Dezinformasiya və feyk xəbərlərlə
mübarizə üsulları
müzakirə edilib
Azərbaycanın mədəniyyət
paytaxtı Şuşa
şəhərində “Heydər
Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının
148-ci ildönümü münasibətilə
keçirilən "4-cü Sənaye İnqilabı dövründə Yeni
Media" Qlobal Forumu üçüncü gündə
panel müzakirələrlə
davam edib.
AZƏRTAC xəbər verir ki, Forumun
“Mediada investisiya və istehlak tendensiyaları” adlı sessiyasında ADA Universitetinin
Kommunikasiya və Rəqəmsal Media Proqramının
direktoru Şəfəq
Mehrəliyevanın moderatorluğu
ilə yeni mediada istehlak tendensiyaları və media savadlılığı
(dezinformasiya və feyk xəbərlərlə
mübarizə üsulları)
müzakirə olunub.
Sessiyada çıxış
edən Böyük Britaniyanın PA Media Qrupunun
Baş icraçı
direktoru Klayv Marşal iyirmi il əvvəl qəzet satışının
azaldığını bildirərək
deyib: “Biz ümid edirdik ki, ovaxtkı gənclər yaşlanacaq
və qəzetləri
alacaqlar. Amma indi baxırıq ki, onlar bu
gün o qəzetləri
almırlar. Gənclər
onlara maraqlı gəlməyən məsələlərdən
imtina edirlər. Buna görə də onların nə istədiyini nəzərə almaq lazımdır”.
Yalnız bir platformanın istifadəsinin
kifayət olmadığını
diqqətə çatdıran
“DigiTips“ şirkətinin
təsisçisi və
baş icraçı
direktoru Matthias Lüfkens bildirib: “Biz auditoriyanı mütləq nəzərə
almalı, tviter, tiktok və ddigər sosial şəbəkə hesablarının
hamısında fəal
olmalıyıq. Davos illik görüşündə
xəbərlərlə bağlı
bildirmişdim ki, yutub platformasında yerləşək. Mənə
dedilər ki, xeyr, o platformanı uşaqlar izləyir. Daha sonra tiktoku
təqdim etdilər ki, orada daha
aktiv ola bilərik. Demək istədiyim odur ki, auditoriya nəyi necə istəyirsə, biz o istiqamətdə hərəkət
etməliyik”.
Müdafiə analitiki
Oubai Şahbandar çıxışında vurğulayıb
ki, oxucular, izləyicilər qarşısında
əsas məqsədləri
reallığı onlara
çatdırmaqdır. Hadisə
yerindən dəqiq, operativ, qərəzsiz məlumatların izləyiciyə
çatdırılması əsas vəzifədir”
Qarabağa gəlməklərinin
əsas səbəbinin
buradakı vəziyyəti
dünyaya çatdırmaq
olduğunu deyən Oubai Şahbandar əlavə edib: “Hadisələri olduğu kimi görərək reallığı bictimaiyyətə
çatdırmaq ən
vacib məsələmizdir.
Biz dünən üç il əvvəl baş verən müharibə yerlərində olduq. Həmin ərazilərdə
reportaj hazırlayaraq şərhlərimizi bildirdik,
gördüklərimizi ictimaiyyətə
çatdırmağa çalışdıq.
Dünyada bəzilərinin
heç xəbəri
yox idi ki,
Azərbaycan, Şuşa
haradır? Orada nə baş verib? Bütün bunları dünən bu ərazilərdə çəkdiyimiz videoreportaj
sayəsində biz də öz növbəmizdə beynəlxalq
ictimaiyyətə çatdırdıq”.
Gürcüstanın İctimai Televiziyasının
Baş direktoru Tinatin Berdzenişvili isə deyib: “Qürur duyuruq ki, işimizi müstəqil şəkildə
qururuq. Biz görürük ki, bütün Qərb mediası daha konstruktiv olmağa, ictimaiyyət üçün
həll yolları tapmağa çalışır.
Çalışmalıyıq ki qərəzsiz, obyektiv olaq. İctimaiyyətin problemləri
üçün həll
yolları axtarıb tapmaq istiqamətində irəliləməliyik”.
Yeni nəslin daha qərəzsiz mediaya ehtiyacının olduğunu söyləyən
T.Berdzenişvili vurğulayıb:
“Rəqəmsal dünyada
bizim vəzifəmiz bu imkanları ictimaiyyətə təqdim
etməkdir. Biz bilmirik ki, gələcək
necə olacaq. Buna görə də çağırışlara
çevik reaksiya verməliyik. Həmçinin
biz, həmçinin təkcə xəbərlərə
fokuslanmamalı, ictimaiyyətin
istəyini də nəzərə alaraq iş görməliyik”.
Sessiyada iştirakçılar,
həmçinin media məhsullarının istehsalı
və istehlakı ilə bağlı dəyişən trendlər,
mediada investisiya məsələləri, media
savadlılığının peşəkar medianın inkişafında rolu, yeni mediada dəyər
zəncirinin yaradılması
və biznes modellərinin inkişafı
ilə bağlı fikir mübadiləsi aparıb, qonaqların suallarını cavablandırıblar.
Xatırladaq ki,
Medianın İnkişafı
Agentliyinin təşkilatçılığı
ilə keçirilən
Forumda yerli və xarici media nümayəndələri,
eyni zamanda, ekspertlər iştirak ediblər.
Şuşa Qlobal Media Forumuna 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edir.
Azərbaycan.-2023.- 25 iyul.- S.10.