Azər
Badamov: Tolstoy, Zatulin, Milonov və digərlərinin xoşuna gəlməsə
də, Azərbaycan öz bildiyini edir
"Rusiya Dövlət
Dumasının deputatı
Pyotr Tolstoyun açıqlaması anlaşılan
deyil. Bunu Azərbaycan və Rusiya prezidentlərinin imzaladığı müttəfiqlik
haqqında bəyannamənin
ruhuna zidd olmaqla ölkələr arası münasibətlərə
kölgə salmağa
cəhd hesab edirəm". Bu fikri Milli Məclisin
deputatı Azər Badamov deyib.
O bildirib ki, son illər Azərbaycan- Rusiya münasibətləri yüksələn
xətlə inkişaf
edir, amma təəssüf ki, Rusiyanın ermənipərəst
siyasətçiləri düşmənçilik
və təxribat ruhlu açıqlamalar verməklə ölkələrarası
münasibətlərə xələl
gətirməyə çalışırlar:
"Həm də
təəssüf doğurucu
məqamlardan biri də Rusiya mətbuatında Azərbaycana
qarşı təbliğatın
genişlənməsidir. Ölkəmizə
olan bu informasiya
hücumunun Rusiya
XİN-in Laçın
yolu ilə bağlı açıqlamasından
sonra vüsət almasını təsadüfi
hesab etmirəm. Amma onlar unudurlar
ki, Azərbaycan müstəqil ölkədir
və heç kimdən asılılığı
yoxdur. Bu gün Azərbaycan dünya dövlətləri
sisteminin fəal üzvüdür. O cümlədən
dünyanın ən böyük ikinci təşkilatı olan Qoşulmama Hərəkatına
sədrlik edir. Həm də BMT Təhlükəsizlik Şurasına
qeyri-daimi üzvü seçilərək, bu təşkilata sədrlik etmişdir. O cümlədən
Azərbaycanın Rusiyadan
asılılığı yoxdur və 32 ildir ki, öz
müstəqilliyini yaşayır
və möhkəmləndirir".
"Azərbaycan-Rusiya münasibətləri qarşılıqılı
hörmət əsasında
qurulub. Azərbaycan atdığı addımları
Ermənistandan fərqli
olaraq, kimlərinsə
diktəsi ilə deyil, ancaq müstəqil
şəkildə atır.
Tolstoy, Zatulin, Milonov və digərlərinin xoşlarına
gəlməsə də,
Azərbaycan beynəlxalq
münasibətlərini bütün
ölkələrlə müstəqil
dövlət ruhunda davam etdirir. Azərbaycana düşmən
gözü ilə baxan dairələr bilməlidirlər ki, Azərbaycan öz ərazi bütövlüyünü
döyüş meydanında
təmin etmişdir. Bu gün ölkədaxili
məsələləri də
heç kimlə müzakirə aparmadan öz qanunlarına uyğun tənzimləyir.
O cümlədən Qarabağda
ermənilərin yaşadıqları
və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi
ərazilər də Azərbaycanın suverən
ərazisinin tərkib
hissəsidir. Pyotr Tolstoya xatırlatmaq istəyirəm ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli
Bəyanatın icrası
üçün Rusiya
da öhdəlik götürüb. Belə
ki, Azərbaycan bu bəyanatdan irəli gələn bütün məsələləri
yerinə yetirmişdir.
Amma Ermənistan və Rusiya imza atdığı öhdəlikləri hələ
də icra etmir və Tolstoy,
Zatulin kimiləri üçtərəfli Bəyanatın
icrasından danışmağın
əvəzinə, Ermənistana
haqq qazandırmağa
çalışırlar. Lakin
onlar bilməlidirlər
ki, Ermənistan və Rusiya öz öhdəliklərini
icra etməzsə, Azərbaycan üçtərəfli
Bəyanatı qüvvədən
düşmüş hesab
edə bilər. Ölkəmiz Ermənistanla
sərhədi tamamilə
bağlamaq hüququna
malikdir. Amma Azərbaycan humanistlik nümayiş etdirərək,
Laçın yolunu humanitar hərəkətlər
üçün açıq
saxlayır. Onlar bilməlidirlər ki, Azərbaycan əbədi gözləmə mövqeyində
dayanmaq fikrində deyil. Otuz ildən
sonra döyüş meydanında öz ərazi bütövlüyünü
təmin etdiyi kimi, Qarabağda yaşayan erməni vətəndaşlarının məsələlərini də
ölkə qanunlarına
uyğun həll etməklə bu işə nöqtə qoya bilər", - deyə Azər Badamov bildirib.
Deputat əlavə edib ki, Pyotr Tolstoyun açıqlamasına görə Rusiya Dövlət Dumasına etirazımızı göndərməyi və dövlətlərarası münasibətlərə xələl gətirəcək belə məsələlərdə deputatların məsuliyyətli davranmalı olduqlarını nəzərə çatdırmağı vacib hesab edir.
Azərbaycan.-2023.-
23 iyul.- S.4.