Vardis Vardinoyannis ailəsinə

 

 

Səmimi dostum, əziz dəyərli insan olan Mariannanın vəfatı məni dərindən sarsıtdı. Yaxın insanı itirmək ağrısı heç ilə müqayisə oluna bilməz.

Qəlblərimizi dolduran bu kədər hissini ifadə etməyə söz tapmaq çətindir.

Görkəmli ictimai xadim, vəfalı ömür-gün yoldaşı, etibarlı dostMarianna onu tanıyanlar üçün xeyirxahlıq, nəciblik, mərhəmət, şəfqət rəmzi idi.

O, parlaq, çalışqan, təşəbbüskar, insanların ağrı-acısını dərindən hiss etməyi bacaran əvəzsiz şəxsiyyət olaraq yaddaşlarda qalacaqdır.

Marianna Vardinoyannis həm Azərbaycanın səmimi dostu idi. Təsadüfi deyil ki, onun Azərbaycan Yunanıstan xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətləri yüksək qiymətləndirilərək Azərbaycan Respublikasının Prezidenti tərəfindənDostluqordeni ilə təltif edilmişdir.

Marianna ilə görüşlərimiz zamanı yaratdığı sevgi dolu, xoş unudulmaz xatirələr daim qəlbimdə yaşayacaqdır.

Bu ağır günlərdə dərdinizi bölüşür, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyirəm.

 

Səmimiyyətlə,

Sizin Mehriban Əliyeva

Azərbaycan.-2023.- 26 iyul.- S.1.