Elm
haqqında Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
1-ci bəndini rəhbər
tutaraq qərara alır:
"Elm haqqında"
Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2016, № 8, maddə
1366; 2018, № 11, maddə 2198; 2020, № 5, maddələr 513, 514, № 6, maddə
669; 2021, № 6 (I kitab),
maddə 540) aşağıdakı
dəyişikliklər edilsin:
1. 1.0.22-ci maddədən ", elmlə təhsilin vəhdətini təmin edən" sözləri
çıxarılsın.
2. 6.0.12-ci maddədə "Azərbaycan Respublikasının
və xarici ölkələrin ali təhsil müəssisələrinin
və elmi müəssisələrin və
təşkilatların magistratura
(rezidentura) və doktoranturalarında əyani
təhsil alanlara" sözləri "təhsilalanların"
sözü ilə əvəz edilsin.
3. 6.0.19-cu maddədən ", təhsil qurumlarının"
sözləri çıxarılsın.
4. 9.1-ci maddədən "subbakalavr peşə-ixtisas
dərəcəsi almış"
sözləri çıxarılsın.
5. 11-ci maddə üzrə:
5.1. 11.1-ci maddədə "inkişafını təşkil
və təmin edən, dövlətin elmi və elmi-texniki
siyasətini həyata
keçirən, ölkə
üzrə elmi müəssisələrin və
təşkilatların və
ali təhsil müəssisələrinin elmi
tədqiqat fəaliyyətini
əlaqələndirən və
istiqamətləndirən, elmi-texniki
fəaliyyət sahəsində
Azərbaycan Respublikasını
xarici ölkələrdə
təmsil edən"
sözləri "inkişafının
təmin edilməsində
və elm sahəsində dövlət
siyasətinin həyata
keçirilməsində iştirak
edən" sözləri
ilə əvəz edilsin;
5.2. 11.3-cü maddədə "elmin müxtəlif sahələri" sözləri
"onun fəaliyyət
istiqamətləri" sözləri
ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda
ikinci cümlə əlavə edilsin:
"Dövlət ali
elmi təşkilatının
strukturu müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.";
5.3. 11.4-cü maddədə "elmin və hərtərəfli
elmi-texniki inkişafın
təmin edilməsi məqsədi ilə" sözləri "fəaliyyət
istiqamətləri üzrə"
sözləri ilə əvəz edilsin və həmin maddədən "təhsil
qurumları, elmi texnoloji parklar," sözləri çıxarılsın;
5.4. 11.5-ci maddədə "ölkənin" sözü
"fəaliyyət istiqamətlərinə
uyğun olaraq" sözləri ilə,
", fəlsəfə doktoru
və magistr" sözləri "və fəlsəfə doktoru"
sözləri ilə əvəz edilsin;
5.5. 11.6-cı maddədə "elmin müxtəlif sahələri" sözləri
"fəaliyyət istiqamətləri"
sözləri ilə əvəz edilsin;
5.6. 11.8-ci maddənin birinci cümləsində
"və xarici" sözləri ", xarici və fəxri" sözləri ilə əvəz edilsin;
5.7. 11.9-cu maddəyə "elm sahəsində" sözlərindən əvvəl
"fəaliyyət istiqamətləri
üzrə" sözləri
əlavə edilsin.
6. 12.13-cü maddədən "müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
elmi təşkilatın"
sözləri çıxarılsın
və həmin maddədə "təşkilatlarında"
sözü "təşkilatlarda"
sözü ilə əvəz edilsin.
7. 13.1-ci maddəyə "elmi təşkilatın"
sözlərindən əvvəl
"orqanın (qurumun),"
sözləri əlavə
edilsin.
8. 22.1-ci maddədə "elmi təşkilat" sözləri "orqan (qurum)" sözləri ilə əvəz edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
9 iyun 2023-cü il
Azərbaycan.-2023.-
25 iyul.- S.5.