Dəmir
yumruğun yaratdığı
reallıq
Azərbaycan həqiqətləri dünyaya
I Şuşa Qlobal
Media Forumundan çatdırıldı
Prezident İlham
Əliyevin tapşırığına
əsasən, "Heydər
Əliyev İli" çərçivəsində Azərbaycan
milli mətbuatının
148-ci ildönümü ilə
bağlı keçirilən
I Şuşa Qlobal
Media Forumu başa çatıb.
Forum çərçivəsində
dövlət başçımız
tərəfindən Azərbaycan
xalqına və dünya ictimaiyyətinə
bir sıra vacib mesajlar ötürülüb. Həmçinin
media və informasiya-kommunikasiya sahəsində
qlobal səviyyədə
aktuallıq kəsb edən məsələlər
müzakirə edilib. Bu forum Azərbaycan
həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılması
baxımından mühüm
hadisədir.
Mövzu ilə
bağlı Milli Məclisin deputatlarının
fikirlərini öyrəndik.
Şuşa forumu
dünya mediasının
inkişafına əhəmiyyətli
töhfə verəcək
Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib ki, Azərbaycan mədəniyyətinin paytaxtı
Şuşa şəhəri
növbəti dəfə
mötəbər beynəlxalq
tədbirə - "4-cü Sənaye İnqilabı dövründə yeni media" mövzusunda I Şuşa Qlobal Media Forumuna evsahibliyi etdi və öz
əzəmətini, kimliyini,
mənliyini bir daha dünyaya göstərdi. Fəxarətlə
deyə bilərik ki, Şuşa artıq dünyada həm də beynəlxalq tədbirlərin
keçirildiyi, qlobal xarakterli müzakirələrin
aparıldığı məkan
kimi tanınır. Foruma 49 ölkədən
150 xarici qonağın,
o cümlədən dünyanın
34 ölkəsinin dövlət
informasiya agentliyinin,
12 beynəlxalq təşkilat
və media qurumunun qatılması tədbirin əhəmiyyətinin
və ona olan marağın təzahürüdür.
Deputat qeyd edib ki, bu,
həm də Azərbaycan həqiqətlərinin,
reallıqlarının beynəlxalq
ictimaiyyətə çatdırılması
baxımından xeyli önəmli hadisədir:
"Nəzərə almaq
lazımdır ki, işğaldan azad edilmiş Şərqi Zəngəzura və Qarabağa gələn xarici media nümayəndələri
uzun illər ermənilərin orada törətdikləri bütün
vəhşilikləri, dağıdılmış
şəhərləri, kəndləri
öz gözləri ilə görür, real vəziyyəti dəqiq və dürüst şəkildə
dünyaya çatırırlar.
Bu da, sözsüz
ki, ermənilərin və onun havadarlarının
bütün yalanlarını,
bölgə ilə bağlı dezinformasiyalarını
alt-üst edir".
Səttar Möhbalıyevin
sözlərinə görə,
dövlət başçısı
İlham Əliyevin forumun açılış
mərasimində iştirak
etməsi, yerli və xarici jurnalistlərin suallarını
cavablandırması bir
daha göstərdi ki, ölkəmizin rəhbəri hər zaman mətbuata açıqdır, bu sahənin inkişafına
hərtərəfli dəstək
olur: "Əbəs yerə deyil ki, Azərbaycan mətbuatı hərtərəfli
inkişaf edib, ölkəmizdə 5 mindən
çox media subyekti fəaliyyət göstərir. KİV-lərə
birdəfəlik yardımların
verilməsi, mətbuat
işçilərinin sosial
müdafiəsinin gücləndirilməsi
istiqamətində görülən
işlər, həmçinin
media mənsublarına
fəxri adların verilməsi haqqında sərəncamlar mətbuat
işçilərinə göstərilən
qayğının bir
hissəsidir. Eləcə
də jurnalistlərin
mənzillə təmin
olunması, qəzet və jurnalların nəşriyyata olan borclarının silinməsi
ölkəmizdə mətbuata
olan dəstəyin bariz nümunəsidir".
