Daşaltının
bərpası 220 ailəyə
illərin həsrətini
unutduracaq
Şuşa qalasının
cənub ətəyindəki
dərədə, Cıdır
düzündən aşağıya
enən sıldırımın
yamacında yerləşən Daşaltı
kəndi Şuşaya
gedən yolun üzərindədir. 1991-ci ildə işğal
olunan kənd 1992-ci il yanvarın 25-də başlayıb bir gün sonra faciə ilə bitən "Daşaltı əməliyyatı"nın
keçirildiyi yerdir. İllər öncə Daşaltının
ələ keçirilməsi
Şuşanın işğalına
şərait yaratmışdı. Amma 2020-ci il noyabrın 9-da rəşadətli Azərbaycan
Ordusu Daşaltını
düşmənlərdən xilas etdi və
bununla da Şuşaya yol açdı.
İllərin o tayında
qalan ağrılı
günlərdən pay
alan Daşaltı həmin əzablardan azad oldu, mənfur
erməni tapdağından
təmizləndi.
Azərbaycan hərb
tarixinin ən parlaq səhifələrindən olan
həmin hadisə ilə qalib ordumuz 29 il əvvəlki ləkəni təmizlədi,
şəhidlərimizin qanı
yerdə qalmadı.
Prezident İlham
Əliyev 2021-ci il martın 16-da Daşaltı
kəndində olarkən
"Müzəffər ordumuz
məhz bu kənddən qalxaraq sıldırım qayaları
qət edəndən sonra Şuşaya daxil olub. İrəlidə böyük
Kirs dağıdır.
Azərbaycanın gözəl
təbiəti gözümüzün
önündədir. Hansı
tərəfə baxsan
gözəllik, yaşıllıqdır.
Bura Azərbaycan torpağıdır, Qarabağ
torpağıdır. Bundan
sonra Azərbaycan xalqı burada əbədi yaşayacaq"
- deyə fikirlərini
söyləyəndən sonra
kəndin bərpası
ilə bağlı tapşırıqlarını vermişdi.
Həmin gün Prezident və birinci xanım Mehriban Əliyeva Daşaltıda məscidin
təməlini də qoymuşdular.
Bir il sonra aprelin 21-də Şuşa rayonunun Daşaltı
kəndinə səfər
edən Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa
avtomobil yolunun və yolun üzərindəki
tunellərin
tikintisi ilə tanış olmuş və bərpa-quruculuq işləri
ilə bağlı yeni tapşırıqlarını
vermişdir.
Dövlət başçısı ötən
iki il yarımda
Qarabağ və Şərqi Zəngəzurun bərpa-quruculuq
işlərini şəxsi
nəzarətində saxlayaraq
tez-tez o yerlərə
səfər edib, verdiyi tapşırıqların
yerinə yetirldiyini öz gözləri ilə görüb, əlavə tövsiyə
və göstərişlərini
verib, yeni-yeni infrastruktur layihələrinin
təməlini qoyub.
Prezident bu günlərdə Daşaltıya məhz bu məqsədlə üçüncü dəfə səfər edib. Kəndin yenidən qurulması ilə bağlı görülən
və yaxın gələcəkdə
aparılacaq işlərlə
tanış olduqdan sonra yeni yaşayış
kompleksinin və turizm obyektlərinin təməlini qoyub. Azərbaycan Respublikası
Prezidentinin Şuşa
rayonunda xüsusi nümayəndəsi Aydın
Kərimov dövlət
başçısına qarşıdakı
vaxtda görüləcək
işlərlə bağlı
məlumat verib.
Heç kəsə
sirr deyil ki, Şuşa
üçün xüsusi
əhəmiyyət daşıyan
Daşaltı kəndinin
tezliklə bərpa olunması, əhalinin yurd-yuvalarına
dönüb ömürlərinin
sonunacan rahat yaşaması və burada həyatın yenidən qaynaması qarşıya qoyulan əsas məqsəddir. Kəndin gələcək inkişafı bugünkü bərpa-quruculuq işlərinə
bağlıdır. Ona
görə də kənd sakinləri üçün rahat və sağlam mühit yaratmaq, yeni-yeni iş yerləri
açmaq, istirahətlərini
təmin etmək əsas prioritetlərdəndir.
Aydın Kərimovun söylədiyinə görə,
yenidənqurma üzrə
təqdim olunan konsepsiya ərazinin təbii landşaftını
qorumaqla Daşaltı
kəndinin müasir tələblərə cavab
verən yenilənəcək
simasını nümayiş
etdirir. Kənddə ictimai və yaşayış mərkəzlərinin,
mədəniyyət və
təhsil ocaqlarının
qurulması, sosial və ictimai obyektlərin inşası,
turizm sahələrinin
yaradılması, nəqliyyat
və kommunikasiya xətlərinin çəkilməsi,
ərazinin yaşıllaşdırılması,
kəndin ekoloji təmiz enerji ilə qidalandırılması
üçün infrastrukturun
təmin olunması nəzərdə tutulur.
