Revanşistlər
reallıqla barışmaq
istəmirlər
Keçmiş hərbi xunta təmsilçilərinin iştirakı
ilə etiraz aksiyaları davam edir
Hayastanda revanşist
qüvvələr sülh
müqaviləsinin imzalanması
prosesinin baş tutmaması üçün
məkrli niyyətlərini
gizlətmədən onu
aşkar şəkildə
nümayiş etdirirlər.
Eyni zamanda buna əngəl olmaq üçün nə daxili, nə də xarici dəstəyə malik olduqlarını da çox yaxşı
başa düşürlər.
Çünki etiraz aksiyalarından yararlanmağa
çalışan, ölkədə
nüfuzunu itirən keçmiş hərbi xunta nümayəndələrinin
sərsəmləmələrinə böyük əksəriyyət
önəm belə vermir.
Dünən Xankəndidə
və İrəvanda revanşist qüvvələrin
iştirakı ilə
etiraz aksiyaları davam edib. Aksiyalarda Laçın-Xankəndi yolunun
açılması, Qarabağın
"blokada"sına son
qoyulması tələb
edilib. Onlar, guya, Qarabağda humanitar böhranın olduğunu iddia edərək bunun aradan qaldırılmasını
tələb ediblər.
Bir qrup insan əllərində plakat İrəvanın mərkəzi küçələrini
bağlayaraq nəqliyyatın
hərəkətinə mane
olub.
Beləliklə, Qarabağdakı
separatçılar Azərbaycanın
tərkibində qalmaq
istəmədiklərini və
"iqtisadi böhran"dan
xilas olmaq üçün Hayastana birləşmək niyyətlərini
bəyan edərək
rəsmi İrəvanın
Azərbaycanla sülh
sazişinə mane olmağa cəhd göstərirlər. Hadisələr
1988-ci ildə Azərbaycana
qarşı silahlı
münaqişənin başlanması
və 1998-ci ildə mümkün sülh razılaşmasını pozmaq
üçün keçmiş
hərbi xuntanın Hayastanda hakimiyyətə gətirilməsi ilə nəticələnən siyasi
ssenariyə bənzəyir.
İndi də Qarabağda terrorçu qruplaşmaların gərginlik
yaratması fonunda növbəti hədəfin
Hayastanda hakimiyyət dəyişikliyinə gedilməsidir.
Erməni ekspert
Roman Baqdasaryan Xankəndidə keçirilən
aksiya ilə bağlı mövqeyini teleqram kanalında şərh edərək yazıb ki, artıq
5 gündür etirazlar
davam etsə də, nəticə sıfırdır, nəinki
dünya birliyi, heç ermənilərin özləri belə buna əhəmiyyət vermirlər. Çünki
dünya Rubeni, Araik və Qurgeni
Rusiyanın qulu kimi qəbul edir. Ona görə
də nəticə sıfırdır. O bildirib
ki, Rusiya erməniləri aksiyaya dəstək verməkdən
qəti şəkildə
imtina ediblər. 1,5 milyon ermənidən bir nəfər belə Azərbaycan səfirliyi və Rusiya Xarici İşlər
Nazirliyinin binası qarşısında piket keçirməyib. Rusiya Ümumerməni İttifaqı,
Ezras diaspor rəhbərləri susurlar.
Fransanın 500 min ermənisi və bütün Avropa ölkələrinin erməniləri
"ölümcül sükut"a
qərq olubar. ABŞ erməniləri bütün
bunları dəstəkləməkdən
birmənalı şəkildə
imtina ediblər. Bütün Ermənistanda
yalnız Hadrut sakinləri bir aksiya keçirərək
Rusiya səfirliyinin və BMT-nin ofisi qarşısına gediblər. Rusiyada və Avropada 80 minə yaxın Qarabağ ermənisi yaşayır və onlar da Ruben,
Qurgen, Araikin mitinqini dəstəkləməyiblər.
Baş nazir Nikol Paşinyan isə dünən keçirdiyi mətbuat konfransında Vaşinqton,
Brüssel və Moskvada keçirilən görüşlərdə prioritetlərin
dəyişib-dəyişməməsi ilə bağlı sualı cavablandırarkən
deyib ki, görüşlərin harada
keçirilməsindən asılı
olmayaraq, Azərbaycanla
Hayastan arasında danışıqların gündəliyi
dəyişmir. Danışıqlar
müxtəlif platformalarda
- Moskvada, Vaşinqtonda
və Brüsseldə
aparılır: "Bu
kontekstdə deyirəm
ki, danışıqlarda
uğur qazanmaq lazımdır. Gündəlikdə
duran məsələlər
heç bir halda dəyişmir, prinsipial məsələlər
dəyişmir, müzakirənin
məntiqi dəyişmir".
Göründüyü kimi, hər iki ölkə arasında sülh müqaviləsinin imzalanmasının
aktual olduğu bir dönəmdə hərbi xuntanın və ona bənzər
digər araqızışdıranların
etiraz aksiyaları keçirməsi erməni
xalqını növbəti
dəfə fəlakətə
sürükləyir. Qeyd
edək ki, Azərbaycanla müharibədəki
məğlubiyyət Hayastanı
elə bir uçuruma yuvarladıb ki, xilası mümkün deyil. Əslində, revanşist
qüvvələr çox
yaxşı başa düşürlər ki, böyük siyasətə
qayıtmaq üçün
heç bir şansları yoxdur - xalq hələ onların hakimiyyət dövrünü unutmayıb.
Elçin CƏFƏROV,
Azərbaycan.-2023.-
26 iyul.- S.5.