XİN: Ermənistan
Azərbaycan ərazisində
qeyri-qanuni fəaliyyətlərini
davam etdirmək məqsədi güdür
Ermənistan baş
nazirinin bölgənin
azərbaycanlı əhalisinə
etnik təmizləmə
və soyqırımı
da daxil olmaqla, ən ağır müharibə
və insanlıq əleyhinə cinayatlərin
törədilməsi yolu
ilə Ermənistan tərəfindən yaradılmış
qondarma rejimi “demokratik yolla seçilmiş hakimiyyət”adlandırması
Ermənistan rəsmilərinin
30 ilə yaxın davam edən işğalçı siyasət
və əməllərdən
əl çəkmədiyinin
bariz nümunəsidir.
Ermənistan baş naziri Paşinyanın bu fikirləri, həmçinin onun “Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünün
Ermənistan tərəfindən
tanındığına” dair
bəyanatına tamamilə
ziddir.
AZƏRTAC xəbər verir ki, bu
barədə Azərbaycan
Xarici İşlər
Nazirliyinin Ermənistanın
baş naziri Nikol Paşinyanın Fransanın “Le Monde” qəzetinə
müsahibəsində səsləndirdiyi
iddialara dair şərhində deyilir.
Bildirilib ki, Azərbaycana qarşı bölgədə qeyri-qanuni
fəaliyyət aparılmasını
çətinləşdirən Laçın sərhəd-buraxılış
məntəqəsinin aradan
qaldırılmasını tələb edən, təcavüzkar siyasəti
və separatizmi dəstəkləyən Ermənistan
tərəfi anlamalıdır
ki, Azərbaycanın Laçında məntəqə
təsis etməsi tamamilə beynəlxalq hüquq çərçivəsindədir.
Bu addım, Ermənistanın pozucu fəaliyyətinin qarşısını
almaq məqdədilə
atılıb və bu məntəqənin mövcudluğu müzakirə
mövzusu deyil. Beynəlxalq Ədalət Məhkəməsi də Ermənistanın məlum
tələbini 6 iyul tarixli qərarı ilə yekdilliklə rədd edərək, bir daha təsdiq
edib ki, Azərbaycanın sərhəddə
buraxılış məntəqəsi
təsis etməsi tamamilə suveren və legitim bir qərardır.
Bununla yanaşı,
Azərbaycan tərəfindən
irəli sürülmüş
və beynəlxalq aktorlar, o cümlədən
Avropa İttifaqı Şurasının prezidenti
Şarl Mişel tərəfindən müsbət
qarşılanmış Qarabağ
bölgəsinin erməni
sakinlərinin ehtiyaclarının
qarşılanması üçün
“Ağdam-Xankəndi” yolundan
istifadə edilməsi
təklifindən Ermənistan
tərəfinin imtina etməsi bölgədə
“gərgin humanitar vəziyyət” iddiasının
reallığı əks
etdirmədiyini göstərir.
Bu, həmçinin Ermənistanın əsl niyyətinin vəziyyətdən
siyasi şantaj məqsədilə sui-istifadə
etmək olduğunu nümayiş etdirir. Ermənistan Azərbaycan ərazisində qeyri-qanuni
fəaliyyətlərini davam
etdirmək məqsədi
güdür.
Ermənistan baş
nazirinin bölgədə
Beynəlxalq Qızıl
Xaç Komitəsinin
fəaliyyətini, hər
gün onlarla erməni sakinlərin məntəqədən hər
iki istiqamətdə keçməsini və Azərbaycanın Ağdam-Xankəndi
marşrutu daxil olmaqla, alternativlər irəli sürməsini gözardı edərək,
“blokada” barədə məlumatlar yayması beynəlxalq ictimai rəyi manipulyasiya etmək cəhdidir.
Qeyd olunub ki, 30 il müddətində
beynəlxalq hüququn
bütün norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycana qarşı davam etdirdiyi təcavüzə,
etnik təmizləmə
siyasətinə qarşı
beynəlxalq təşkilatların
xəbərdarlıqlarını, BMT Təhlükəsizlik Şurasının
dörd qətnaməsini
heçə sayan Ermənistanın Azərbaycana
qarşı beynəlxalq
səviyyədə tədbirlər
görməyə çağırış
etməsi absurddur və riyakarlıqdır.
Azərbaycanın öz
suveren ərazilərində
yaşayan ermənilərin
reinteqrasiyası tədbirlərinə
Ermənistan rəsmilərinin
müdaxilə cəhdlərinə
son qoyulması, Azərbaycanın suverenliyi
və ərazi bütövlüyünün sözdə
və əməldə
Ermənistan tərəfindən
qeyd-şərtsiz təsdiqlənməsi
bölgədə sülhün
təmin edilməsi üçün ən zəruri şərtdir.
“Ermənistan rəhbərliyinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü hər hansı bir bəhanə ilə şərtləndirməsi qətiyyən qəbuledilməzdir, iki ölkə arasında münasibətlərin normallaşmasına yönəlmiş səylərə zərbədir və bölgədə gərginliyin saxlanmasına xidmət edir. Ermənistan tərəfi nəhayət anlamalıdır ki, bölgədə sülh və sabitliyin bərpa edilməsinə törətdiyi maneçilik səyləri heç bir nəticə verməyəcək. Ermənistan tərəfini təxribatçı addım və bəyanatlara son verməyə, beynəlxalq öhdəliklərinə əməl etməyə çağırırıq”, - deyə şərhdə diqqətə çatdırılıb.
Azərbaycan.-2023.- 26 iyul.- S.4.