X.Ə.Xələfovun
Azərbaycan Respublikası
xarici işlər nazirinin müavini vəzifəsindən azad edilməsi və bundan irəli gələn bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Xələf Əli
oğlu Xələfov
Azərbaycan Respublikası
xarici işlər nazirinin müavini vəzifəsindən azad edilsin.
2. “Azərbaycan Respublikası
Prezidentinin sərhəd
və Xəzər dənizi məsələləri
üzrə xüsusi nümayəndəsinin təyin
edilməsi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2019-cu il 3 may tarixli 1158 nömrəli Sərəncamı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2019, № 5, maddə 878) ləğv
edilsin.
3. Bu Sərəncam
imzalandığı gündən
qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
24 iyul 2023-cü il
Azərbaycan.-2023.-
25 iyul.- S.7.