Klaus
Jürgens: Qazançı
kilsəsini bərpa etməklə Azərbaycan
öz sülhsevərliyini
göstərir
Qazançı kilsəsini
bərpa etmək və onun əzəmətini
qoruyub saxlamaqla Azərbaycan öz sülhsevərliyini göstərir.
Bu fikirləri
AZƏRTAC-a müsahibəsində Şuşa Qlobal Media Forumunda iştirak edən “Economyfirst Limited
London” şirkətinin direktoru
Klaus Jürgens deyib.
O bildirib ki, Azərbaycan bu əraziləri (Qarabağı
– red.) məhv etmək və ya talamaq əvəzinə
bərpa edərək
bütün dünyaya
belə vəziyyətdə
necə davrandığını
göstərir.
“Bu məsələlərə hörmətlə yanaşmaq çox gözəl ideyadır, düzünü desəm, çox təsirləndim”, - deyə K.Jürgens diqqətə çatdırıb.
Azərbaycan.-2023.- 23 iyul.- S.5.