65 hektara yaxın
ərazidə görüləcək
bu işlər Daşaltıya yeni nəfəs verəcək,
yeni ruh gətirəcək.
İşğal illərində
yerləyeksan olunmuş,
dağıdılmış, viran qoyulmuş Daşaltının simasını
dəyişəcək. Kəndə
ümumi sayı 1100 nəfər
olacaq 220 ailənin köçürülməsi planlaşdırılır.
Həmin insanların yaşayışı
üçün ümumilikdə
228 ev - ikimərtəbəli
çoxmənzilli 9 bina,
ikimərtəbəli bloklaşdırılmış
("townhouse" tipli)
66 ev və 153 ikimərtəbəli fərdi
ev tikiləcək. Prezidentə bildirildi ki, bir-birindən ortaq divarla ayrılan
üçotaqlı və
dördotaqlı yaşayış
blokları optimal quruluşuna görə az sahədə bir neçə ailənin yaşamasına
imkan yaradır və eyni zamanda
onların hər birini şəxsi həyət və terras ilə təmin edir. Həmçinin azmərtəbəli
çoxmənzilli tikililər
ərazidə yüksək
sıxlıq yaratmamaqla
əhalini kiçik sahədə yerləşdirmək
imkanı verdiyinə görə kəndin planlaşdırılmasında ən
optimal həll hesab olunur. Binaların
ətrafında sakinlər
üçün ümumi
istirahət sahələri,
yaşıllıqlar, avtomobil
dayanacaqları nəzərdə
tutulub. Beləliklə
də, 220 ailə illərin ağrı-acısını,
taleyin yaralarını
doğma torpaqda, əziz yurd yerində sağaldacaq, keçmişin ağrı-acısına
məlhəm çəkəcək.
Kənddə təməli
Prezident tərəfindən
qoyulmuş məscidin
tikintisinə başlanılıb. Bura Daşaltı kəndinin sakinlərinin
ibadətlərinin yerinə
yetiriləcəyi müqəddəs
bir məbəd, səcdəgah olacaq. Kəndin ən uca yerində
inşa ediləcək
Bayraq meydanında dalğalanacaq üçrəngli
bayraq Azərbaycan xalqının qürurundan,
bayraq sevgisindən xəbər verəcək.
Onu da deyək
ki, Daşaltı kəndində özəl
sektor üçün
investisiya zonasında nəzərdə tutulan evlərin və turizm obyektlərinin tikintisi "PMD Group" MMC tərəfindən
yerinə yetirilir.
Daşaltı kəndində informasiya mərkəzi, qonaq evi, xalq sənətkarlığı
emalatxanaları, qida məhsullarının satış
köşkləri, ictimai-iaşə
və ticarət obyektləri, sərgi salonu, uşaq bağçası, inzibati
bina, tibb məntəqəsi, poçt
şöbəsi, klub-icma
mərkəzi, aktiv turizm və istirahət zonalarının
yaradılması planlaşdırılır.
İki hektardan çox ərazidə kənd üslubunda hotel və istirahət
mərkəzi tikiləcək.
Hotel kompleksi ikimərtəbəli
10 binadan ibarət olacaq. Ümumilikdə 48 nömrədən ibarət
olacaq kompleksdə
restoran, əyləncə
və idman-sağlamlıq
mərkəzləri, uşaqlar
üçün oyun meydançası, istirahət
parkı yaradılacaq.
Bütün bu infrastrukturlar kənddə
məskunlaşacaq yerli
əhalinin məşğulluğunu
təmin edəcək.
Bu kənddə
üç onillik idi
ki, şəhid ruhları inləyirdi. İndi o ruhlar rahatdır. 44 günlük savaşda Zəfər qazanan qəhrəman
Azərbaycan əsgəri
təkcə torpağı
işğaldan qurtararaq
Daşaltını təmizləməyib,
həm də xalqımızın illərlə
aldığı mənəvi
zərbələrin yerini
doldurub, sızıldayan
yarasını bağlayaraq
onu ağrılardan xilas edib, tarixi
ədalətin təcəlla
etməsinə şərait
yaradıb. Daşaltının
29 il daş altında əzilən qürurunu özünə
qaytarıb. Bir sözlə, düşməndən
tutarlı qisas alaraq insanların yeni həyata başlamasına yol açıb.
Züleyxa ƏLİYEVA,
Azərbaycan.-2023.-
26 iyul.- S.7.