Azərbaycan
Respublikasının Əmək
Məcəlləsində, Məktəbəqədər
təhsil haqqında və Ümumi təhsil haqqında Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
2023-cü il 9 iyun tarixli 909-VIQD nömrəli
Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası
Əmək Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi
və bununla bağlı hüquqi tənzimləmə məsələləri
haqqında Azərbaycan
Respublikası qanununun
tətbiq edilməsi barədə 1999-cu il 15 aprel tarixli 122 nömrəli, Məktəbəqədər
təhsil haqqında Azərbaycan Respublikasının
2017-ci il 14 aprel tarixli 585-VQ nömrəli Qanununun tətbiqi barədə 2017-ci il 19 iyun tarixli 1471 nömrəli, Ümumi təhsil haqqında Azərbaycan Respublikasının
2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli
Qanununun tətbiqi barədə 2019-cu il 27 may tarixli 711 nömrəli fərmanlarında
dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Azərbaycan
Respublikasının Əmək
Məcəlləsində, "Məktəbəqədər təhsil
haqqında" və
"Ümumi təhsil
haqqında" Azərbaycan
Respublikasının qanunlarında
dəyişiklik edilməsi
barədə" Azərbaycan
Respublikasının 2023-cü il 9 iyun tarixli
909-VIQD nömrəli Qanununun
qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. "Məktəbəqədər
təhsil haqqında"
Azərbaycan Respublikası
Qanununun 20-1.1-ci maddəsinin
birinci və ikinci cümlələrində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti
həyata keçirir;
1.2. həmin Qanunun
20-1.1-ci maddəsinin ikinci
cümləsində "orqan
(qurum)" dedikdə Azərbaycan Respublikasının
Nazirlər Kabineti nəzərdə tutulur;
1.3. həmin Qanunun
20-1.1-ci maddəsinin birinci
cümləsində "orqan
(qurum)" dedikdə Azərbaycan Respublikasının
Elm və Təhsil Nazirliyi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti
"Azərbaycan Respublikasının
Əmək Məcəlləsində,
"Məktəbəqədər təhsil haqqında" və "Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik
edilməsi barədə"
Azərbaycan Respublikasının
2023-cü il 9 iyun tarixli 909-VIQD nömrəli
Qanunundan irəli gələn məsələləri
həll etsin.
3. Azərbaycan Respublikasının
Elm və Təhsil Nazirliyi "Məktəbəqədər təhsil
haqqında" Azərbaycan
Respublikası Qanununun
4.0.12-1-ci maddəsinə uyğun
olaraq, dövlət məktəbəqədər təhsil
müəssisələrinə tərbiyəçi müəllimlərin
işə qəbulu və yerdəyişməsi
qaydalarını üç
ay müddətində
təsdiq edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin.
4. "Azərbaycan Respublikası
Əmək Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi
və bununla bağlı hüquqi tənzimləmə məsələləri
haqqında" Azərbaycan
Respublikası qanununun
tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin
1999-cu il
15 aprel tarixli 122
nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1999, ¹ 4, maddə 231; 2000, ¹ 3 (I kitab), maddə 159; 2008, ¹
7, maddə 611, ¹ 8, maddə
719, ¹ 10, maddə 896; 2009, ¹ 2, maddə 71, ¹ 12, maddələr
977, 987; 2011, ¹ 7, maddə 633; 2012, ¹ 6, maddə 545; 2014, ¹ 7, maddə
791, ¹ 11, maddə 1408, ¹ 12, maddə
1570; 2015, ¹ 1, maddə 20; 2016, ¹ 6, maddə 1050; 2018, ¹ 10, maddə
2007, ¹ 12 (I kitab), maddə
2615; 2019, ¹ 2, maddə 206, ¹ 5, maddə 844; 2020, ¹ 8, maddə
1037, ¹ 11, maddə 1348; 2022, ¹ 6, maddə 596, ¹ 8, maddə
863, ¹ 11, maddə 1270; 2023, ¹ 3, maddə 352) 2-ci hissəsinin
on ikinci abzasına "dövlət"
sözündən sonra
"məktəbəqədər və" sözləri əlavə edilsin.
