Azərbaycan,
Rusiya və Ermənistan xarici işlər nazirlərinin
görüşü olub
İyulun 25-də Azərbaycan
Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfəri
çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov
ilə ikitərəfli,
daha sonra isə Rusiya xarici işlər naziri və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə üçtərəfli
görüşlər keçirib.
Xarici İşlər
Nazirliyinin Mətbuat xidməti idarəsindən
AZƏRTAC-a verilən məlumata
görə, görüşlərdə
Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması
prosesi müzakirə olunub.
Nazir Ceyhun Bayramov bölgədə mövcud vəziyyət, Azərbaycan tərəfindən
regionda sülh və təhlükəsizliyin
bərqərar olunması
istiqamətində atılan
addımlar əleyhinə
Ermənistan tərəfindən
törədilən hədə
və qeyri-qanuni fəaliyyətlər, habelə
təyyarələrin uçuşuna
törədilən maneələr
daxil, hərbi təxribatlar barədə
ölkəmizin mövqeyini
bir daha diqqətə çatdırıb.
Ceyhun Bayramov bölgədə humanitar vəziyyətə dair səsləndirilən iddiaların
tamamilə əsassız
olmaqla yanaşı, bu iddiaların siyasi manipulyasiya olduğunu vurğulayıb.
2020-ci il 10 noyabr
tarixli üçtərəfli
Bəyanatda təsbit olunmuş öhdəliklərə
zidd olaraq, Ermənistan tərəfindən
Laçın yolundan hərbi məqsədlər,
habelə Azərbaycanın
təbii sərvətlərinin
qanunsuz daşınması
üçün sui-istifadə
hallarına qarşı
tədbirlərin Azərbaycanın
suveren hüququ olduğu bildirilib. Bu məqsədlə, eyni zamanda, Azərbaycan
tərəfindən Laçın
dövlət sərhədindən
buraxılış məntəqəsinin
təsis edilməsinin
zəruri tədbir olduğu diqqətə çatdırılıb. Nazir
sərhəd-buraxılış məntəqəsinin yaradılmasından
bəri erməni sakinlərin hər iki istiqamətdə şəffaf, təhlükəsiz
və nizamlanan keçidi üçün
şəraitin yaradılmasına
baxmayaraq, Ermənistan
tərəfindən iyunun
15-də keçid məntəqəsinə
qarşı törədilmiş
təxribatın erməni
sakinlərin keçidinə
maneçilik törətdiyini
bildirib. Hazırda Azərbaycan tərəfindən
erməni sakinlərin
tibbi məqsədlər
üçün keçidinin
təmin olunduğu diqqətə çatdırılıb.
Azərbaycan tərəfinin
erməni sakinlərin
ehtiyaclarının qarşılanması
üçün “Ağdam-Xankəndi”
yolundan və digər alternativ yollardan istifadə daxil olmaqla bir
sıra təkliflər
irəli sürülməsinə
baxmayaraq, erməni tərəfinin bütün
təkliflərə qarşı
çıxması onların
məkrli niyyətlərini
və humanitar vəziyyət barədə
iddiaların siyasi şantaj olduğunu göstərdiyi qeyd olunub.
Azərbaycanın öz suveren ərazilərində yaşayan ermənilərin reinteqrasiyası tədbirlərinə müdaxilə cəhdlərinə son qoyulması, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün sözdə və əməldə Ermənistan tərəfindən qeyd-şərtsiz təsdiqlənməsinin, eləcə də öhdəliklərə zidd olaraq hələ də tam olaraq Azərbaycan ərazisində mövcud olan erməni silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasının bölgədə sülhün təmin edilməsi üçün ən zəruri şərtlər olduğu nazir Ceyhun Bayramov tərəfindən vurğulanıb.
Azərbaycan.-2023.- 26 iyul.-
S.6.