Peşə
təhsili haqqında Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
1-ci bəndini rəhbər
tutaraq qərara alır:
"Peşə təhsili
haqqında" Azərbaycan
Respublikasının Qanununda
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2018, ¹ 6, maddə 1152; 2019, ¹ 5, maddə 799, ¹ 6, maddə
986, ¹ 11, maddə 1685; 2020, ¹ 5, maddələr 508, 514, ¹ 7, maddələr
831, 851, ¹ 11, maddələr 1323, 1335, ¹ 12
(I kitab), maddə 1421;
2021, ¹ 2, maddə 109, ¹ 6 (I kitab),
maddə 548, ¹ 8, maddə
895, ¹ 11, maddə 1210; 2022, ¹ 5, maddə 439, ¹ 8, maddə
829) aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 4.0.19-1-ci və
4.0.19-2-ci maddələr əlavə
edilsin:
"4.0.19-1. dövlət peşə təhsili müəssisələrinə müəllimlərin
və istehsalat təlimi ustalarının
işə qəbulu və yerdəyişməsi
qaydalarını təsdiq
etmək;
4.0.19-2. peşə təhsili
müəssisələri üçün
dərsliklərin, dərs
vəsaitlərinin və
digər tədris-metodik
vasitələrin müvafiq
icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada hazırlanmasını təmin
etmək;".
2. 18.2.2-ci maddədən "təhsilalma formasını,"
sözləri çıxarılsın.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
9 iyun 2023-cü il
Azərbaycan.-2023.-
25 iyul.- S.6.