Təhsil
haqqında Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə Azərbaycan
Respublikasının 2023-cü il 9 iyun tarixli
906-VIQD nömrəli Qanununun
tətbiqi və Təhsil haqqında Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında
dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Təhsil haqqında" Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə" Azərbaycan
Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara
alıram:
1. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
1.1. "Təhsil haqqında"
Azərbaycan Respublikası
Qanununun 29.0.37-3-cü maddəsinə
uyğun olaraq, ali və orta
ixtisas təhsili müəssisələri tələbələrinin
ixtisas üzrə təcrübə keçmə
qaydasını üç
ay müddətində
təsdiq edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.2. "Təhsil haqqında"
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə"
Azərbaycan Respublikasının
2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli
Qanunundan irəli gələn digər məsələləri həll
etsin.
2. Azərbaycan Respublikasının
Elm və Təhsil Nazirliyi aşağıdakı normativ
hüquqi aktları üç ay müddətində təsdiq
edib Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin:
2.1. "Təhsil haqqında"
Azərbaycan Respublikası
Qanununun 29.0.10-3-cü maddəsinə
uyğun olaraq, peşə təhsili müəssisələrində təhsilalanlar tərəfindən
təhsil müəssisəsinin,
ixtisasın dəyişdirilməsi,
onların təhsil müəssisəsindən xaric
və ya təhsil müəssisəsinə
bərpa olunması, habelə təhsilalanların
təhsilini müvəqqəti
dayandırması (onlara
akademik məzuniyyətin
verilməsi) qaydalarını;
2.2. həmin Qanunun
29.0.37-1-ci maddəsinə uyğun
olaraq, yeni təhsil proqramlarının
(ixtisasların) açılması
qaydalarını;
2.3. həmin Qanunun
29.0.37-2-ci maddəsinə uyğun
olaraq, təhsilin bir pilləsindən və ya səviyyəsindən
digərinə keçid
zamanı təhsil proqramının (ixtisasın)
uyğunluğuna dair tələbləri;
2.4. həmin Qanunun
29.0.42-1-ci maddəsinə uyğun
olaraq, ali təhsil müəssisələrində
elmi-tədqiqat və elmi-metodik işlərin təşkili qaydalarını
və professor-müəllim
heyətinin tədris işi vaxtı normasını.
3. "Təhsil haqqında"
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2009, ¹ 9, maddə 685; 2012, ¹ 3, maddə 197, ¹ 4, maddə
289, ¹ 6, maddə 532; 2016, ¹ 1, maddə 76, ¹ 11, maddələr
1804, 1828, ¹ 12, maddə 2086; 2017, ¹ 7, maddə 1360, ¹ 10, maddə
1800, ¹ 12 (I kitab), maddə
2313; 2018, ¹ 2, maddə 216, ¹ 12 (I kitab), maddə 2545; 2019, ¹ 5, maddə
848, ¹ 7, maddə 1229, ¹ 8, maddə
1398; 2020, ¹ 5, maddə 549, ¹ 7, maddə 868, ¹ 11, maddə
1362, ¹ 12 (I kitab), maddə
1469; 2021, ¹ 6 (I kitab), maddə
571, ¹ 11, maddə 1218, ¹ 12, maddə
1364; 2023, ¹ 2, maddə 244) 2-ci hissəsində aşağıdakı
dəyişikliklər edilsin:
3.1. 2.1-ci bənddən
"1.0.54-cü,", "14.8-1-ci maddəsində,"
və "22.5-ci, 22.5-1-ci," sözləri çıxarılsın
və həmin bəndə "29.0.34-cü" sözlərindən əvvəl
"29.0.21-ci (xarici dövlətlərin
ali təhsilə aid kvalifikasiyalarının
tanınması qaydalarının
müəyyən olunması
üzrə)," sözləri
əlavə edilsin;
3.2. 2.2-ci bənddən
"29.0.21-ci (xarici dövlətlərin
ali təhsilə aid kvalifikasiyalarının
tanınması qaydalarının
müəyyən olunması
üzrə)," sözləri
çıxarılsın və
həmin bəndə
"ümumi təhsil
müəssisələrində" və "ümumi təhsil müəssisələrinin"
