Rəsul Rzanın ev-muzeyində Milli Mətbuat Günü ilə əlaqədar tədbir keçirilib
Göyçayda Rəsul
Rzanın ev-muzeyində
Milli Mətbuat Günü ilə əlaqədar "Heydər
Əliyev və Azərbaycan mətbuatı"
mövzusunda "dəyirmi
masa" təşkil
olunub.
"Dəyirmi masa"da
"Göyçay" qəzetinin,
rayondakı Tarix və Diyarşünaslıq
Muzeyinin əməkdaşları,
mətbuat işçiləri,
yazarlar və rəssamlar iştirak ediblər.
Tədbiri giriş
sözü ilə açan "Göyçay"
qəzetinin redaktoru Adil Məmməd milli mətbuatın yaranma tarixindən danışaraq qeyd edib ki, cəmi
56 nömrəsi işıq
üzü görsə
də, "Əkinçi"
qəzeti Azərbaycan
milli mətbuatının
təşəkkül tapmasında
böyük əhəmiyyət
daşıyıb. Qəzet
az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb.
Daha sonra çıxış edən natiqlər müasir Azərbaycan mətbuatının bu günündən və mətbuat işçilərinə dövlət tərəfindən göstərilən qayğıdan bəhs ediblər.
Azərbaycan.-2023.- 23 iyul.- S.7.