Qarabağ
və Şərqi Zəngəzur dirçəlir,
Böyük qayıdış
sürətlənir
Tezliklə işğaldan azad edilmiş bütün ərazilərdə insanlar
yaşayıb yaradacaqlar
44 günlük Vətən
müharibəsində Azərbaycanın
şanlı qələbəsindən
sonra qarşıda duran prioritet məsələ 30 il ərzində işğalda
olmuş, ermənilər
tərəfindən daşı
daş üstündə
qalmayan ərazilərimizin
yenidən qurulması
və bərpasıdır.
İşğaldan azad
olunmuş ərazilərin
qısa zamanda bərpası keçmiş
məcburi köçkünlərin
tezliklə öz dədə-baba yurdlarına,
əzəli torpaqlarına
qayıtmasına hesablanıb.
Buna görədir ki, erməni tapdağından azad edilmiş bütün rayonlarda Prezident İlham Əliyevin birbaşa nəzarəti altında sürətli quruculuq işləri görülür.
Dövlət başçısı
mütəmadi olaraq Qarabağ və Şərqi Zəngəzura
səfərlər edərək
yeni-yeni layihələrin
əsasını qoyur,
açılış mərasimlərində
iştirak edir, görülmüş işlərlə
yerində tanış
olur. Hər iki iqtisadi rayonda
aparılan geniş tikinti-quruculuq işlərinin
nəticəsidir ki, həm Şərqi Zəngəzura, həm də Qarabağa Böyük qayıdış
artıq başlayıb.
Ötən ilin
iyul ayında Zəngilanın Ağalı
kəndindən başlayan
köç hazırda
Laçın şəhəri
ilə davam edir. Bu günə
qədər isə Ağalı, Tərtərin
Talış kəndi və Laçın şəhərində ümumilikdə
1000-dən çox sakin
məskunlaşıb. Proses
isə davam etməkdədir.
Təbii ki, torpaqlarımızın işğaldan
azad olunmasından sonra uzun illər
ərzində barbarlar
tərəfindən viran
qoyulan ərazilərin
yenidən qurulması
və bərpasının
nə zaman başa çatacağı
dünya ictimaiyyəti
üçün də
maraqlıdır. Elə
iyulun 21-də Şuşada
keçirilən "4-cü Sənaye İnqilabı dövründə yeni media" mövzusunda I Şuşa Qlobal Media Forumunun açılış
mərasimində Prezident
İlham Əliyevə
ünvanlanan suallardan biri də bu
istiqamətdə oldu.
Dövlət başçısı
"Əl-Cəzirə" telekanalının jurnalistinin
"Qarabağın yenidən
qurulması nə vaxt bitəcək və nə qədər çəkəcək?"
sualını belə
cavablandırdı: "Qarabağın
və Şərqi Zəngəzurun bərpası
prosesi mərhələlərə
bölünüb. Böyük
qayıdış proqramı
qəbul edilib. Proqramın icrası üçün maliyyə
resursları səfərbər
edilib. Bu günə qədər infrastruktur və şəhərsalma məqsədləri
üçün ilin sonuna qədər nəzərdə tutulan xərclər təqribən
7 milyard ABŞ dollarına
bərabər olacaq. Yəni bu ancaq
başlanğıcdır. Mərhələlərə
bölünən bu proqramın icrasının
da nə qədər çəkəcəyini
demək çətindir.
Çünki birinci mərhələdə bizim
əsas vəzifəmiz
8 şəhəri və
100 kəndi yenidən
qurmaqdır. Artıq bir neçə yaşayış məntəqəsində
insanlar məskunlaşıblar
- Zəngilan rayonunun Ağalı kəndində,
Tərtər rayonunun Talış kəndində
və Laçın şəhərində".
Xatırladaq ki,
həm 2021-ci, həm də 2022-ci ildə işğaldan azad olunmuş ərazilərin
bərpasına 2.2 milyard
manat vəsait ayrılıb. Ötən
il isə büdcəyə daxilolmalar
nəticəsində dəyişiklik
ediləndən sonra yenidənqurma işlərinə
əlavə 470 milyon manat vəsait ayrılmışdı.
2023-cü il üçün
isə Qarabağ və Şərqi Zəngəzurda görüləcək
işlərə ilkin
mərhələdə 3 milyard
manat ayrılsa da, dürüstləşmədən
sonra daha 2 milyard 260 milyon manat vəsait yönəldilib.
Məskunlaşma prosesinin
tədricən getdiyini
deyən Prezident İlham Əliyev vurğuladı ki, işğaldan əziyyət
çəkən 1 milyon
insan öz dədə-baba torpaqlarına
qayıtmalıdır: "Onu da bildirməliyəm,
biz bərpa işlərinə start verməzdən əvvəl
keçmiş məcburi
köçkünlər arasında
qeyri-rəsmi sorğu
keçirdik ki, onlar öz dədə-baba
torpaqlarına qayıtmaq
fikrindədirlər, yoxsa
yox. Sevindirici hal ondan ibarətdir
ki, məcburi köçkünlərin mütləq
əksəriyyəti müsbət
cavab verib. Bu da təbii
ki, görüləcək
işin həcmini daha da böyüdür
və hesab edirəm ki, mərhələli yollarla
şəhərlərin bərpası
növbəti beş il ərzində mümkün olacaq".
