yüksək fikirlər səsləndirməsi
hər bir azərbaycanlının ürəyindən
oldu.
İki ölkə
arasında münasibətlər
dünya dövlətlərinə
örnəkdir
Milli Məclisin
deputatı Kamilə Əliyeva qeyd edib ki, Azərbaycan-Türkiyə
arasında dostluq, qardaşlıq münasibətləri
dünya dövlətlərinə
örnək ola biləcək səviyyədədir.
İki ölkə arasındakı münasibətlər
yalnız hər iki dövlətin mənafelərinə deyil,
dünyanın bütün
dövlətlərinin və
xalqlarının sülh
və əmin-amanlıq
şəraitində yaşamalarına
xidmət edir: "Təəssüflər olsun
ki, bu gün
dünyada beynəlxalq
hüquq işləmir,
ədalət prinsipləri
pozulub, güc amili ön plana
çıxıb. Bu gün güclü dövlətlər öz maraqlarını diktə etməyə çalışırlar.
Azərbaycanla Türkiyə
arasında istər siyasi, istərsə də iqtisadi sahələrdə mövcud
əlaqələr dünyada
ədalətin bərpasına,
dövlətlərin bərabər
hüquqa malik olmasına xidmət edir".
K.Əliyeva vurğulayıb
ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sözdə
deyil, əməldə
hər zaman haqq, ədalətin yanında olduqlarını
sübut ediblər. Dövlət başçısı
Şuşa şəhərində
Azərbaycan və Türkiyə arasındakı
münasibətlərin regionda
təhlükəsizliyə, siyasi sabitliyə, iqtisadi inkişafa xidmət etdiyini vurğuladı. Ölkələrimiz
dünyanın iqtisadi
maraqlarına, tərəqqisinə
xidmət edən, beynəlxalq iqtisadi layihələri gerçəkləşdirən
aparıcı dövlətlər
qismində çıxış
edirlər. Bu gün bəzi Qərb dövlətləri,
xüsusən Fransa bölgədə nifaq salmağa çalışır,
yeni müharibəyə
səbəb ola biləcək siyasət yürüdür. Dövlət
başçımız bütün
çıxışlarında Azərbaycanın müharibə
istəmədiyini, regionda
sülhün bərqərar
edilməsinin tərəfdarı
olduğunu vurğulayır.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2023.-
23 iyul.- S.4.