Forumunun
məqsədi Azərbaycan
mediasında həyata
keçirilən prosesləri
dünyada gedən proseslərə inteqrasiya etməkdir
Şuşa Forumunda
rəqəmsal media mühitində transformasiya,
media mühitinin müzakirələri və
süni intellektin jurnalistikaya, media sahəsinə təsiri çox ciddi müzakirə olundu. Çap mediası, ənənəvi media və yeni media
arasındakı fərqlər
və yeni media dövründə bizim ənənəvi mediamızın dünyadakı
ənənəvi medianın
rolu və bundan sonrakı fəaliyyət istiqamətləri
üzrə dərin müzakirələr aparıldı.
Eyni zamanda, Forum çərçivəsində media savadlılığının
dezinformasiyaya qarşı
mübarizə üsulu
kimi əsas istiqamət olduğu vurğulandı və bununla bağlı media ekspertləri ilə təcrübə mübadiləsi həyata keçirildi.
AZƏRTAC xəbər verir ki, bu
fikirləri Medianın
İnkişafı Agentliyinin
İcraçı direktoru
Əhməd İsmayılov
Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü
münasibətilə keçirilən
“4-cü Sənaye İnqilabı
dövründə Yeni
Media” Qlobal Forumunun yekunları ilə bağlı jurnalistlərə
müsahibəsində söyləyib.
Onun sözlərinə görə, belə bir forumların keçirilməsinin əsas məqsədi məhz Azərbaycan mediasında, ictimaiyyətində də media savadlılığı sahəsində həyata keçirilən prosesləri dünyada gedən proseslərə inteqrasiya etmək və vahid şəkildə tətbiq etməkdir.
Azərbaycan.-2023.- 25 iyul.- S.10.