Ayman
Mayzek: Azərbaycanın
multikultural cəmiyyət
təcrübəsi dünya
ölkələri üçün
olduqca böyük önəm kəsb edir
Qafqaz Müsəlmanları
İdarəsinin (QMİ) sədri
şeyxülislam Allahşükür
Paşazadə iyulun
25-də Almaniya müsəlmanları
mərkəzi şurasının
sədri Ayman Mayzek ilə görüşüb.
QMİ-nin mətbuat
xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə şeyxülislam
Azərbaycanda dövlət-din
münasibətlərinin yüksək
səviyyəsi və
ölkəmizdə hökm
sürən dinlərarası
harmoniya, məzhəblərarası
anlaşma mühiti barədə ətraflı
danışıb. Azərbaycan
dövlətinin 44 günlük
Vətən müharibəsindən
sonra Qarabağda və Şərqi Zəngəzurda həyata keçirdiyi geniş bərpa-yenidənqurma işləri
barədə məlumat
verən QMİ sədri
erməni vandalizminə
məruz qalmış
dini-mənəvi abidələrimizin
böyük diqqət
və qayğı ilə bərpa edildiyini qonağın diqqətinə çatdırıb.
Almaniyalı qonaq
Azərbaycana ilk dəfə səfər etdiyini, lakin burada mövcud dini və etnik
tolerantlıq barədə
çox məlumatlı
olduğunu, bu səfəri Azərbaycanın
dini mühiti ilə yerində tanış olmaq məqsədilə gerçəkləşdirdiyini
bildirib.
A.Paşazadə Azərbaycanın
dini mərkəzinin Avropa dini icma
və mərkəzləri,
o cümlədən, Avropa
ölkələrindəki müsəlman
icmaları ilə fəal əlaqələrə
malik olduğunu, bütün səfərlərində
və beynəlxalq tədbirlərdə onların
nümayəndələri ilə
görüşdüyünü qonağın diqqətinə
çatdırıb. Avropa
ölkələrində islamofobiya
hallarının, o cümlədən,
bəzi dövlətlərdə
Quranın yandırılması
kimi aksiyaların təşkilinin sivilizasiyalararası
dialoq prosesinə xələl gətirdiyini vurğulayan şeyxülislam
iştirakçısı olduğu
bütün dini platformalarda dinlərin müqəddəs rəmzlərinə
ehtiramlı münasibətin
zəruriliyini, dindən
siyasi məqsədlər
üçün sui-istifadənin
yolverilməz olduğunu
vurğuladığını bildirib. Bu kontekstdə,
QMİ sədri erməni
kilsəsinin Azərbaycana
qarşı qarayaxma kampaniyaları, öz revanşist məqsədləri
üçün dini müstəvilərdən, ələlxüsus,
Ümumdünya Kilsələr
Şurasının tribunasından
sui-istifadə hallarından
danışıb və
QMİ-nin buna qarşı etiraz bəyanatını xatırladıb.
Almaniyalı qonaq,
öz növbəsində,
Avropada Quran yandırılması hallarına
toxunaraq, bundan müsəlmanların deyil,
Avropa cəmiyyətlərinin
özlərinin narahat
olmalı olduqlarını
vurğulayıb. Ayman
Mayzek bildirib ki, Azərbaycanın malik olduğu multikultural, tolerant cəmiyyət təcrübəsi
nəinki müsəlman,
bütün digər dünya ölkələri
üçün olduqca
böyük önəm
kəsb edir.
Daha sonra Almaniyalı qonaq Təzəpir məscidini ziyarət edib, orada namaz qılıb.
Azərbaycan.-2023.-
26 iyul.- S.6.