Azərbaycan
Respublikasının insan
hüquqları üzrə
müvəkkili (ombudsman)
haqqında Azərbaycan
Respublikasının Konstitusiya
Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli
Konstitusiya Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Azərbaycan
Respublikasının insan
hüquqları üzrə
müvəkkili (ombudsman)
haqqında" Azərbaycan
Respublikasının Konstitusiya
Qanununda dəyişiklik
edilməsi barədə"
Azərbaycan Respublikasının
2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli
Konstitusiya Qanununun qüvvəyə minməsi
ilə əlaqədar
həmin Konstitusiya Qanununun tətbiqini təmin etmək məqsədilə qərara
alıram:
1. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası
qanunlarının və
Azərbaycan Respublikası
Prezidentinin aktlarının
"Azərbaycan Respublikasının
insan hüquqları üzrə müvəkkili
(ombudsman) haqqında"
Azərbaycan Respublikasının
Konstitusiya Qanununda dəyişiklik edilməsi
barədə" Azərbaycan
Respublikasının 2023-cü il 9 iyun tarixli
900-VIKQD nömrəli Konstitusiya
Qanununa uyğunlaşdırılması
ilə bağlı təkliflərini üç
ay müddətində
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. həmin Konstitusiya
Qanunundan irəli gələn digər məsələləri həll
etsin.
2. Azərbaycan Respublikasının
insan hüquqları üzrə müvəkkilinə
(ombudsmana) tövsiyə
edilsin ki, "Azərbaycan Respublikasının
insan hüquqları üzrə müvəkkili
(ombudsman) haqqında"
Azərbaycan Respublikasının
Konstitusiya Qanununda dəyişiklik edilməsi
barədə" Azərbaycan
Respublikasının 2023-cü il 9 iyun tarixli
900-VIKQD nömrəli Konstitusiya
Qanunundan irəli gələn məsələlərin
həlli üçün
zəruri tədbirlər
görsün.
İlham
ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
25 iyul 2023-cü il
Azərbaycan.-2023.-
26 iyul.- S.2.