“TRT World”ün müxbiri:
Şuşaya səfər
etmək burada baş verənləri dünyadakı izləyicilərimizə
çatdırmaq üçün
əla fürsətdir
Bu, mənim Şuşaya ilk səfərimdir. Hərbi müxbiri olaraq 44 günlük müharibədən
dərhal sonra Qarabağa səfər etmək imkanımız oldu. Bu ərazilərdə
aparılan yenidənqurma
işlərini görmək
və Azərbaycan hökumətinin nümayəndələrindən
onların buraları bərpa etmək niyyətində olduqlarını
eşitmək çox
xoşdur.
Bu sözləri
AZƏRTAC-a müsahibəsində Şuşa Qlobal Media Forumunda iştirak edən “TRT World”ün
müxbiri Oubay Şahbandar söyləyib.
“Bir jurnalist kimi Qarabağdakı faktların şahidi olmaq və reallığı yerində dərk etmək üçün buraya səfərə gəlmək baş verənləri dünyadakı izləyicilərimizə çatdırmaq baxımından əla fürsətdir”, - deyə o vurğulayıb.
Azərbaycan.-2023.- 23 iyul.- S.5.