Peşə
təhsili haqqında Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
2023-cü il 9 iyun tarixli 908-VIQD nömrəli
Qanununun tətbiqi və Peşə təhsili haqqında Azərbaycan Respublikasının
2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli
Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 18 iyun tarixli 140 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Peşə
təhsili haqqında"
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə"
Azərbaycan Respublikasının
2023-cü il 9 iyun tarixli 908-VIQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara
alıram:
1. Müəyyən edilsin ki:
1.1. "Peşə təhsili haqqında" Azərbaycan Respublikası
Qanununun 4.0.19-2-ci maddəsində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti
həyata keçirir;
1.2. həmin Qanunun
4.0.19-2-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər
Kabineti nəzərdə
tutulur.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
2.1. "Peşə təhsili haqqında" Azərbaycan Respublikası
Qanununun 4.0.19-2-ci maddəsinə
uyğun olaraq, peşə təhsili müəssisələri üçün
dərsliklərin, dərs
vəsaitlərinin və
digər tədris-metodik
vasitələrin hazırlanması
qaydasını üç
ay müddətində
müəyyən edib
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
2.2. "Peşə təhsili haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə"
Azərbaycan Respublikasının
2023-cü il 9 iyun tarixli 908-VIQD nömrəli
Qanunundan irəli gələn digər məsələləri həll
etsin.
3. Azərbaycan Respublikasının
Elm və Təhsil Nazirliyi "Peşə təhsili haqqında" Azərbaycan
Respublikası Qanununun
4.0.19-1-ci maddəsinə uyğun
olaraq, dövlət peşə təhsili müəssisələrinə müəllimlərin
və istehsalat təlimi ustalarının
işə qəbulu və yerdəyişməsi
qaydalarını üç
ay müddətində
müəyyən edib
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin.
4. "Peşə təhsili
haqqında" Azərbaycan
Respublikasının 2018-ci il
24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 18
iyun tarixli 140 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2018, № 6, maddə 1230; 2019, № 5, maddə 841; 2020, № 7, maddə
893, № 11, maddələr 1360, 1362; 2021, № 6
(I kitab), maddə 573;
2022, № 5, maddə 458) aşağıdakı
dəyişikliklər edilsin:
4.1. 2.1-ci bəndə "Qanununun" sözündən
sonra "4.0.19-2-ci," sözləri
əlavə edilsin;
4.2. aşağıdakı məzmunda 2.2-1-ci bənd əlavə edilsin:
"2.2-1. həmin Qanunun
4.0.19-2-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər
Kabineti nəzərdə
tutulur;";
4.3. 2.3-cü bəndə
"4.0.20-ci" sözlərindən əvvəl "4.0.19-1-ci, 4.0.19-2-ci," sözləri, "Təhsil" sözündən
əvvəl "Elm və" sözləri əlavə edilsin;
4.4. 2.3-1-ci, 2.10-cu və 2.12-ci bəndlərə "Təhsil"
sözündən əvvəl
"Elm və" sözləri əlavə
edilsin;
4.5. 2.4-cü bənddən "Azərbaycan Respublikasının
Təhsil Nazirliyi yanında" sözləri
çıxarılsın və
həmin bəndə
(hər üç halda) "Təhsil" sözündən əvvəl
"Elm və" sözləri əlavə
edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
24 iyul 2023-cü il
Azərbaycan.-2023.-
25 iyul.- S.6.