Ölünü
diriltmək cəhdləri
əbəsdir
Bu reallığı
Minsk qrupunun ermənipərəst xiffətçiləri
qəbul etməkdə
çətinlik çəkirlər
"Minsk qrupu İkinci Qarabağ müharibəsinə qədər
28 il fəaliyyətdə
idi və həmsədr ölkələr
bu illər ərzində Azərbaycana,
Ermənistana bəlkə
də yüzlərlə
səfər etmişlər.
Nəticə də göz qabağındadır,
nəticə sıfır..."
İkinci Qarabağ müharibəsindəki böyük
zəfərimizdən sonra
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun 28 il ərzində münaqişənin danışıqlar
vasitəsilə həlli
üçün həyata
keçirdiyi "fəaliyyətini"
bu ikicə cümlə ilə dəqiq təsvir edib.
Üç onillik
boyu bu qurumun,
sözün əsl mənasında, fəaliyyətsizliyi
nəticəsində iki
ölkə arasında
sülhün əldə
olunması istiqamətində
irəliyə doğru
bir addım belə atılmayıb, əksinə, münaqişənin
olduğu kimi qalması, Azərbaycanın
torpaqlarının işğalı
ilə barışması
istiqamətində həmsədr
ölkələr tərəfindən
xeyli çabalar sərf olunub.
Lakin həm Ulu Öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin dünya güclərinə qarşı
milli maraqlarımızı
qətiyyətlə müdafiə
etməsi sayəsində
ermənipərəstlik nümayiş
etdirən ölkə
və qurumların, o cümlədən Minsk qrupunun bu məkrli
niyyətləri gözlərində
qaldı. Azərbaycan
Vətən müharibəsinə
qədərki dövrdə
də bütün beynəlxalq platformalardan dövlət başçıları
səviyyəsində bəyan
etdi ki, heç zaman Ermənistanın işğalı
ilə barışmayacaq,
öz ərazisində
separatçıların ikinci
"dövlət" qurmaq
kimi çirkin planına imkan verməyəcək.
Minsk qrupunun 28 il ərzində həll edə bilmədiyi münaqişəyə
cəmi 44 gün ərzində son qoyuldu
Qətiyyətli mövqeyini
2020-ci ildə Vətən
müharibəsində əməldə
də isbat edən Azərbaycan Minsk qrupunun 28 il ərzində həll edə bilmədiyi münaqişəyə
cəmi 44 gün ərzində hərb meydanında son qoydu.
Ölkəmizin ədaləti
güc yolu ilə təmin etməsi, eyni zamanda 30 ilə yaxın bir müddətdə iki ölkə arasında nail oluna bilinməyən
sülhün bağlanması
istiqamətində də
yol açdı. Cənubi Qafqazda reallıqlar tamamilə dəyişdi, Azərbaycan
torpaqlarını işğalçılardan
təmizlədi, suveren
ərazilərini bərpa
etdi.
Bununla da sadalananlarla bağlı üzərinə götürdüyü
missiyanı 28 il ərzində yerinə yetirməyən Minsk
qrupunun fəaliyyətinə
faktiki olaraq son qoyuldu.
Bəzi maraqlı
ölkə və dairələr isə bu reallıqları heç cür qəbul etmək istəmirlər, həll olunmuş münaqişəni
yenidən alovlandırmağa,
bu ölü qurumu diriltməyə, süni yolla onu Cənubi Qafqazda baş verən proseslərə cəlb etməyə çalışırlar. Lakin
artıq Minsk qrupunun mandatı de-fakto etibarsız sayılır. Bunu hətta həmsədr ölkələrin yüksəkvəzifəli
şəxsləri də
rəsmi şəkildə
etiraf ediblər.
Bununla da Minsk qrupunun bölgədə həll edəcəyi münaqişə,
problem qalmayıb.
Xatırladaq ki,
müharibədən dərhal
sonra Minsk qrupunun həmsədrləri
Bakıya səfər
etmişdilər. Bu, onların Azərbaycana müharibədən sonra birinci və sonuncu səfəri idi. Həmin zaman İlham Əliyev rəsmi Bakının Minsk qrupunun həmsədrlərinə bundan
sonrakı fəaliyyətləri
ilə bağlı bir neçə sual ünvanlamışdı:
"Bizim xarici işlər nazirimiz Minsk qrupunun həmsədrləri ilə
müxtəlif beynəlxalq
tədbirlərdə görüşmüşdür
və biz deyirdik ki, siz
bizə deyin görək, nə ilə məşğul olmaq istəyirsiniz? Dağlıq Qarabağ münaqişəsi həll
olunub, Azərbaycan ərazisində Dağlıq
Qarabağ inzibati ərazisi yoxdur və olmayacaq. Siz nə ilə
məşğul olmaq
istəyirsiniz, deyin, biz də bilək
və öz fikrimizi bildirək. Bir ildən çox müddətdə
bu məsələ ilə bağlı bizə hər hansı bir təklif verilməmişdir.
