Azərbaycan
Respublikasının Əmək
Məcəlləsində, Məktəbəqədər
təhsil haqqında və Ümumi təhsil haqqında Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
1-ci və 16-cı bəndlərini
rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan
Respublikasının Əmək
Məcəlləsində (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 1999, ¹ 4, maddə
213; 2001, ¹ 3, maddə 143, ¹ 6, maddə 362, ¹ 11, maddələr
672, 679, ¹ 12, maddə 731; 2002, ¹ 1, maddə 2, ¹ 5, maddə
241, ¹ 6, maddə 328; 2003, ¹ 1, maddələr 9, 23; 2004, ¹ 1, maddə
10, ¹ 2, maddə 57, ¹ 3, maddə
133, ¹ 6, maddə 413, ¹ 7, maddə
505, ¹ 9, maddə 672, ¹ 12, maddə
981; 2005, ¹ 3, maddə 151, ¹ 4, maddə 278, ¹ 7, maddə
560, ¹ 10, maddə 874, ¹ 11, maddə
1001, ¹ 12, maddə 1094; 2006, ¹ 3, maddələr 220, 222, ¹ 5, maddə
385, ¹ 11, maddə 923, ¹ 12, maddələr
1004, 1025, 1030; 2007, ¹ 5, maddələr 401,
437, ¹ 6, maddə 560, ¹ 8, maddə
756, ¹ 11, maddələr 1049, 1053; 2008, ¹ 3, maddə 156, ¹ 7, maddələr
600, 602, ¹ 10, maddə 887, ¹ 11, maddə 960; 2009, ¹ 2, maddə
48, ¹ 5, maddə 294, ¹ 6, maddə
399, ¹ 12, maddələr 949, 969; 2010, ¹ 2, maddələr 70, 75, ¹ 4, maddə
275; 2011, ¹ 1, maddə 11, ¹ 2, maddələr 70, 71, ¹ 6, maddə
464, ¹ 7, maddə 598; 2012, ¹ 11, maddə 1054; 2013, ¹ 2, maddələr
89, 101, ¹ 11, maddə 1268; 2014, ¹ 2, maddə 92, ¹ 10, maddə
1162, ¹ 11, maddə 1339, ¹ 12, maddə 1527; 2015, ¹ 2, maddə
97, ¹ 3, maddə 250, ¹ 6, maddə
680; 2016, ¹ 2 (I kitab), maddələr
190, 201, ¹ 5, maddə 847, ¹ 11, maddə 1767; 2017, ¹ 6, maddələr
1031, 1048, ¹ 12 (I kitab), maddələr
2187, 2189; 2018, ¹ 1, maddə 13, ¹ 6, maddə 1155, ¹ 7 (I kitab), maddələr 1380, 1408, ¹ 12 (I kitab),
maddə 2532; 2019, ¹ 1, maddə
35, ¹ 4, maddə 570, ¹ 5, maddələr
796, 804, ¹ 7, maddə 1182, ¹ 8, maddə 1380; 2020, ¹ 1, maddə
1, ¹ 5, maddə 522, ¹ 7, maddə
832, ¹ 11, maddələr 1322, 1332, 1335, ¹
12 (I kitab), maddə 1424; 2021, ¹ 1, maddə
2, ¹ 5, maddə 427, ¹ 6 (I kitab),
maddələr 539, 541, ¹ 7, maddələr
698, 711, ¹ 8, maddə 894, ¹ 11, maddə 1203; 2022, ¹ 6, maddə
582, ¹ 11, maddələr 1239, 1240, ¹ 12, maddə 1392; 2023, ¹ 1, maddə
14, ¹ 2, maddə 207, ¹ 3, maddə
338) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 66-cı maddənin on ikinci abzası
aşağıdakı redaksiyada
verilsin:
"Təhsil haqqında"
Azərbaycan Respublikasının
Qanununa əsasən sertifikatlaşdırmaya cəlb
edilən təhsilverənlər.";
1.2. 67-2-ci maddə üzrə:
1.2.1. adına və
1-ci hissəyə birinci
halda "dövlət"
sözündən sonra
"məktəbəqədər və" sözləri əlavə edilsin;
1.2.2. 3-cü hissədə "beş" sözü
"üç" sözü
ilə əvəz edilsin;
1.2.3. aşağıdakı məzmunda 3-1-ci hissə əlavə edilsin:
"3-1. 60 və daha
yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı
könüllüdür.";
1.3. 70-ci maddənin "Qeyd" hissəsinə birinci halda "dövlət" sözündən
sonra "məktəbəqədər
və" sözləri
əlavə edilsin.
