Müdafiə
Nazirliyinin rəhbər
heyəti “IDEF-23” sərgisinin
açılış mərasimində
iştirak edib
İyulun 25-də Azərbaycanın
müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti İstanbul şəhərində
keçirilən “IDEF-23” 16-cı Beynəlxalq Müdafiə
Sənayesi Sərgisinin
açılış mərasimində
iştirak edib.
Bu barədə
AZƏRTAC-a Müdafiə Nazirliyinin
mətbuat xidmətindən
məlumat verilib.
Bildirilib ki, nazirliyin rəhbər heyəti sərgidə
"ASELSAN", "ROKETSAN", "DEARSAN" və digər şirkətlərin stendlərində
nümayiş etdirilən
silah, texnika və hərbi təyinatlı vasitələrlə
tanış olub.
Səfər çərçivəsində
general-polkovnik Z.Həsənov,
həmçinin Türkiyənin
texnologiya naziri Mehmet Fatih Kacır
ilə görüşüb.
Görüşdə hərbi-texniki əməkdaşlığın
inkişaf perspektivləri
müzakirə olunub, eləcə də qarşılıqlı maraq
doğuran digər məsələlər barədə
ətraflı fikir mübadiləsi aparılıb
və qarşılıqlı
hədiyyələr təqdim
edilib.
Azərbaycan.-2023.-
26 iyul.- S.6.