İndiki şəraitdə
isə Minsk qrupu, onun həmsədrlər
formatı faktiki olaraq qeyri-funksional vəziyyətdədir".
Azərbaycan bu
qurumun üstündən
birdəfəlik xətt
çəkib
2023-cü il iyulun
21-də "4-cü Sənaye İnqilabı dövründə
Yeni Media" mövzusunda
Şuşa Qlobal Media
Forumunun açılış
mərasimində İlham
Əliyev bir daha beynəlxalq media qarşısında bəyan etdi ki, təəssüf olsun, uzun illər
- 28 il ərzində Minsk qrupu çərçivəsində
gedən danışıqlar
heç bir nəticə verməyib. Ümumiyyətlə, həll
üçün hər
hansı düstur ortaya qoyulmayıb. O dövrdə çox ziddiyyətli, çox mücərrəd bəyanatlar
verilirdi, bunda məqsəd münaqişənin
dondurulması idi və bu, Azərbaycan
üçün məqbul
deyildi: "Bəziləri
çalışırdılar ki, bu münaqişəni
dondursunlar, danışıqları
sonsuz etsinlər və ictimai diplomatiya təşəbbüsləri
ilə Azərbaycana müəyyən bir əməkdaşlıq təlqin
olunsun. Beləliklə,
biz Ermənistanla biznes qurmağa, münasibətlərin yaxşılaşmasına
məcbur olaq və guya ki,
münaqişə gələcək
nəsillər tərəfindən
həll edilməlidir".
Hazırda da Qərb, o cümlədən
ABŞ tərəfindən Minsk qrupunun fəaliyyətinin bərpası
üçün müəyyən
cəhdlər müşahidə
olunur. Bu məkrli planda ən diqqətçəkən
məqamlardan biri də odur ki,
Rusiya-Ukrayna müharibəsi
fonunda Qərb bütün mövzularda Rusiyaya qarşı kəskin əks mövqe bildirsə də, yalnız Qarabağ məsələsində
Azərbaycanın maraqlarına
qarşı Rusiya ilə uzlaşmağa hazır olduğunu nümayiş etdirir.
Amma ölü
qurumun dirildilməsi üçün edilən
istənilən cəhd
əbəsdir və Azərbaycan dövləti,
xalqı heç zaman buna razı
olmayacaq.
Azərbaycan 30 ilə
yaxın bir müddətdə səbir
və dözüm nümayiş etdirərək
münaqişənin sülh
yolu ilə danışıqlar vasitəsilə
həll olunmasını,
bununla bağlı mandat almış AtƏt-in Minsk qrupunun hansısa konstruktiv addımlar atacağını ümidlə
gözlədi. Amma təəssüf ki, həmsədrlər sadəcə
öz işlərini bölgəyə, Azərbaycana
turist səfərləri
etməklə bitmiş
hesab etdilər. Münaqişəni ədalətli
yolla həll etmək əvəzinə
tərəf tutdular və onu Ermənistanın
xeyrinə olaraq dondurmaq, sonsuz etmək üçün təşəbbüslər göstərdilər.
Yarıtmaz Minsk
qrupunun 28 il ərzində göstərdiyi
yaramaz fəaliyyəti
nə Azərbaycan dövlətinin, nə də xalqının yadından çıxmayıb.
O da faktdır ki, məhz bu
qurum öz mandatına uyğun fəaliyyət göstərmiş
olsaydı, heç 44
günlük müharibəyə
də lüzum olmayacaqdı.
Bütün bu
sadalananlara görə
Azərbaycan dövləti
və xalqı Minsk qrupunun fəaliyyətinin bərpasına,
ölkəmizə qarşı
yeni vahid cəbhənin yaradılması
kimi məkrli planlara heç zaman imkan verməyəcək.
Dövlət-xalq birliyimizin
təcəssümü olan
"dəmir yumruq"
özü münaqişəni
lazımi qaydada həll edib, indi xortladılmaq istənən Minsk qrupunu isə haqq etdiyi yerə,
yəni gedər-gəlməzə
yollayıb.
Yasəmən
MUSAYEVA,
Azərbaycan.-2023.- 27 iyul.- S.7.