Konstitusiya
Məhkəməsi haqqında
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
1-ci və 6-cı bəndlərini
rəhbər tutaraq qərara alır:
"Konstitusiya Məhkəməsi
haqqında" Azərbaycan
Respublikasının Qanununda
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2004, ¹ 1, maddə 9, ¹ 8, maddə
598, ¹ 9, maddə 668; 2007, ¹ 4, maddə 320, ¹ 5, maddə
446, ¹ 7, maddə 712, ¹ 11, maddə
1078; 2008, ¹ 6, maddə 470, ¹ 7, maddə 608; 2010, ¹ 7, maddə
590; 2011, ¹ 4, maddə 266, ¹ 11, maddə 982; 2012,
¹ 6, maddə 521; 2014, ¹ 2, maddə 84; 2015, ¹ 5, maddə
491; 2018, ¹ 3, maddələr 375, 394, ¹ 5, maddə 887; 2019, ¹ 4, maddə
592; 2022, ¹ 7, maddə 712) aşağıdakı
dəyişikliklər edilsin:
1. 11.1-ci maddədən "yaşı 30-dan aşağı
olmayan" sözləri
çıxarılsın.
2. 32.2-ci maddə
aşağıdakı redaksiyada
verilsin:
"32.2. Azərbaycan Respublikası Konstitusiyasının
130-cu maddəsinin III hissəsinin
4-cü bəndində nəzərdə
tutulmuş məsələyə
dair Azərbaycan Respublikasının insan hüquqları üzrə
müvəkkilinin (ombudsmanın)
sorğusuna Konstitusiya
Məhkəməsi tərəfindən
baxılmasına barəsində
sorğu verilən Azərbaycan Respublikası
Ali Məhkəməsinin
qərarının Azərbaycan
Respublikasının Konstitusiyasına
və ya qanunlarına uyğun olmayan normativ-hüquqi akta əsaslandığı
hallarda yol verilir.".
3. 34-cü maddə üzrə:
3.1. 34.2-ci maddə aşağıdakı
redaksiyada verilsin:
"34.2. Azərbaycan Respublikası Konstitusiyasının
130-cu maddəsinin III hissəsinin
4-cü bəndində nəzərdə
tutulmuş məsələyə
dair şikayətə
Konstitusiya Məhkəməsi
tərəfindən baxılmasına
barəsində şikayət
edilən Azərbaycan
Respublikası Ali Məhkəməsinin qərarının
Azərbaycan Respublikasının
Konstitusiyasına və
ya qanunlarına uyğun olmayan normativ-hüquqi akta əsaslandığı hallarda
yol verilir.";
3.2. 34.4-cü maddəyə "hallarda" sözündən
sonra "və müddətlərdə" sözləri
əlavə edilsin.
4. 35.1.3-cü maddədə "habelə"
sözü "yaxud sorğu və ya müraciətlə əlaqədar" sözləri
ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
14 iyul 2023-cü il
Azərbaycan.-2023.-
26 iyul.- S.2.