Deputat vurğulayıb
ki, forumda jurnalistlərin müxtəlif
məzmunlu suallarına
özünün dərin
biliyi, geniş zəkası, dəmir məntiqi və tutarlı arqumentləri ilə cavab verən Prezident İlham Əliyev istər bölgədə,
istər regionda, istərsə də dünyada baş verən prosesləri hərtərəfli şərh
etdi, Azərbaycanın
dünyada yerini və rolunu bir daha göstərdi.
Sübut etdi ki, Azərbaycan dünya üçün son dərəcə vacib ölkə və etibarlı tərəfdaşdır, həmçinin
sülh və sabitliyin tərəfdarıdır.
Təbii ki, ölkəmiz bütün
bu uğurlara Prezident İlham Əliyevin müdrik rəhbərliyi sayəsində
imza atıb. Məhz onun rəhbərliyi ilə yenilməz ordumuz 30 illik işğala son qoyaraq xalqımızı
məğlubiyyət girdabından
qurtardı, ərazi bütövlüyümüz və
suverenliyimiz təmin olundu.
Müsahibimiz bildirib
ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə
reallaşan layihələrin
önəmi bu gün daha aydın
görünür. Ölkəmiz
Avropanın üzləşdiyi
enerji böhranında
xilaskar rolunu oynayır: "Həmçinin
Qoşulmama Hərəkatının
sədri kimi cənab İlham Əliyevin gördüyü
işlər, sərgilədiyi
ədalətli mövqe
beynəlxalq ictimaiyyətin
gözündə onu böyük şəxsiyyətə
çevirib. Odur ki, dövlətimizin başçısı istənilən
mövzuda keçirilən
regional və beynəlxalq təşkilatların
tədbirlərinə dəvət
olunur, rəy və təklifləri alınır, onun dünyanın gələcəyi
ilə bağlı çıxışları və
irəli sürdüyü
təşəbbüsləri maraqla qarşılanır.
Prezidentimizin I Şuşa
Qlobal Media Forumunda iştirakı dünya mediasının da diqqət mərkəzindədir,
çıxışının əsas məqamları ilə bağlı yazılar dərc olunur, qiymətli fikirləri təhlil edilir".
Səttar Möhbalıyev
əlavə edib ki, I Şuşa Qlobal Media Forumunda rəqəmsal dövrdə
jurnalistika və kommunikasiyada yeni alətlər, rəqəmsal
transformasiya, müasir
informasiya mühitində
media menecmenti və dayanıqlı media biznes modellərinin
yaradılması, yeni
mediada istehlak tendensiyaları və media savadlılığı,
dezinformasiya və feyknyusla mübarizə üsulları, jurnalistlərin
təhlükəsizliyi və
digər məsələlərlə
bağlı aparılan
müzakirələr, irəli
sürülən təkliflər
və gəlinən qənaət dünya mediasının inkişafına
mühüm töhfələr
verəcək.
Azərbaycan bütün
siyasi arenalarda haqlı və güclü mövqe nümayiş etdirir
Milli Məclisin
Beynəlxalq münasibətlər
və parlamentlərarası
əlaqələr komitəsinin
sədr müavini Sevinc Fətəliyeva deyib ki, forum
çərçivəsində media və informasiya-kommunikasiya
sahəsində qlobal səviyyədə mühüm
əhəmiyyətə malik
məsələlər müzakirə
olunub: "Bu günədək çoxsaylı
beynəlxalq tədbirlərin
keçirildiyi Şuşa
şəhəri növbəti
dəfə müstəqil
Azərbaycanın tarixində
ilk dəfə olaraq dünyanın aparıcı media, jurnalist təşkilatları
rəhbərlərini, media,
informasiya-kommunikasiya sahəsində
nüfuzlu ekspertləri,
tanınmış jurnalistləri
bir araya topladı.
