Azərbaycan
Respublikasının ərazisində
radioyayım şəbəkəsinin
genişləndirilməsi üçün
maliyyə vəsaitinin
ayrılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, ölkədə mövcud
yayım stansiyalarının
maddi-texniki bazasının
yaxşılaşdırılması, dayanıqlı fəaliyyətinin
təmin edilməsi və fasiləsiz enerji təminatı üçün zəruri
infrastrukturun yaradılması,
radioyayım şəbəkəsinin
müasirləşdirilməsi və genişləndirilməsi,
eləcə də milli radiotezlik resursundan səmərəli
istifadə məqsədilə
qərara alıram:
1. Azərbaycan Respublikasının
ərazisində radioyayım
şəbəkəsinin genişləndirilməsi
üçün avadanlığın
alınması və quraşdırılması, eləcə
də mövcud yayım stansiyalarının
maddi-texniki bazasının
yaxşılaşdırılması, dayanıqlı fəaliyyətinin
təmin edilməsini dəstəkləyən zəruri
infrastrukturun yaradılması
və istismar xərclərinin maliyyələşdirilməsi
məqsədilə Azərbaycan
Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə
tutulmuş Azərbaycan
Respublikası Prezidentinin
ehtiyat fondundan Azərbaycan Respublikasının
Rəqəmsal İnkişaf
və Nəqliyyat Nazirliyinə 13,7 milyon (on üç milyon yeddi yüz
min) manat vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
2.1. bu Sərəncamın
1-ci hissəsində göstərilən
tədbirlərin icrası
ilə əlaqədar
növbəti üç
il ərzində istismar xərclərinin maliyyələşdirilməsi üçün
tələb olunan vəsaitin müvafiq illər üzrə dövlət büdcəsi
layihəsində nəzərdə
tutulmasını təmin
etsin;
2.2. bu Sərəncamdan
irəli gələn məsələləri həll
etsin.
3. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci
hissəsində göstərilən
məbləğdə maliyyələşməni
təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
24 iyul 2023-cü il
Azərbaycan.-2023.- 25 iyul.-
S.7.