Syerra-Leone Respublikasının
Prezidenti Zati-aliləri
cənab Culius Maada Bioya
Hörmətli cənab
Prezident,
Syerra-Leone Respublikasının
Prezidenti vəzifəsinə
yenidən seçilməyiniz
münasibətilə Sizi
ürəkdən təbrik
edirəm.
İnanıram ki, Azərbaycan
ilə Syerra-Leone arasında münasibətlərin
xalqlarımızın mənafelərinə
uyğun olaraq dostluq məcrasında inkişafı, Qoşulmama
Hərəkatı və
İslam Əməkdaşlıq Təşkilatı da daxil
olmaqla çoxtərəfli
təsisatlarda səmərəli
əməkdaşlığımızın
davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
Sizə möhkəm
cansağlığı, xoşbəxtlik,
dost xalqınızın rifahı
naminə qarşıdakı
məsul fəaliyyətinizdə
uğurlar diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
26 iyul 2023-cü il
Azərbaycan.-2023.- 27 iyul.-
S.1.