M.M.Şixəliyevin,
S.Y.Ələkbərovun və
Y.S.Məmmədovun ali
hərbi rütbədən
və dövlət təltiflərindən məhrum
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Mövlam Məmmədismayıl
oğlu Şixəliyevin,
Sahib Yunus oğlu Ələkbərovun
və Yasin Seyfulla oğlu Məmmədovun ağır
və xüsusilə ağır cinayətlər
törətdiklərinə görə məhkum olunmaları barədə məhkəmə hökmünün
qanuni qüvvəyə
minməsini və Bakı Hərbi Məhkəməsinin təqdimatlarını
əsas götürərək
qərara alıram:
1. Mövlam Məmmədismayıl
oğlu Şixəliyev
general-mayor ali hərbi rütbəsindən,
3-cü dərəcəli “Vətənə xidmətə
görə” ordenindən,
“Vətən uğrunda”
və “Hərbi xidmətlərə görə”
medallarından məhrum
edilsin.
2. Aşağıdakı şəxslər “Vətən
uğrunda” medalından
məhrum edilsinlər:
2.1. Sahib Yunus oğlu Ələkbərov;
2.2. Yasin Seyfulla
oğlu Məmmədov.
3. Bu Sərəncam
imzalandığı gündən
qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
24 iyul 2023-cü il
Azərbaycan.-2023.-
25 iyul.- S.8.