Təhsil
haqqında Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
1-ci bəndini rəhbər
tutaraq qərara alır:
Maddə 1. "Təhsil
haqqında" Azərbaycan
Respublikasının Qanununda
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2009, ¹ 9, maddə 684; 2011, ¹ 2, maddə 70; 2014, ¹ 1, maddə
3; 2015, ¹ 11, maddə 1266; 2016, ¹ 1, maddə 41, ¹ 11, maddə
1766; 2017, ¹ 2, maddə 145, ¹ 5, maddə 691, ¹ 7, maddələr
1277, 1300, ¹ 12 (I kitab), maddə
2202; 2018, ¹ 7 (I kitab), maddələr
1381, 1409, ¹ 11, maddə 2208; 2019, ¹ 5, maddə 798, ¹ 7, maddə
1190, ¹ 8, maddə 1382, ¹ 11, maddə
1684, ¹ 12, maddə 1881; 2020, ¹ 5, maddə 508, ¹ 6, maddələr
662, 669, ¹ 7, maddələr 824, 830, ¹ 11, maddələr 1329, 1335, ¹ 12 (I kitab),
maddə 1420; 2021, ¹ 2, maddə
108, ¹ 6 (I kitab), maddə
547, ¹ 11, maddə 1209; 2022, ¹ 6, maddə 589; 2023, ¹ 2, maddələr
207, 211) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.0.6-cı və 33.3.9-cu maddələrə
birinci halda "dövlət" sözündən
sonra "məktəbəqədər
və" sözləri
əlavə edilsin;
1.2. 1.0.6-1-ci maddəyə birinci halda "dövlət"
sözündən sonra
"məktəbəqədər və" sözləri əlavə edilsin və həmin maddədə "və idarəetmə fəaliyyəti
ilə" sözləri
"fəaliyyətlə" sözü ilə əvəz edilsin;
1.3. 1.0.54-cü və 22.5-1-ci maddələr ləğv
edilsin;
1.4. 14.8-1-ci maddənin birinci cümləsindən
"müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
elmi təşkilatın
magistratura səviyyəsində,"
sözləri çıxarılsın;
1.5. 22.5-ci maddədən "və müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi elmi təşkilatda" sözləri
çıxarılsın;
1.6. 29.0-cı maddə üzrə:
1.6.1. 29.0.2-ci maddədə "inkişaf konsepsiyasını
və əsas prioritetlərini" sözləri
"inkişafına dair
strategiyaları, konsepsiyaları
və prioritet inkişaf istiqamətlərini"
sözləri ilə əvəz edilsin;
1.6.2. aşağıdakı məzmunda 29.0.10-3-cü,
29.0.37-1-29.0.37-3-cü və 29.0.42-1-ci maddələr əlavə
edilsin:
"29.0.10-3. peşə təhsili müəssisələrində
təhsilalanlar tərəfindən
təhsil müəssisəsinin,
ixtisasın dəyişdirilməsi,
onların təhsil müəssisəsindən xaric
və ya təhsil müəssisəsinə
bərpa olunması, habelə təhsilalanların
təhsilini müvəqqəti
dayandırması (onlara
akademik məzuniyyətin
verilməsi) qaydalarını
müəyyən etmək;";
"29.0.37-1. yeni təhsil
proqramlarının (ixtisasların)
açılması qaydalarını
müəyyən etmək;
29.0.37-2. təhsilin bir
pilləsindən və
ya səviyyəsindən
digərinə keçid
zamanı təhsil proqramının (ixtisasın)
uyğunluğuna dair tələbləri müəyyən
etmək;
29.0.37-3. ali və
orta ixtisas təhsili müəssisələri
tələbələrinin ixtisas
üzrə təcrübə
keçmə qaydasını
təsdiq etmək;";
"29.0.42-1. ali təhsil
müəssisələrində elmi-tədqiqat və elmi-metodik işlərin təşkili qaydalarını
və professor-müəllim
heyətinin tədris işi vaxt normasını
müəyyən etmək;";
1.6.3. 29.0.26-cı maddəyə
"elmi-metodik" sözlərindən
sonra ", tədris-metodiki"
sözləri əlavə
edilsin;
1.6.4. 29.0.29-cu və 29.0.43-cü maddələrə birinci halda "dövlət"
sözündən sonra
"məktəbəqədər və" sözləri əlavə edilsin;
1.6.5. 29.0.31-ci maddəyə "əlaqələndirmək" sözündən sonra
", elmi-tədqiqat işlərini
dəstəkləmək və
mükafatlandırmaq" sözləri
əlavə edilsin;
1.6.6. 29.0.37-ci maddəyə "planlarını" sözündən
sonra "(ali və orta ixtisas
təhsili müəssisələri
üzrə tədris planları istisna olmaqla)" sözləri əlavə edilsin;
1.7. 36-2-ci maddə üzrə:
1.7.1. adına, 36-2.1-ci və 36-2.2-ci maddələrə
"Dövlət" sözündən
sonra "məktəbəqədər
və" sözləri
əlavə edilsin;
1.7.2. 36-2.3.3-cü maddədə
"5 (beş)" sözləri
"3 (üç)" sözləri
ilə əvəz edilsin;
1.7.3. aşağıdakı məzmunda 36-2.3-1-ci maddə
əlavə edilsin:
"36-2.3-1. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada
iştirakı könüllüdür.";
1.7.4. 36-2.4-cü maddəyə birinci halda "dövlət" sözündən
sonra "məktəbəqədər
və" sözləri
əlavə edilsin.
Maddə 2. Bu Qanunun 1.3-cü və
1.4-cü maddələri 2023-cü il sentyabrın 1-dən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
9 iyun 2023-cü il
Azərbaycan.-2023.-
25 iyul.- S.6.