Qərbi
Azərbaycan İcması
Ermənistanın baş
naziri və xarici işlər nazirinin bədnam iddiaları ilə bağlı bəyanat verib
Qərbi Azərbaycan
İcması Ermənistanın
baş naziri Nikol Paşinyanın və xarici işlər naziri Ararat Mirzoyanın son günlər səsləndirdikləri, Ermənistan
hökumətinin ikiüzlülüyünü
və insan haqları kimi nəcib məfhumdan öz ərazi ekspansionist planları üçün sui-istifadə
etməsini açıq-aşkar
göstərən bədnam
iddialarını ifşa
etməklə bağlı
bəyanat verib.
Məlum olduğu
kimi, Ermənistan öz ərazisindən azərbaycanlıların hamısını
zorla qovmuş, və mədəni irsimizi, müqəddəs
yerlərimizi, məzarlıqlarımız
təhqir edərək
və dağıdaraq,
vətənimizdə varlığımızın
izlərini silməyə
çalışır. Bizim
təhlükəsiz və
ləyaqətlə evlərimizə
qayıtmaq üçün
davamlı dialoq çağırışlarımıza və səylərimizə
baxmayaraq, Ermənistan
hüquqlarımıza tam
hörmətsizlik nümayiş
etdirərək, bu məsələ ilə bağlı müzakirələrdən
imtina edir.
Ermənistan öz
ərazisindən qovduğu
azərbaycanlıların evlərinə
qayıtmasının qarşısını
almağa davam edərkən, Azərbaycanın
Qarabağ İqtisadi Rayonunda yaşayan etnik ermənilərlə bağlı insan haqları arqumentlərindən
həyasızcasına sui-istifadə
etməyə çalışır.
Ermənistanın iddiaları
mahiyyətcə əsassız
olmaqla bərabər, Azərbaycanın suverenliyi
və ərazi bütövlüyünə qəsd
xarakteri daşıyır.
Ermənistan Azərbaycanın
ərazi bütövlüyünü
yalnız şərti
olaraq tanımaqla əsl niyyətini ortaya qoyur və
bununla da separatçılıq cəhdləri
üçün imkanları
açıq saxlamağa
çalışır. Ermənistanın
bu davranışı
beynəlxalq hüququn
açıq şəkildə
pozulmasıdır və
ATƏT-in dövlətlərarası
münasibətlərdə milli azlıqlara dair tövsiyələrində
əksini tapmış
prinsiplərə tamamilə
ziddir. Xatırladaq ki, ATƏT-in tövsiyələrində digər
məsələlərlə yanaşı aşağıdakılar
qeyd edilir:
“Dövlətlər xaricdəki milli azlıqlara öz ərazisində olan milli azlıqlardan daha çox maraq göstərsələr
və ya başqa yerlərdəki azlıqlara etinasızlıq
nümayiş etdirdikləri
halda müəyyən
bir milli azlığı fəal şəkildə dəstəkləsələr,
onda onların hərəkətlərinin motivləri
və etibarlılığı
sual altına alınmalıdır”.
Ermənistanın bizim
geri qayıtmaq hüququmuza məhəl qoymaması, bu prosesə yardım etmək və Ermənistandakı Azərbaycan
mədəni irsinin vəziyyətini qiymətləndirmək
üçün beynəlxalq
missiyaları qəbul
etməkdən imtina etməsi hamılıqla pislənməlidir. Beynəlxalq
ictimaiyyət Ermənistanın
açıq-aşkar şəkildə
öz ərazisində
həyata keçirdiyi
“etnik azlıq yoxdursa, problem də yoxdur” yanaşmasına əsaslanan
siyasətini rədd etməlidir.
Bu azmış
kimi, Ermənistan Azərbaycana qarşı ərazi iddialarını həyata keçirmək üçün insan haqları ritorikasından kobud şəkildə sui-istifadə edir. Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Ermənistanın
hərəkətlərini daşıdığı
məhz bu mahiyyətinə görə
pisləməyə çağırır.
Biz Ermənistandan qovulmuş azərbaycanlıların
Ermənistandakı evlərinə
təhlükəsiz və
ləyaqətlə qayıtmasını
təmin etmək üçün üzərinə
düşən öhdəlikləri
yerinə yetirməsini
və insan haqlarından fürsətçi
və ikiüzlü şəkildə sui-istifadəsinə
son qoymasını tələb edirik.
Ədalət və geri qayıtmaq hüququ uğrunda mübarizəmizi davam etdirməklə biz dinc dialoqa sadiqliyimizi bir daha bəyan edirik. Biz dünya ictimaiyyətini etnik mənsubiyyətindən və dinindən asılı olmayaraq bütün insanların hüquqlarına hörmət edildiyi və qorunduğu bir gələcək naminə həyata keçirdiyimiz fəaliyyətimizə dəstək olmağa və bizimlə həmrəy olmağa çağırırıq.
Azərbaycan.-2023.- 23 iyul.- S.4.