S.Fətəliyeva həmçinin
Prezident İlham Əliyevin forumda dərinməzmunlu çıxışında
toxunduğu məsələlər
barədə danışaraq
bildirib ki, dövlət başçısı
bir çox məsələlər, o cümlədən
regionda baş verən proseslər, Azərbaycanla Ermənistan
arasında münasibətlərin
normallaşdırılması barədə fikirlərini
ifadə edib. Vurğulayıb ki, Cənubi Qafqazın inkişafı, əsasən,
Azərbaycanla Ermənistan
arasındakı münasibətlərin
yaxşılaşmasından asılıdır. Hazırda
bütün beynəlxalq
təşkilatlar normallaşma
prosesində problemin həllinin beynəlxalq hüquqa əsaslandığını
anlayırlar. Əgər
Ermənistan Azərbaycana
qarşı hər hansı ərazi iddialarından imtina etsə, sülh sazişinin ilin sonuna qədər imzalanması mümkündür.
Sülh olmasa, bu regionda sabitlik,
təhlükəsizlik yaranmayacaq.
Deputat deyib ki, Şuşada keçirilən I Qlobal
Media Forumunun Azərbaycan
həqiqətlərinin və
bölgədə baş
verən proseslərin
dünya ictimaiyyətinə
çatdırılması baxımından mühüm
əhəmiyyəti var.
Prezidentin səsləndirdiyi
fikirlər sülhə
xidmət edir
Milli Məclisin
deputatı Ceyhun Məmmədov da "Heydər Əliyev İli" çərçivəsində
Azərbaycan milli mətbuatının 148-ci ildönümü
münasibətilə keçirilən
forum barədə fikirlərini bölüşüb.
Deputat Prezident İlham Əliyevin forumda Ermənistan və beynəlxalq ictimaiyyətə ötürdüyü
mesajlara xüsusi diqqət çəkib. C.Məmmədov bildirib ki, Ermənistan, eləcə də Qarabağda yaşayan haylar və onların havadarları dövlət başçımızın
ismarışlarından dərs
çıxarmalıdırlar.
"Əvvəl də
dəfələrlə deyildiyi
kimi, ermənilər bizim əraziləri ya tərk etməli,
ya da Azərbaycan
cəmiyyətinə reinteqrasiya
olunmalıdırlar. Bu
barədə dəfələrlə
ismarış verilib. Ermənilərin bundan başqa yolu yoxdur. Belə olan halda Azərbaycan
Qarabağda yaşayan
ermənilərin bütün
hüquq və azadlıqlarını təmin
etməyə hazırdır",
- deyə deputat qeyd edib.
Müsahimiz bildirib
ki, Ermənistan tərəfi təxribat törətməkdən çəkinməli,
bu cür addımlara son verməlidir: "Məqsəd
bölgədə sülhün
bərqərar edilməsi
olmalıdır. Əslində,
bu mənada müəyyən qədər
məsafə qət etmişik, amma hələ də görüləcək xeyli
işlər var. Hesab edirəm ki, bu məqsədlərə
mərhələli şəkildə nail olacağıq. Elə Prezident İlham Əliyevin də forumda səsləndirdiyi fikirlər sülhə xidmət edirdi. Azərbaycan bölgəyə
sülhün gəlməsində
maraqlıdır. Şükürlər
olsun ki, bu istəyimizə yavaş-yavaş nail oluruq".
Deputatın sözlərinə
görə, forumda ötürülən vacib
mesajlardan biri də separatçılar yenidən baş qaldıracaqları halda, Azərbaycanın onlara qətiyyətli cavabı ilə bağlı olub: "Haylar təxribatlar törətməkdə
davam edərlərsə,
Azərbaycanın cavabı
sərt və kəskin olacaq. Ona görə də Ermənistan bu məsələlərə
yanaşmada diqqətli
olmalıdır. Onlar bu tarixi şans
və fürsətdən
düzgün istifadə
etməlidirlər".
Nəzrin QARDAŞXANOVA,
Azərbaycan.-2023.-
25 iyul.- S.13.