Əhməd
İsmayılov: Şuşa
Forumunda Azərbaycan Prezidentinin iştirakı böyük əhəmiyyət
daşıyırdı
Doğma Şuşamızda
Qlobal Media Forumu keçirilir. Bu Forumun ilk günündə Prezident
İlham Əliyevin iştirakı
bizim üçün
çox böyük əhəmiyyət daşıyırdı.
Forum iştirakçılar tərəfindən də
böyük rəğbət
və maraqla izlənildi. Üç saata yaxın vaxt ərzində 60-dan çox yerli jurnalistin, media subyekti rəhbərlərinin sualları
cavablandırıldı. Azərbaycan
Prezidenti çıxışında
Azərbaycanda media sahəsində
islahatların istiqamətlərini
də müəyyən
etmiş oldu.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Medianın İnkişafı
Agentliyinin İcraçı
direktoru Əhməd İsmayılov Azərbaycan
Milli Mətbuatının 148-ci ildönümü münasibətilə
keçirilən “4-cü Sənaye
İnqilabı dövründə
Yeni Media” Qlobal Forumunun
yekunları ilə bağlı jurnalistlərə
müsahibəsində ifadə
edib.
Onun sözlərinə
görə, Şuşa
Qlobal Media Forumunun əsas məqsədi müasir mediada gedən proseslərin daha dəqiq izlənilməsi, müzakirə
olunması, fikir mübadilələrinin aparılması
idi.
Əhməd İsmayılov
bütün Forum iştirakçıları,
Azərbaycanın mətbuat
nümayəndələrinin rəhbərləri, media menecerləri
adından Prezident
İlham Əliyevə belə
bir şərait yaratdığına görə
dərin təşəkkürünü
bildirib.
Azərbaycan.-2023.- 25 iyul.- S.10.