Böyük qayıdış
proqramı sürətlə
icra edilir
Daha çox keçmiş məcburi köçkünün qısa
zamanda öz yurduna qayıtması üçün "Azərbaycan
Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi
inkişaf Strategiyası"nda
əksini tapan "İşğaldan azad olunmuş ərazilərə
Böyük qayıdış"
Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə
"Azərbaycan Respublikasının
işğaldan azad edilmiş ərazilərinə
Böyük qayıdışa
dair Dövlət Proqramı"ı qəbul
olunub. Cəmi 8 aya yenidən qurulan Laçın şəhərində 700 ailə
üçün yaradılan
şərait də bunun bariz nümunəsidir.
Mayın 27-dən etibarən
Laçına qayıdış
başlayıb və indiyədək ümumilikdə
503 nəfərin şəhərdə
məskunlaşması təmin
edilib. Eyni zamanda şəhərdəki
əhalinin məşğulluğunun
təmin olunması üçün işlərə
başlanılıb. Sentyabrın
15-dək məktəb, uşaq
bağçası, xəstəxana
və digər sosial obyektlər də istifadəyə veriləcək.
Dövlət başçısı
forumda sualı cavablandırarkən növbəti
beş il ərzində azad edilmiş bütün şəhərlərdə artıq
insanların yaşayacağına
əminliyini ifadə etdi. Ölkə rəhbəri vurğuladı
ki, şəhərlərin
inkişaf planı daha genişmiqyaslıdır:
"Çünki məsələn,
əgər Ağdam şəhərini götürsək,
işğaldan əvvəlki
dövrdə bu şəhərdə təqribən
40, bəlkə də
50 min insan yaşayırdı. Bizim baş planımıza görə Ağdam şəhərində 100 minə
yaxın insan yaşayacaq. Təbii ki, bütün bunlar mərhələli yollarla ediləcək. Çünki vəsait o zaman xərclənməlidir
ki, artıq insanlar oraya getməyə hazır olsunlar".
I Şuşa Qlobal
Media Forumunda İlham Əliyevə ünvanlanan
suallar arasında
"Növbəti 10 ildə
Şuşanı necə
görmək istəyirsiniz?"
sualı da xüsusi diqqət çəkdi. Ölkə
rəhbəri cavabında
bildirdi ki, Şuşanın bərpasına
başlanılıb, bir
müddət öncə
baş planı təsdiq edilib və artıq ilk yaşayış layihəsi icra olunur.
Dövlət başçısı
qeyd etdi ki, həmin layihələr çərçivəsində
Şuşa sakinləri
yenidən evlərinə
qayıdacaqlar. "Bununla
yanaşı, artıq
qeyd etdiyim kimi, Şuşa Prezidentin sərəncamı
ilə Azərbaycanın
mədəniyyət paytaxtı
elan edilibdir və bizim gözləntimiz
odur ki, dünyadan çoxsaylı
qonaqlarımız olacaqdır,
insan axını olacaqdır. Çünki
bu, nadir, misilsiz bir məkandır.
Burada tarix, mədəniyyət, memarlıq
və iqlim vəhdət təşkil
edir. Bu, bizim böyük sərvətimizdir. Əlbəttə
ki, bu şəhər
qaya üzərində
qurulubdur, qədim şəhərdir və bu, həqiqətən də, Qafqazın incisidir və Qarabağın tacıdır.
Biz hazırda fəal sürətdə tarixi memarlıq abidələrini bərpa edirik. Üç məscidimiz yenidən qurulubdur. Biri bərpa olunub, digərləri yenidən inşa edilib, çünki onlar dağıdılmışdı. Bizim bərpa etdiyimiz ilk tarix-memarlıq
abidəsi dahi şairimiz və Qarabağ xanlığının
vəziri Vaqifin məqbərəsi idi. O da işğal dövründə ermənilər
tərəfindən dağıdılmışdı.
Biz onu yenidən
qurduq, bərpa etdik. Biz bulaqları
bərpa etdik. Artıq beş bulaq su ilə
doludur".
Mədəniyyət paytaxtımızda görülən
işlərdən danışan
Prezident 3-4 il ərzində Şuşanın
təkcə Azərbaycanın
və Qafqazın deyil, dünyanın ən gözəl şəhəri olacağını
vurğuladı.
Baş plan çərçivəsində Şuşa şəhərinin
bütün infrastrukturu
yenidən qurulur, yeni yollar çəkilir.
Sentyabr ayında min şagird yerlik məktəbin açılışı gözlənilir,
həmçinin ilin sonuna qədər 90 çarpayılıq xəstəxana
istifadəyə veriləcək.
Bununla yanaşı,
digər tarixi və mədəniyyət
abidələri, mehmanxanalar
bərpa edilir və ya yeniləri
tikilir. Forum çərçivəsində
Şuşaya səfər
edən ölkə rəhbəri Daşaltı
kəndində də yeni yaşayış kompleksinin və turizm obyektlərinin təməlini qoydu.
Təbii ki, işlər ancaq Laçın və Şuşa şəhəri
ilə məhdudlaşmır,
işğaldan azad edilmiş bütün şəhər və kəndlərdə geniş
quruculuq işləri aparılır. Sürətli
bərpa işləri
isə insanların mərhələli şəkildə
dədə-baba torpaqlarına
qayıtmasına imkan
verəcək. İlin
sonuna kimi Laçının Zabux və Sus kəndlərinə
də qayıdış
gözlənilir. Ümumilikdə
isə bu il və növbəti
ildə Laçın
rayonunda 10 minə yaxın keçmiş məcburi köçkünün
daimi məskunlaşması
nəzərdə tutulur.
Qarabağ və
Şərqi Zəngəzurda
görülən bütün
tikinti, quruculuq işləri dövlətin
prioritet istiqaməti olaraq keçmiş məcburi köçkünlərin
qısa zamanda əzəli torpaqlarına
qayıdışına hesablanıb.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2023.-
25 iyul.- S.12.