Maddə 2. "Məktəbəqədər
təhsil haqqında"
Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017, ¹ 6, maddə
1012; 2019, ¹ 6, maddə 986, ¹ 12, maddə 1881; 2020, ¹ 6, maddə
664, ¹ 7, maddələr 831, 851, ¹ 11, maddə 1335; 2021, ¹ 8, maddə
895; 2022, ¹ 8, maddə 829) aşağıdakı
dəyişikliklər edilsin:
2.1. aşağıdakı məzmunda 1.0.17-1-ci, 4.0.12-1-ci və
20-1-ci maddələr əlavə
edilsin:
"1.0.17-1. sertifikatlaşdırma
- dövlət məktəbəqədər
təhsil müəssisələrində
pedaqoji fəaliyyətlə
məşğul olan,
ali və orta ixtisas təhsilinə
malik təhsilverənlərin
peşəkarlıq səviyyəsinin
və peşə yararlılığının yoxlanılması
proseduru;";
"4.0.12-1. dövlət məktəbəqədər təhsil
müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu və yerdəyişməsi
qaydalarını təsdiq
etmək;";
"Maddə 20-1. Dövlət
məktəbəqədər təhsil müəssisələrində
təhsilverənlərin sertifikatlaşdırılması
20-1.1. Dövlət məktəbəqədər
təhsil müəssisələrində
işləyən təhsilverənlər 5 (beş)
ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum)
tərəfindən sertifikatlaşdırmadan
keçirlər. Dövlət
məktəbəqədər təhsil müəssisələrində
işləyən təhsilverənlərin
sertifikatlaşdırma qaydası
müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqan (qurum) tərəfindən müəyyən
edilir.
20-1.2. Aşağıdakı şəxslər sertifikatlaşdırmadan
keçmirlər:
20-1.2.1. hamilə qadınlar;
20-1.2.2. uşağının üç yaşınadək
sosial məzuniyyətdə
olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə
(peşədə) çalışan
qadınlar (uşağını
təkbaşına böyüdən
kişilər);
20-1.2.3. ilk dəfə
işə qəbul olunanlar, 3 (üç) il müddətində;
20-1.2.4. azı üç
dəfə sertifikatlaşdırmadan
keçmiş şəxslər.
20-1.3. 60 və daha
yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı
könüllüdür.
20-1.4. Sertifikatlaşdırmadan keçən şəxslərə
5 (beş) il müddətində dövlət
məktəbəqədər təhsil müəssisələrində
pedaqoji fəaliyyətlə
məşğul olmaq
hüququ verilir.
20-1.5. Üzrlü səbəblərdən
sertifikatlaşdırmada iştirak
etməyən və ya sertifikatlaşdırmadan
keçməyən şəxslərin
1 (bir) il müddətində iş
yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada
iştirak etmək hüququ vardır. Təkrar sertifikatlaşdırmada
iştirak etməyən
şəxslər sertifikatlaşdırmadan
keçməmiş hesab
olunurlar.
20-1.6. Təkrar sertifikatlaşdırmadan
keçməyən şəxslərlə
əmək münasibətləri
Azərbaycan Respublikasının
Əmək Məcəlləsinə
uyğun olaraq tənzimlənir.";
2.2. 4.0.12-ci maddəyə "attestasiyası" sözündən
sonra "(sertifikatlaşdırılması)"
sözü və
"attestasiyanı" sözündən
sonra "(sertifikatlaşdırılmanı)"
sözü əlavə
edilsin;
2.3. 13.6-cı maddəyə "attestasiyadan" sözündən
sonra "(sertifikatlaşdırmadan
keçən işçilər
istisna olmaqla)" sözləri əlavə
edilsin;
2.4. 18.2.2-ci maddədə "attestasiyadan" sözü
"sertifikatlaşdırmadan" sözü ilə əvəz edilsin.
Maddə 3. "Ümumi
təhsil haqqında"
Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019, ¹ 5, maddə
789; 2020, ¹ 6, maddə 664, ¹ 7, maddə 851, ¹ 11, maddə
1335; 2021, ¹ 2, maddə 109, ¹ 6 (I kitab), maddə 548; 2022, ¹
6, maddə 588, ¹ 8, maddə
829; 2023, ¹ 1, maddə
43, ¹ 2, maddə 207) aşağıdakı
dəyişikliklər edilsin:
3.1. 1.0.34-cü maddədə "və idarəetmə fəaliyyəti ilə"
sözləri "fəaliyyətlə"
sözü ilə əvəz edilsin;
3.2. 28.2.3-cü maddədə
"5 (beş)" sözləri
"3 (üç)" sözləri
ilə əvəz edilsin;
3.3. aşağıdakı məzmunda 28.2-1-ci maddə
əlavə edilsin:
"28.2-1. 60 və daha
yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı
könüllüdür.".
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
9 iyun 2023-cü il
Azərbaycan.-2023.-
25 iyul.- S.5.