Sanitariya-epidemioloji
salamatlıq haqqında,
Şəhid adının
əbədiləşdirilməsi və şəhid ailələrinə edilən
güzəştlər haqqında,
Yanğın təhlükəsizliyi
haqqında, Milli arxiv fondu haqqında,
Valideynlərini itirmiş
və valideyn himayəsindən məhrum
olmuş uşaqların
sosial müdafiəsi haqqında və Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
1-ci, 16-cı və 18-ci bəndlərini
rəhbər tutaraq qərara alır:
Maddə 1. "Sanitariya-epidemioloji
salamatlıq haqqında"
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı,
1992, ¹ 22, maddə 947; Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 1997, ¹ 5, maddə
419; 2001, ¹ 3, maddə 143; 2004, ¹ 2, maddə 57, ¹ 4, maddə
199; 2007, ¹ 11, maddə 1052; 2009, ¹ 12, maddə 968; 2014, ¹ 10, maddə
1153; 2016, ¹ 6, maddə 980; 2017, ¹ 12 (I kitab), maddə 2200; 2018, ¹
4, maddə 644, ¹ 7 (I kitab),
maddə 1385; 2019, ¹ 1, maddə
36; 2020, ¹ 7, maddə 842; 2021, ¹ 6 (I kitab), maddə 542; Azərbaycan Respublikasının 2023-cü il 17
fevral tarixli 817-VIQD nömrəli Qanunu)
26-1.1-ci maddəsində "elmi təşkilat" sözləri "orqan (qurum)" sözləri ilə əvəz edilsin.
Maddə 2. "Şəhid
adının əbədiləşdirilməsi
və şəhid ailələrinə edilən
güzəştlər haqqında"
Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı,
1993, ¹ 21, maddə 590; Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 1999, ¹ 5, maddələr
282, 293; 2001, ¹ 12, maddə 731; 2003, ¹ 10, maddə 539; 2004, ¹ 7, maddə
507; 2007, ¹ 5, maddə 401, ¹ 6, maddə 561; 2008, ¹ 7, maddə
602; 2016, ¹ 11, maddə 1764; 2019, ¹ 5, maddə 797; 2020, ¹ 7, maddə
826; 2021, ¹ 6 (I kitab), maddə
536, ¹ 7, maddə 706, ¹ 8, maddə
896, ¹ 10, maddə 1093, ¹ 11, maddə
1200; 2022, ¹ 11, maddə
1241) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1-ci maddənin ikinci
hissəsinin ikinci abzasından "və müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
elmi təşkilatın
magistratura səviyyəsində"
sözləri və
"və elmi təşkilatın magistratura
səviyyəsini" sözləri
çıxarılsın;
2.2. 3-cü maddənin ikinci hissəsinin beşinci abzasından
"və müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi elmi təşkilatda" sözləri
çıxarılsın.
Maddə 3. "Yanğın
təhlükəsizliyi haqqında"
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1997, ¹ 5, maddə
415; 2001, ¹ 12, maddə 736; 2002, ¹ 5, maddələr 235, 237, ¹ 12, maddə
706; 2004, ¹ 4, maddə 202, ¹ 6, maddə 396, ¹ 10, maddələr
761, 779; 2007, ¹ 5, maddə 442, ¹ 10, maddə 938; 2008, ¹ 8, maddə
695; 2009, ¹ 6, maddə 398; 2014, ¹ 10, maddə 1169; 2015, ¹ 2, maddə
102; 2017, ¹ 6, maddə 1022, ¹ 12 (I kitab), maddə 2204; 2018, ¹
7 (I kitab), maddə
1384; 2022, ¹ 8, maddə 833; Azərbaycan
Respublikasının 2023-cü il 17 fevral tarixli
809-VIQD nömrəli Qanunu)
14-cü maddəsinin dördüncü
hissəsində "elmi
təşkilat" sözləri
"orqan (qurum)" sözləri ilə əvəz edilsin.
