Bakıda "Türk Dünyası"
media platforması ofisinin açılışı
olub
İyulun 24-də Trend Beynəlxalq İnformasiya Agentliyi (BİA) və Türkiyənin "Albayrak"
Media Qrupunun ortaq layihəsi olan "Türk Dünyası"
(Turkic.World) media platforması ofisinin açılış mərasimi
keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə
çıxış edən
Trend BİA-nın baş
direktorunun müavini Rufiz Hafizoğlu "Albayrak" Media Qrupu ilə Trend İnformasiya Agentliyinin 2021-ci ildə ortaq media platformasının
açılması üçün
razılığa gəldiklərini
bildirərək deyib:
"Bu platforma artıq iki ildir Azərbaycanda fəaliyyət göstərir.
Digər türkdilli ölkələrin bu platformaya qatılması və mərkəzin məhz Bakıda olması qürurvericidir. Bu platformada qardaş Qazaxıstan və Qırğızıstanın
dövlət xəbər
agentlikləri, eləcə
də Türkiyənin
"Albayrak" Media Qrupu
yer alıb".
"Albayrak" Media Qrupunun rəhbəri Ömər Karaca çıxışında qeyd
edib ki, ortaq media platforması
ofisinin açılışı
türk dövlətləri
arasında münasibətlərin
gələcək inkişafının
başlanğıcıdır.
"Şuşada keçirilən
Qlobal Media Forumunda 50-yə
yaxın ölkədən
gələn media nümayəndələri ilə
bir sıra məsələləri müzakirə
etdik. Belə bir Foruma ev
sahibliyi edən Azərbaycana təşəkkürümüzü
bildiririk. İki il əvvəl Trend İnformasiya Agentliyi ilə birgə "Turkic.World" layihəsinin
önəmli tərəfdaşı
olduq. Bu illər ərzində ortaq layihəmiz böyüdü və inkişaf etdi. Hazırda Bakıda ofisimizin açılışını
qeyd edirik. Ümidvarıq ki, gələcək illərdə
fərqli yerlərdə
daha böyük ofislərimizi açaraq türk dövlətləri
ilə münasibətlərimizi
bütün sahələrdə
inkişaf etdirəcəyik",
- deyə Ö.Karaca diqqətə çatdırıb.
Prezident Administrasiyasının
Kommunikasiya siyasəti
sektorunun müdiri Cavid Musayev çıxışında
vurğulayıb ki, iki gün əvvəl
Azərbaycanın mədəniyyət
paytaxtı Şuşada
Qlobal Media Forumu keçirilib. Bu Media Forumun əlamətdar hadisələrindən biri
o oldu ki, Prezident İlham Əliyev tədbirdə çıxış edərək
xarici media nümayəndələrinin suallarını
cavablandırdı. Bu,
Azərbaycanda mediaya, jurnalistikaya dövlət səviyyəsində verilən
dəyərdir. O, bugünkü
tədbirin Azərbaycan-Türkiyə
əməkdaşlığının bariz nümunəsi olduğunu qeyd edib.
Sonra çıxış
edən Qazaxıstanın
Azərbaycandakı səfiri
Alim Bayel bildirib ki, bu
platforma türk dövlətlərində baş
verənləri hadisələrin
beynəlxalq ictimaiyyətə
çatıdırılmasına töhfəsini verəcək.
Eyni zamanda, bu ortaq platforma
Türk dünyası
dövlətləri arasında
münasibətlərin inkişafı
üçün faydalı
olacaq.
Türkiyənin Azərbaycandakı
səfiri Cahit Bağcı çıxışında
Azərbaycan ilə Türkiyə arasında media sahəsində əməkdaşlığın gözəl bir nümunəsinə şahidlik
etdiklərini vurğulayıb.
"Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Türk
Dövlətləri Təşkilatının
hər sahədə güclənməsi üçün
atılan addımların
bu gün nəticəsini görürük.
Xüsusilə İkinci
Qarabağ müharibəsindən
sonra reallıqların
dünyaya çatdırılmasında
türk mediasının
nə qədər önəmli olduğunu gördük. türk dövlətləri arasında
həm əməkdaşlığın,
həm də bu coğrafiyadakı hadisələrin dünyaya
doğru-düzgün çatdırılmasında
bu ofisin mühüm xidmətlərinin
olacağına inanıram",
- deyə diplomat vurğulayıb.
Daha sonra tədbir iştirakçıları
ofis yaradılan şəraitlə tanış
olublar.
Qeyd edək ki, "Türk Dünyası" (Turkic.World)
media platforması
2021-ci ildə Trend BİA və
Türkyənin "Albayrak"
Media Qrupunun əməkdaşlığı
nəticəsində fəaliyyətə
başlayıb.
Platforma 2021-cil ildə
İstanbulda keçirilən
Türk Şurasının
Media Forumunda təqdim
olunmaqla yanaşı,
Kiçik və Orta Biznesin İnkişafı
Agentliyi (KOBİA) və
Türkiyənin Müstəqil
Sənayeçi və
İş Adamları Dərnəyinin (MÜSİAD) təşkilatçılığı
ilə 25-ci Beynəlxalq
Biznes Forumunun
(International Business Forum (IBF)) rəsmi media tərəfdaşı
olub.
Eyni zamanda,
"Turkic.World" "Teknofest
2022" aerokosmik və
texnologiya festivalının
rəsmi media tərəfdaşıdır.
Bununla yanaşı, bu media layihəsi İstanbul Ticarət Universiteti, Azərbaycan İlahiyyat İnstitutu və Türkiyənin İnsan Hüquqları, Azadlıqları və Humanitar Yardım Vəqfi (İHH) ilə də tərəfdaşlıq memorandumları imzalayıb.
Azərbaycan.-2023.- 25 iyul.- S.10.