Minsk
qrupu tarixin zibilliyindədir
Böyük Zəfər bu yarıtmaz təsisatın
üzərindən birdəfəlik
xətt çəkib
İkinci Qarabağ
müharibəsi sona çatmaqla həm də bir sıra
prosesə xitam verildi. Onlardan biri "status-kvo" məsələsi, digəri
isə münaqişənin
həlli üçün
yaradılmış ATƏT-in Minsk qrupu
idi. Artıq hər ikisi tarixin arxivinə gömülüb.
Savaşın qalibi,
Müzəffər Ali
Baş Komandan İlham Əliyev böyük Zəfərdən
sonra bəyan etdi ki, artıq
Qarabağ münaqişəsi,
"status-kvo" yoxdur.
Yaradıldığı vaxtdan
müharibəyədək regiona
yalnız turist səfərləri edən
həmsədrlərin "fəaliyyətini"
isə konkret olaraq belə qiymətləndirdi. 3 diplomatın
28 illik fəaliyyəti
sıfıra bərabərdir.
Yəni üç həmsədr 25 illik fəaliyyət döründə
münaqişənin nizamlanması
istiqamətində ədalətli
həll paketi təqdim edə bilmədilər. Amma işğalçı Ermənistana
Qarabağda törətdiyi
təxribatlara görə
bir dəfə də olsun sanksiya
tətbiq edilmədiyi
halda, Azərbaycana qarşı illərlə
ikili standartlar prinsipi yürüdüldü,
təzyiqlər edildi.
Bunu görən işğalçı dövlət
də cəzasızlıq
mühitindən yaxşıca
yararlandı.
44 günlük Vətən
müharibəsində isə
Azərbaycan öz gücü ilə bütün məsələlərə
son qoydu və bu gün
diktəni Qalib Komandan kimi İlham
Əliyev edir. Azərbaycan Prezidenti qətiyyətlə vurğulayıb
ki, artıq nə münaqişə var, nə də
onun "həlli"
ilə məşğul
olan ATƏT-in Minsk qrupu. "Biz uzun illər,
30 il gözlədik ki, beynəlxalq ictimaiyyət tərəfindən
bu məsələnin
həlli tapılacaq və işğala son qoyulacaq", - deyən Prezident İlham Əliyev qeyd edib ki,
bu məqsədlə
1992-ci ildə ATƏT-in
Minsk qrupu təsis olunmuşdu, qrupun funksiyası münaqişənin həlli,
işğala son qoymaq idi. Lakin
əksinə, ATƏT-in
Minsk qrupu, sadəcə, bir alətə çevrildi. Minsk qrupu ilə
bağlı spekulyasiyalar
sülh üçün
dağıdıcı təsirə
malikdir: "Artıq Azərbaycan işğala son qoyub, Azərbaycan
öz ərazi bütövlüyünü hərbi
və siyasi yolla təmin edib. Belə olduğu halda artıq Minsk qrupuna ehtiyac yoxdur, biz Minsk
qrupu ilə vidalaşmışıq, onlarla
sağollaşmışıq. Lakin təəssüflər
olsun ki, Ermənistan tərəfi və digərləri bu qrupu canlandırmaq
istəyirlər. Bildirmək
istəyirəm ki, bu qeyri-mümkündür.
Artıq o qrup ölüdür, cansızdır.
Biz işğaldan xeyli əziyyət çəkmişik və
bunu açıq-aydın
şəkildə bildiririk.
Düşünürəm ki, ATƏT-in Minsk qrupu ilə
bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır,
eyni zamanda dağıdıcıdır, regionda
sülhün bərqərar
olması üçün
dağıdıcı təsirə
malikdir".
İkinci Qarabağ
müharibəsindən sonra
həm Rusiya, həm də ABŞ keçmiş Dağlıq
Qarabağ münaqişəsinin
ədalətli həlli
üçün yaradılan
ATƏT-in vasitəçilik
institutunun - Minsk qrupunun tarixin arxivinə göndərilməsini
təsdiqləyən məlumat
yaydılar. Öncə
bu addımı Rusiya atdı. Bu barədə danışan Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya
Zaxarova bildirdi ki, sabiq həmsədr
İqor Xovayev yeni qisimdə - məhz Rusiya Federasiyası xarici işlər nazirinin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına
kömək məsələləri
üzrə xüsusi nümayəndəsi kimi öz işini davam etdirəcək. Bunun ardınca rəsmi Vaşinqton bəyan etdi ki, həmsədr Endrü Şofer Qafqazda danışıqlar
üzrə baş müşavir təyin edilib.
Beləliklə, Rusiyadan
sonra rəsmi Vaşinqtonun da belə bir addımı
atması Qarabağ münaqişəsinin tam həll olunmasının növbəti beynəlxalq
etirafı oldu.
Son günlər
yenidən bu məsələnin gündəmə
gətirilməsi heç
də qəbul edilən məsələ
deyil. Proseslər göstərir ki, Qərb, o cümlədən
ABŞ tərəfindən Minsk qrupunun fəaliyyətinin bərpası
üçün cəhdlər
var. Bu, əlbəttə ki, Qərbin siyasi riyakarlığının təzahürüdür.
Çünki ləğv
edilmiş yarıtmaz bir təsisatın yenidən yaradılmasına
cəhd mənasız
və qəbuledilməzdir.
Bu, Qərbin ikiüzlüyündən, şəxsi
maraqlar naminə hər şeyə hazır olmasından xəbər verir. Buna misal gətirmək
də çətin deyil. Elə təkcə Rusiya-Ukrayna müharibəsində tutduğu
mövqeni göstərmək
kifayətdir.
Aylardır Rusiyanı
Ukraynaya təcavüzdə
günahlandıran və
rəsmi Moskvaya qarşı kəskin mövqe bildirən, onu düşmən adlandıran Qərb indi Qarabağ məsələsində Azərbaycanın
maraqlarına qarşı
Rusiya ilə sövdələşməyə hazır görünür.
Qərbin Rusiya ilə separat danışıqlara başlaması
və əks-hücum
əməliyyatları üçün
Ukraynaya kifayət qədər silah tədarük etməməsi
onun siyasi riyakarlığını bir
daha sübut edir. Prezident Zelenskinin istədiyi silahlar verilmir, amma bununla yanaşı,
Qərb Ukraynadan son əsgərə qədər döyüşməsini
gözləyir. Bu ağır vəziyyətin
fonunda Qərb və Rusiya arasında Ukraynanın bölünməsi istiqamətində
iş gedir.
Ancaq reallıq
budur ki, bu dəfə Qərbin istədiyi olmayacaq. Azərbaycana qarşı ikili standartların tətbiqi, təzyiq, təhdid dili ilə danışmaq
mümkün deyil. Minsk qrupu, Prezident
İlham Əliyevin söylədiyi kimi, keçmişdə qaldı,
Azərbaycan onun bərpa edilməsinə imkan verməyəcək. Minsk qrupunun fəaliyyətinin bərpası
cəhdi Azərbaycan üçün qəbuledilməzdir.
Ölkəmizə qarşı
yeni vahid cəbhənin yaradılmasının
qarşısı qətiyyətlə
alınacaqdır. 30 illik
işğal dövrü
geridə qalıb. 44 günlük müharibədən
sonra yeni reallıqlar yaranıb, indi regionda diktəni
İlham Əliyev edir və Azərbaycan
cəmiyyətində bu
mövzu ilə bağlı tam həmrəylik mövcuddur.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2023.-
26 iyul.- S.4.