Azərbaycan
Respublikası Elm və Təhsil Nazirliyinin fəaliyyətinin
təmin edilməsi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Azərbaycan Respublikasında
elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi
ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2022-ci il 28 iyul tarixli 1769 nömrəli Fərmanının icrası
ilə əlaqədar
qərara alıram:
1. "Azərbaycan Respublikasının
Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə"
təsdiq edilsin (əlavə olunur*).
2. "Azərbaycan Respublikasının
Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil
üzrə Dövlət
Agentliyinin Əsasnaməsi"
təsdiq edilsin (əlavə olunur **).
3. "Azərbaycan Respublikasının
Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər
və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Əsasnaməsi" təsdiq
edilsin (əlavə olunur **).
4. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll
etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
24 iyul 2023-cü il
Azərbaycan.-2023.-
25 iyul.- S.1.