sözlərindən əvvəl
"məktəbəqədər və" sözləri,
"29.0.32-ci," sözlərindən sonra "29.0.37-3-cü," sözləri
əlavə edilsin;
3.3. 2.3-cü bənddən
"30.2-ci maddəsinin birinci
cümləsində (dövlət
ali təhsil müəssisələri, peşə
təhsili müəssisələri,
Azərbaycan Respublikası
Təhsil Nazirliyinin tabeliyində olmayan təhsil müəssisələri
və yerli icra hakimiyyəti orqanlarının tabeliyində
olan uşaq evləri istisna olmaqla, digər dövlət təhsil müəssisələrinin rəhbərlərinin
vəzifəyə təyin
edilməsi üzrə),"
və "29.0.13-cü (dövlət
ali təhsil müəssisələri, peşə
təhsili müəssisələri,
Azərbaycan Respublikası
Təhsil Nazirliyinin tabeliyində olmayan təhsil müəssisələri
və yerli icra hakimiyyəti orqanlarının tabeliyindəki
uşaq evləri istisna olmaqla, digər dövlət təhsil müəssisələri
rəhbərlərinin vəzifəyə
təyin və vəzifədən azad edilməsi üzrə),"
sözləri çıxarılsın
və həmin bəndə "29.0.10-2-ci," sözlərindən sonra
"29.0.10-3-cü," sözləri,
"29.0.37-ci," sözlərindən sonra "29.0.37-1-ci, 29.0.37-2-ci," sözləri, "və
29.0.43-cü" sözlərindən əvvəl
", 29.0.42-1-ci" sözləri,
"Təhsil Nazirliyi"
sözlərindən əvvəl
"Elm və" sözləri əlavə
edilsin;
3.4. 2.3-1-ci, 2.4-1-ci və 2.7-ci bəndlərə "Təhsil"
sözündən əvvəl
"Elm və" sözləri əlavə
edilsin;
3.5. 2.8-ci bənddə (hər iki halda)
"Təhsil Nazirliyinin
tabeliyindəki peşə
təhsili müəssisələri"
sözləri "Elm
və Təhsil Nazirliyinin tabeliyindəki təhsil müəssisələri"
sözləri ilə əvəz edilsin;
3.6. aşağıdakı məzmunda 2.9-1-ci və
2.9-2-ci bəndlər əlavə
edilsin:
"2.9-1. həmin Qanunun
30.2-ci maddəsinin birinci
cümləsində nəzərdə
tutulmuş orqanın
(qurumun) səlahiyyətlərini
və 29.0.13-cü maddəsində
nəzərdə tutulmuş
vəzifəni Azərbaycan
Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan orta ixtisas
təhsili müəssisələrinə
münasibətdə - Azərbaycan
Respublikasının Elm
və Təhsil Nazirliyi ilə razılaşdırmaqla, Elm
və Ali Təhsil üzrə Dövlət Agentliyi qismində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi həyata keçirir;
2.9-2. həmin Qanunun
30.2-ci maddəsinin birinci
cümləsində nəzərdə
tutulmuş orqanın
(qurumun) səlahiyyətlərini
və 29.0.13-cü maddəsində
nəzərdə tutulmuş
vəzifəni Azərbaycan
Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan məktəbəqədər,
ümumi və məktəbdənkənar təhsil
müəssisələrinə münasibətdə - Azərbaycan
Respublikasının Elm
və Təhsil Nazirliyi ilə razılaşdırmaqla, Məktəbəqədər
və Ümumi Təhsil üzrə Dövlət Agentliyi qismində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi həyata keçirir;";
3.7. 2.10-cu bənddən "Azərbaycan Respublikasının
Təhsil Nazirliyi yanında" sözləri
çıxarılsın və
həmin bəndə
(hər üç halda) "Təhsil" sözündən əvvəl
"Elm və" sözləri əlavə
edilsin;
3.8. 2.10-1-ci bəndə "Təhsil" sözündən
əvvəl "Elm və" sözləri əlavə edilsin və həmin bənddən "Azərbaycan
Milli Elmlər Akademiyası ilə birlikdə" sözləri
çıxarılsın;
3.9. 2.11-ci bənd ləğv
edilsin.
4. Bu Fərmanın
3.1-ci ("Təhsil haqqında"
Azərbaycan Respublikası
Qanununun 29.0.21-ci maddəsinə
münasibətdə istisna
olmaqla) və 3.9-cu bəndləri 2023-cü il
sentyabrın 1-dən qüvvəyə
minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
24 iyul 2023-cü il
Azərbaycan.-2023.-
25 iyul.- S.6.