5. "Məktəbəqədər
təhsil haqqında"
Azərbaycan Respublikasının
2017-ci il 14 aprel tarixli 585-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan
Respublikası Prezidentinin
2017-ci il 19 iyun tarixli 1471 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2017, ¹ 6, maddə
1087; 2018, ¹ 4, maddə 700, ¹ 10, maddə 2018; 2020, ¹ 6, maddə
699, ¹ 11, maddə 1362; 2021, ¹ 12, maddə 1366) aşağıdakı
dəyişikliklər edilsin:
5.1. 2.1-ci bəndə "cümləsində" sözündən
sonra ", 20-1.1-ci maddəsinin
birinci və ikinci cümlələrində"
sözləri əlavə
edilsin;
5.2. 2.2-ci bəndə "attestasiyası" sözündən
sonra "(sertifikatlaşdırılması)"
sözü əlavə
edilsin;
5.3. aşağıdakı məzmunda 2.2-1-ci və
2.5-2-ci bəndlər əlavə
edilsin:
"2.2-1. həmin Qanunun
20-1.1-ci maddəsinin ikinci
cümləsində "orqan
(qurum)" dedikdə Azərbaycan Respublikasının
Nazirlər Kabineti nəzərdə tutulur;";
"2.5-2. həmin Qanunun
15.3-cü maddəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
və 4.0.5-ci maddəsində
nəzərdə tutulmuş
vəzifəni Azərbaycan
Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan məktəbəqədər
təhsil müəssisələrinə
münasibətdə - Azərbaycan
Respublikasının Elm
və Təhsil Nazirliyi ilə razılaşdırmaqla, Məktəbəqədər
və Ümumi Təhsil üzrə Dövlət Agentliyi qismində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi həyata keçirir;";
5.4. 2.5-ci bənddə
"15.3-cü və 23.3-cü maddələrində" sözləri
"23.3-cü maddəsində" sözləri ilə əvəz edilsin, həmin bənddən
"4.0.5-ci," sözləri çıxarılsın və
həmin bəndə
"attestasiyasını" sözündən sonra
", təhsilverənlərin sertifikatlaşdırılmasını" sözləri, "4.0.13-cü," sözlərindən əvvəl
"4.0.12-1-ci," sözləri, "Təhsil" sözündən
əvvəl "Elm və" sözləri əlavə edilsin;
5.5. 2.5-1-ci bəndə "cümləsində" sözündən
sonra "və
20-1.1-ci maddəsinin birinci
cümləsində" sözləri
və "Təhsil"
sözündən əvvəl
"Elm və" sözləri əlavə
edilsin.
6. "Ümumi təhsil
haqqında" Azərbaycan
Respublikasının 2019-cu il
29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 2019-cu il 27
may tarixli 711 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2019, ¹ 5, maddə 863; 2020, ¹ 6, maddə 699, ¹ 7, maddə
868, ¹ 11, maddə 1362; 2021, ¹ 6 (I kitab), maddə 573) aşağıdakı dəyişikliklər
edilsin:
6.1. 2.4-cü bənddən
"20.2-ci maddəsində," sözləri çıxarılsın
və həmin bəndə "Təhsil"
sözündən əvvəl
"Elm və" sözləri əlavə
edilsin;
6.2. 2.5-ci bənddən
"4.0.9-cu," sözləri çıxarılsın və
həmin bəndə
"Təhsil" sözündən
əvvəl "Elm və" sözləri əlavə edilsin;
6.3. aşağıdakı məzmunda 2.5-1-ci bənd əlavə edilsin:
"2.5-1. həmin Qanunun
20.2-ci maddəsində nəzərdə
tutulmuş "orqanın
(qurumun)" səlahiyyətlərini
və 4.0.9-cu maddəsində
nəzərdə tutulmuş
vəzifəni Azərbaycan
Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ümumi təhsil müəssisələrinə
münasibətdə - Azərbaycan
Respublikasının Elm
və Təhsil Nazirliyi ilə razılaşdırmaqla, Məktəbəqədər
və Ümumi Təhsil üzrə Dövlət Agentliyi qismində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi həyata keçirir;".
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
24 iyul 2023-cü il
Azərbaycan.-2023.-
25 iyul.- S.5.