Maddə 4. "Milli
arxiv fondu haqqında" Azərbaycan
Respublikası Qanununun
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1999, ¹ 7, maddə 404; 2002, ¹ 12, maddə 706; 2004, ¹ 2, maddə
57, ¹ 4, maddə 199; 2006, ¹ 2, maddə 64, ¹ 12, maddə
1005; 2007, ¹ 1, maddə 4; 2009, ¹ 5, maddə 308; 2010, ¹ 7, maddə
579; 2011, ¹ 2, maddə 71; 2012, ¹ 11, maddə 1038; 2013, ¹ 6, maddə
615; 2015, ¹ 11, maddə 1280; 2017, ¹ 5, maddə 690; 2018, ¹ 10, maddə
1965; 2019, ¹ 3, maddə 378, ¹ 7, maddə 1183; 2021, ¹ 6 (I kitab), maddə 543; 2022, ¹ 8, maddə
826; 2023, ¹ 1, maddə 21; Azərbaycan Respublikasının 2023-cü il
17 fevral tarixli 816-VIQD nömrəli Qanunu) 10-cu maddəsinin beşinci hissəsinin birinci cümləsinə "dövlət
orqanlarının" sözlərindən
sonra ", müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) elmi müəssisə
və təşkilatlarının"
sözləri əlavə
edilsin.
Maddə 5. "Valideynlərini
itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında"
Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1999, ¹ 8, maddə
477; 2001, ¹ 11, maddə 687, ¹ 12, maddələr 731, 736; 2002, ¹ 5, maddə
241, ¹ 6, maddə
328; 2006, ¹ 2, maddə 75; 2007, ¹ 6, maddə 561, ¹ 12, maddə
1197; 2008, ¹ 7, maddə 602; 2010, ¹ 4, maddə 275; 2013, ¹ 5, maddə
477; 2016, ¹ 11, maddə 1765; 2018, ¹ 5, maddə 872, ¹ 12 (I kitab), maddə 2505; 2019, ¹ 8, maddə
1382, ¹ 12, maddə 1908; 2020, ¹ 5, maddə 507, ¹ 6, maddə
670, ¹ 7, maddə 827, ¹ 11, maddə
1330, ¹ 12 (I kitab), maddə
1425; 2021, ¹ 8, maddə 897, ¹ 11, maddə 1200) aşağıdakı
dəyişikliklər edilsin:
5.1. 1-ci maddənin on
ikinci abzasından
"və müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi elmi təşkilatın magistratura
səviyyəsində" sözləri
çıxarılsın;
5.2. 5-ci maddə üzrə:
5.2.1. birinci hissədən
"müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
elmi təşkilatın
magistratura səviyyəsində,"
və "və müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
elmi təşkilatın
magistratura səviyyəsini"
sözləri çıxarılsın;
5.2.2. ikinci hissənin
birinci cümləsindən,
üçüncü və
dördüncü hissələrdən
"və müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi elmi təşkilatın magistratura
səviyyəsində" sözləri
çıxarılsın;
5.2.3. beşinci hissənin
birinci cümləsindən
"və müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi elmi təşkilatın magistratura
səviyyəsində" sözləri
və ikinci cümləsindən "və
müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
elmi təşkilat"
sözləri çıxarılsın;
5.2.4. altıncı hissədən
"və müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi elmi təşkilatın magistratura
səviyyəsini" sözləri
çıxarılsın;
5.3. 7-ci maddənin birinci
hissəsinin birinci cümləsindən "və
müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
elmi təşkilatın
magistratura səviyyəsində"
sözləri və ikinci hissəsinin birinci cümləsindən
"və müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi elmi təşkilatın magistratura
səviyyəsini" sözləri
çıxarılsın.
Maddə 6. "Hərbi
vəzifə və hərbi xidmət haqqında" Azərbaycan
Respublikası Qanununun
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2012, ¹ 2, maddə 56; 2015, ¹ 2, maddə 92, ¹ 5, maddə
496, ¹ 7, maddə 821; 2016, ¹ 6, maddələr
999, 1007; 2017, ¹ 10, maddə 1769; 2018, ¹ 7 (I kitab), maddə 1425, ¹ 11, maddələr 2204, 2205; 2019, ¹ 2, maddə 187, ¹ 4, maddə
579, ¹ 5, maddə
797, ¹ 6, maddə 986; 2020, ¹ 7, maddə 831, ¹ 11, maddə
1338; 2021, ¹ 3, maddə 210; 2022, ¹ 5, maddələr 433, 440; 2023, ¹ 2, maddə
190) 21.1-ci maddəsində "müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
elmi təşkilatda"
sözləri "elmi
müəssisə və
təşkilatlarda" sözləri
ilə əvəz edilsin.
Maddə 7. Bu Qanunun 2-ci və 5-ci maddələri 2023-cü il
sentyabrın 1-dən qüvvəyə
minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
9 iyun 2023-cü il
Azərbaycan.-2023.-
25 iyul.- S.7.